Məhkəmə qərarları › İş №2(125)-1152/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1152/2022

25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1152/2022 25.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə ilk, Cavabdeh İddiaçı qarşı “əmlak tələbi” barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18900 manat məbləğində pulun, 147 manat dövlət rüsumunun, 16 manat iddianın təmin tədbirinə görə ödənilmiş pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırmışdır ki, o, cavabdehi Gəncə şəhər sakini Mahir adlı şəxsin hesabına tanımışdır. Mahirlə yaxın dostluq münasibəti var. 2019-cu ilin axırı o, Mahirlə söhbət edərkən bildirdi ki, əmisi qızının həyat yoldaşı Taleh X1 alveri ilə məşğul olmaq istəyir. Mahir ona bildirdi ki, Talehin əlində pulu yoxdur, əgər sən pul qoysan şərikinə işləyə bilərsən. Həmin vaxt Mahirin vasitəsi ilə Talehlə tanış olmuş və onlar razılaşmışlar ki, o pul versin, Taleh isə qızıl gətirərək satsın və qazancı yarı bölünsün. Bundan sonra o ayrı-ayrı vaxtlarda cavabdehə 3300, 8600 və 7000 manat olmaqla, ümumilikdə 18900 manat pul vermişdir. Cavabdeh qızıl əşyalarını gətirərək satıb hər ay qazancından ona verirdi. Cavabdeh 2021-ci ilin sentyabr ayından ödənişi dayandırdı, lakin ilkin işləmək üçün verdiyi 18900 manat pulumu qaytarmamışdır. O, pulunu tələb etsə də, hər dəfə bir bəhanə edərək pulu qaytarmaqdan imtina edir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia və əlavə ərizə ilə müraciət edərək, cavabdehin ilkin iddiasının rədd edilməsini; İddiaçı 9000 manat dəyərində 1 ədəd klon (qırmızı böyük daş və brliyant daşlarla əhtələnmiş)-6.76 qr. əyyarı-750 dəyəri-1285 manat, 1 komplekt (bir üzük və iki sırğa.qırmızı böyük daş və brilyant daşlarla əhatələnmiş) 14.49 qr. əyyarı- 583 dəyəri-2204 manat, 1 komplekt (bir üzük və iki üzük ağ rəngli brilyant tək qaşlı) 12.23 qr. əyyarı-750 dəyəri-2323 manat, 1 komplekt (1 üzük və iki sırğa ağ rəngli 3 ədəd böyük ətrafda xırda brliyant qaşlarla) 16.78 qr. əyyarı-750 dəyəri-3188 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 18900 manat məbləğində pulun, 147 manat dövlət rüsumunun və 16 manat iddia təmin tədbirinə (müvəqqəti təminat tədbiri) görə ödənilmiş pulun məndən tutularaq İddiaçı ödənilməsini xahiş edir. Hesab edir ki, cavabdehin iddiası əsassızdır. Cavabdeh İddiaçı ona 9000 manat məbləğində pul ödəməlidir. Belə ki, İddiaçı ona qarşı olan iddia tələbində qeyd edilmişdir ki, guya 2019-cu ilin axırlarında ondan pul alaraq şərikli bizneslə (qızıl alqı-satqısı) ilə məşğul olmuşlar. Bu tamamilə yalandır çünki o, mərkəzi univermaqda qızıl alqı-satqısı ilə 2019-cu ildən deyil 2018-ci ildən məşğul olmuşdur. Bu bizneslə məşğul olduğu müddətdə heç bir şəriki olmayıb. 2020-ci ilin əvvələrində nisyə mal verdiyi alıcılar tərəfindən ödənişlər olmadığı üçün nisyə qızıl götürdüyü satıcılara borcu yaranmışdır və dövriyyədə pul qıtlığı var idi. Buna görədə qohumu Mahir vastəsilə tanış olduğu İddiaçı 5000 manat pul götürmüşdür. Borcun qaytarlmasının təminatı kimi İddiaçı 6800 manatlıq qızıl-zinət əşyaları girova vermişdir. Bunun müqabilində ona hər ay 500 manat olmaqla 2020-ci ilin oktyabr ayınadək pul ödəmişdir. Pandemiya ilə əlaqədar ödənişlərdə çətinlik çəkdiyi üçün Elgündə olan qızıl zinət əşyalarını götürüb satmış və xx.xx.2020-ci ildə isə Bank vastəsilə İddiaçı 4864 manat pul ödəyərək borcu tam bağladım. Bundan sonra xx.xx.2021-ci ildə bir daha İddiaçı 9000 manat dəyərində 50.26 qram qızıl-zinət əşyalarını (brilyant daşlarla) girova qoyaraq 5000 manat məbləğində pul götürmüşdür. 2021-ci ilin Sentyabr ayınadək İddiaçı hissə-hissə 2000 manat pul ödəmişdir. Borcu tam bağlamaq üçün İddiaçı onda olan girov qızıl-zinət əşyalarını geri istəmişdir ki, satıb borcu bağlaya. Lakin Elgün qızıl-zinət əşyalarını ona qaytarmaqdan imtina etmişdir. Bununlada haqsız olaraq onun 9000 manat dəyərində 50.26 qram qızıl-zinət əşyalarını (brilyant daşlarla) mənimsəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ilk iddianın məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, cavabdehə xx.xx.2000-ci il tarixdə verdiyi 9000 manat borcdan 400 manat, xx.xx.2021-ci il tarixdə verdiyi 4500 manat borcdan 1200 manat ödəniş edilmiş, xx.xx.2021-ci il tarixdə verdiyi 7000 manat borcdan isə ödəniş edilməmişdir. Cavabdeh tələb edilən borcun məbləğiylə bağlı heç vaxt irad bildirməmişdir. Cavabdehə borcun verilməsini təsdiqləyən hər hansı qəbz və ya müqavilə imzalanmamışdır. Tələb edilən borc hər hansı şəxsin iştirakı olmada verilmişdir. Borc hər ikisi avtomobildə olarkən verilmişdir və borcun ödəniləcəyinə təminat qismində cavabdeh ona məxsus qızıl-zinyət əşyalarını girov qoymuşdur. Qarşılıqlı iddiaya münasibətdə iddiaçı bildirdi ki, onda olduğunu bildirdiyi qızıllar Talehin tanışı olan Rüxsarənin ondan aldığı borcun əvəzində girov qoyduğu qızıl-zinyət əşyalarıdır. Belə ki, Rüxsarə borc aldığı zaman girov qoyduğu qızıl-zinyət əşyalarının 9000 manat dəyərində olduğunu bildirsə də, sonradan həmin əşyaların 3000 manat dəyərində olduğunu müəyyən etmişdir. Belə ki, təqdim etidyi fotoşəkildə göründüyü kimi xx.xx.2021-ci il tarixdə satışdan əldə edilmiş vəsait hesabın borcun ödənilməsi məqsədilə borcun təminatı qismində girov qoyduğu qızıl-zinyət əşyalarını cavabdehə təhvil vermişdir. xx.xx.2021-ci il tarixli fotoşəkli qızılzinyət əşyalarını satış məqsədiylə cavabdehə təhvil verərkən sübut üçün çəkmişdir və cavabdeh bundan xəbərdar olmuşdur. İddiaçı ilk iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının təmsilçisi ilk iddianın məzmununa uyğun izahat verərək ilk iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, Mahirlə aralarında ədavət yoxdur. Mahirə deməmişdir ki, Elgünə borcu 18900 manatdır. Səs yazılarında ödəyəcəyini bildirdiyi məbləğlərin özünün götürdüyü 3000 borc, habelə tanışı Rüxsarə adlı digər şəxsin Elgündən aldığı və qaytarılmayan borcu olduğunu bildirdi. Elgünlə Rüxsarəni tanış etdiyi və sonuncuya pul verilməsinə səbəb olduğu üçün Elgün həmin borcu faiziylə birlikdə ondan tələb edirdi. Belə ki, Rüxsarə 3000 manat dəyərində qızıl-zinyət əşyası girov qoymaqla iddiaçıdan 6500 manat borc almışdır. Piştaxta arxasındakı fotoşəkli daha əvvəl götürdüyü borcun ödənilməsi məqsədiylə qızıl-zinyət əşyalarının təhvil verilməsi zamanı və ondan xəbərsiz çəkilmişdir. Cavabdeh ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin təmsilçisi ilk iddiaya etiraz, qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, iddia tərəfi qeyd olunan məbləğdə pulun İbrahimov Elğün tərəfindən Cavabdeh verilməsini təsdiqləyəcək heç bir sübut (müqavilə, yazılı qəbz, akt,şahid ifadəsi vəs..) təqdim olunmadı. Qarşı tərəf iddia etdiyi pul məbləğini cavabdehə verdiyini yalnız onunla əsaslandırır ki, guya Cavabdehlə İddiaçı arasında olan telefon vatsap danışıqlarında cavabdeh qeyd olunan pul məbləğini iddiaçıdan aldığını və yaxın vaxtda qaytaracağını etiraf etmişdir. İşin əsl mahiyyəti ondan ibarətdir ki, məhkəmə araşdırmasında da həm iddiaçı, həm də şahid qismində ifadə vermiş X6 bildirdilər ki, Elgün Talehə pulu yüksək faiz yəni sələm qarşılığında vermişdir. Cavabdeh İddiaçı 3000 manat (əsas məbləğdən) borcu var. İddia tələbində qeyd olunan digər 15900 manat pul Elgünün heç bir ədalətə və qanuna uyğun gəlməyən sələm faizləri və həmin faizlərin də üstünə əlavə edilən hesablamalarıdır. Cavabdeh tərəfindən iddiaçıya müxtəlif vaxtlarda vatsap yazışmalarında qaytaracağına söz verdiyi 3000 manatdan əlavə məbləğlər həmin sələm faizləri nəticəsində yaranan məbləğdir. Buna görə də iddia tələbində qeyd olunan 15900 manat (3000 manat əsas borcun olduğunu qəbul edirlər) sələm faizləri heç bir qanuna uğqun olmadığı üçün rədd edilməlidir. Həmçinin qarşılıqlı iddiada tələb etdikləri qızıl-zinət əşyalarının cavabdeh tərəfindən girov olaraq İddiaçı verilməsini məhkəmə gedişində qarşı tərəf etiraf etmişdir. Lakin həmin qızıl-zinət əşyalarının guya ki Elgün tərəfindən Talehə qaytarılmasına dair qarşı tərəfin təqdim etdiyi fotoşəkil sübut kimi qiymətləndirilə bilməz. Ona görə ki, həmin qızıl əşyalarını Elgün Talehdən qarşılıqlı imzalanmış qəbz vastəsilə götürmüşdür (həmin qəbz məhkəməyə təqdim olunub). Əgər qızıl-zinət əşyaları Elgün tərəfindən Talehə qaytarılmış olsaydı, yenə qarşılıqlı imzalı qəbz vastəsilə və yaxud hər hansı bir şahidin iştirakı ilə qaytarılardı. Daha gizli olaraq telefon vasitəsilə çəkilmiş foto ilə deyil. Qarşı tərəfin qızıl-zinət əşyalarının qaytarılmasını əsas gətirdiyi gizli çəkilmiş foto şəkildə görünən çəkilərin qarşılıqlı iddia ərizəsində qeyd olunan çəkilərlə eyni olmasını onunla izah edirlər ki, Elgün Talehdən sələm verdiyi pulu faizləri ilə birlikdə tələb edərkən Taleh Elgündə girovda olan qızıl-zinət əşyalarının Vatsap vastəsilə satışa qoyulması üçün ayrı-ayrı şəkillərinin çəkilməsini və çəkilərinin qeyd olunması üçün univermağa gətirilməsini xahiş etmişdir. Elgün də həmin qızıl-zinət əşyalarını gətirmiş və univermaqda Talehin iş masasında həmin şəkillər çəkilərək ayrı-ayrı çəkilər qeyd olunmuşdur. Bu proses zamanı Elgün gizlin olaraq Talehin şəklini çəkmişdir. Sonra isə həmin qızılları Elgün aparmışdır. Əlavə olaraq, qarşılıqlı iddiada tələb etdikləri qızıl-zinət əşyalarının hazırda da İbrahim Elgündə olması onunla öz təsdiqini tapır ki, qarşı tərəfin təqdim etdiyi foro şəkilin çəkildiyi tarixdən 2021-ci il avqust ayından sonra 2022-ci ilin müxtəlif vaxtlarında (07.02.22 tarixdə və s..) Elğün Talehə vatsap vastəsilə (səs) bildirmişdir ki, gəlsin qızıl-zinət aşyalarını götürüb satsın və pulları ödəsin. Həmin vatsap yazışmaları və səslər kağız və disk vastəsilə məhkəməyə təqdim olunub. Bununla yanaşı qızıl-zinət əşyalarının İddiaçı olması onun Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarında da öz əksini tapır. Belə ki, Elgün verdiyi izahatda qızıl -zinət əşyalarının girov olaraq Taleh tərəfindən ona verildiyini təsdiq etmişdir. Lakin onun tərəfindən qızıl-zinət əşyalarının Talehə qaytarılması barədə məlumat verilməmişdir. Qeyd olunanlardan başqa hamının qəbul etdiyi bir reallıq var, bu da ondan ibarətdir ki, borcun qaytarılmasının təminatı kimi qəbul olunmuş girov, həmin girovu qoyan şəxsə yalnız borc məbləği ödənildikdən sonra qaytarılır. Belə bir sual yaranır ki, girov qəbul edərək Talehə sələm qarşılığında borc verən İddiaçı hansı məntiqlə həmin girov qızıl-zinət əşyalarını Talehə qaytarmışdır. Cavabdehin təmsilçisi ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə izahatı alınmış vət. İddiaçı göstərmişdir ki, Cavabdeh onun barəsində yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. Qeyd etmişdir ki, Cavabdeh tanışı dostu Mahirin vasitəsi ilə tanımışdır. 2020-ci ildə dostu Mahir ona bildirmişdir ki, Taleh adlı yeznə qızıl Alqı satqısı ilə məşğuldur ona pul ver birlikdə işləyin pul qazanın. O, da Mahirə görə 2 il müddətində Talehə müxtəlif məbləğlərdə pul vermişdir, həmin pul müqabilində ona gəlir vermişdir. Təxminən bir il əvvəl ümumilikdə 18900 manat pul vermişdir. Sonradan ona pul verə bilmədikdə, sonuncu dələ 7000 istədikdə ona pul verməyəndə girov qızıl qoyaraq 7000 manat pul almışdır. Sonradan dəfələrlə pulunu istəməyinə baxmayaraq bu günə kimi Taleh ona borclu olduğu pulu verməmişdir. O, da pulu isdəmək üçün onun yaşadığı ünvana və həyat yoldaşının iş yerinə qohumu ilə getmişdir. Pulunu ala bilmədiyi üçün Taleh barədə məhkəmədə iddia qaldırmışdır. Talehdən pulunu almaq üçün onun yaşadığı ünvana və həyat yoldaşının iş yerinə gedən zaman ona və ailə üzvlərinə qarşı heç bir təzyiq etməmişdir. Cavabdeh Yolçu oğlunun onun barəsində yazdıqları şər və böhtandır. Material üzrə izahatı alınmış vət. X6 göstərmişdirki, Cavabdeh onun xalası qızının həyat yoldaşıdır.Təxminən 2020-ci ildə qohumu Cavabdeh ona zəng vurub bildirmişdir ki, o, 'Türkiyə-Cümhuriyyətinə gedibgəlir, əlində mayası azdı artıq pul qazanmaq istəyir, ona pul lazımdır,imkan varsa ona pul ver 1 aya qaytaracaqdır. O, da Talehə artıq-pulu yoxdu pul verə bilməyəcəyini demişdir. Talehdə onda ona bildirmişdi ki, dost tanışda pulu olan varsa onunla tanış elə pulversin onunla birlikdə işləsin və hər ikisi pul qazansınlar. O, da dostu Elgünü bildirmişdir ki, qohumu var qızıl alqı-satqısı ilə məşğuldur, pulun varsa ona ver biıiildə işləyib pul qazanın, Elgündə ona razılıq vermişdir sonra onların nömrələrini bir-birinə vermişdir ki özləri danışsınlar. Sonra onlarla bu haqda heç bir söhbətləri olmamışdır. Təxminən 1 il əvvəl Elgün onun yanına gəlmişdir və bildirmişdi ki, Cavabdeha verdiyi 18900 manat pulu qaytarmır. O, da bu barədə Taleh Əliyevanın-yoldaşına zəng vurub bildirmişdir ki, Talehə denən Elgünün pulunu versin. Talehin yoldaşı Zülfiyyə Əliyeva ona bildirmişdi ki, 1 ay bizə möhlət ver Elgünün pulunu verəcəkdir. Bir aydan sonra o, yenidən zəng vuranda Zülfiyyə Əliyeva yenə 20 gün müddət istəmişdi və dediyi müddətdə Elgünün pulunu verə bilməmişdir. X7 arasında narazılıq yaranmağa başlamış və. indiyənə kimidə Elgünün pulunu .verməmişlər. O, da sonradan bilmişdir ki, İddiaçı Cavabdeh barəsində məhkəmədə iddia qaldırıb hal-hazırda işləri məhkəmədədir. Elgün onun tanışıdır Talehlə onu Mahir tanış etmişdir. Sonradan aralarında pulla bağlı narazılıq olduğunu bilmişdir. Həmin ərəfələrdə Elgün bir dəfə Cavabdeh evinə pulunu istəməsi üçün getmiş bir dəfə də Elgün öz xalası qızını Zülliyyə Əliyevanın iş yerinə Elgünə borclu olduğu pulu istəməsi üçün getmişdir. Həmin vaxt Cavabdeh özünə və ailə üzvlərinə qarşı heç bir hədə qorxu olmamışdır və təzyiq göstərilməmişdir. Beləliklə aparılmış araşdırma zamanı məlıım olmuşdur ki, Gəncə şəhəri Gülüstan qəsəbəsi ev 2 mənzil 16-da yaşayan vət. Cavabdeh tanışı İddiaçı hədələnməsi faktında hədənin icra ediləcəyi real əsaslar olmadığından hədə faktı öz təsdiqini tapmamışdır. Ona görə də toplanmış materialda Azərbaycan Respublikası CM-nin 134-cü maddəsinin tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Bundan başqa araşdırma zamanı Gəncə şəhəri Gülüstan qəsəbəsi ev 2 mənzil 16-da yaşayan vət. Cavabdeh pulunun tanışı İddiaçı tərəfindən ələ keçirilməsi faktı öz təsdiqini tapmadığından həmin fakt üzrədə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, Taleh onun yeznəsidir. Talehə pul lazım oldu, lakin onda borc verə biləcəyi qədər pul olmamışdır. Elgündən bu barədə soruşandan sonra əlaqə saxlaya bilmələri hər iki tərəfin mobil telefon nömrələrini bir-birlərinə vermişdir. Borc barədə söhbət pandemiyadan əvvəl olmuşdur. Habelə, Elgünə bildirmişdir ki, Talehə verəcəyi 5000 manat üçün cavabdehlik daşıyacaqdır. Borc alıb-verilməsi barəsində sonradan məlumatı olmamışdır. Təxminən bir il əvvəl Elgün onun yanına gələrək Talehin borcunu qaytarmadığını bildirmişdir. Məsələylə maraqlanmaq üçün Talehin bacanağına zəng etmişdir. Daha sonra Taleh ona zəng edərək borcu özünün həll edəcəyini bildirmişdir. Narazılıq vaxtı borc 20000 manata çatmışdı. Xalası qızı olan Talehin həyat yoldaşı da dedi ki, onun iş yeri olan universitetə gələrək borcu tələb ediblər. Əvvəlcə bir aya borcu ödəyəcəklərini bildirdilər, daha sonra ödəniş üçün bir ay da vaxt istədilər. Taleh borcu ödəyəcəyini bildirirdi. Borcun 18900 manat olmasını əvvəlcə Elgün dedi, daha sonra Taleh və həyat yoldaşı da təsdiqlədi, hətta bildirdilər ki, borca əlavə pul da ödəməlidirlər. Elgündə Talehin qızıl-zinyət əşyasının olubolmadığını isə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Elgün onun xalası oğludur. Talehin telefonuna zəng çatmadığı üçün Elgün xahiş etmişdi ki, Talehin həyat yoldaşı Zülfiyyənin iş yerinə gedib ona olan borcunu istəsin. İş yerinə gedib borcu istəyəndə Zülfiyyə Talehin borcu qaytaracağını bildirmişdir. Bu hadisə təxmini 1-2 ay əvvəl olmuşdur. Borucn məbləğini bilmir, Zülfiyyə də bu barədə ona heç nə deməmişdir. Məhkəmə iclasında əslinə baxış keçirilmiş "xxxx" QSC tərəfindən verilmiş qəbzdən görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən X2 4864,55 manat ödəniş edilmiş, həmin məbləğdən 14,55 manat xidmət haqqı çıxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (740). İlk iddiaya münasibətdə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı cavabdehə verdiyi pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məbləğ barədə mübahisə olsa da, hər iki tərəf bildirir ki, aralarındakı razılaşmaya əsasən verilən pul geri qaytarılmalı idi. Belə olan halda, borcverən qismində İddiaçı qarşısında borcalan Cavabdeh aldığına müvafiq pulu qaytarmaq öhdəliyi daşımışdır. Hazırkı iş üzrə iddiaçı cavabdehdən verdiyi 18900 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etsə də, qanunvericiliyin tələbinə əsasən, predmetin məbləği üç min manatdan çox olduğu üçün tərəflər arasında etibarlı borc münasibətinin yarana bilməsi üçün razılaşma yazılı formada təsbit olunmalı, borc müqaviləsi yazılı formada bağlanmalı idi. Belə ki, tələbin əsaslandığı əqdin etibarlılığı yoxlanılmalıdır. Cavabdehin iddiaçı qarşısındə öhdəliyinin əmələ gələ bilməsi üçün tələb olunan müqavilə qanunvericiliklə müəyyənləşdirilmiş şərtlər pozmaqla bağlandığından əqd etibarsız hesab edilməli, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə tədqiq edilmiş sübutlarla cavabdeh 2019-cu ildə iddiaçıdan 5000 manat pul borc aldığını etiraf etmiş və həmin puldan 4864,55 manat ödəniş etdiyini təqdim etdiyi xx.xx.2020-ci il tarixli qəbzlə sübuta yetirmişdir. Cavabdeh habelə, iddiaçıdan növbəti dəfə xx.xx.2021-ci ildə 5000 manat borc aldığını və həmin məbləğdən 2000 manat ödəniş etdiyini, 3000 manat borcu qaldığını etiraf etmişdir. Beləliklə, 18900 manat pulun iddiaçı tərəfindən cavabdehə borc verilməsi barədə etibarlı müqavilə və (ya) iddianın həmin məbləğdə etirafı olmadığından, ilkin verilən borcdan (5000-4864,55=135,45) 135,45 manat, növbəti dəfə verilən borcdan (5000-2000=3000) 3000 manat ödəniş edilməli olduğu işin tədqiq edilmiş halları əsasında müəyyən edildiyindən, ilkin iddia qismən təmin edilməli, 3135,45 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, məhkəmə iddiaçı tərəfin sübut qismində təqdim şahid ifadələrinə münasibətdə qeyd edir ki, hər iki şahid tələb edilən borcun verilməsində iştirak etməmiş, habelə şahid Gülbəniz Bağırovanın ifadəsiylə verilən borcun məbləği təsbit olunmur, şahid Mahir Məmmədovun ifadəsində dəqiqliklə bildirdiyi borc məbləğinə dair təxminən bir il əvvəl aparılmış araşdırma nəticəsində qəbul olunmuş qərardakı izahatında qeyd etməmişdir. Məhkəməyə təqdim edilmiş səs yazılarında cavabdeh tərəfdən ödəniləcəyi bildirilən pulun Rüxsarə adlı şəxsə verilmiş borc olması və həmin borcun iddiaçı tərəfindən cavabdehdən tələb edilməsi həmin sübutlarla təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Mülki Məcəlləyə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (337.4). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (337.5). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Həmin Qərarda göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmin Qərarda göstərilmişdir ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, ilk iddia qismən təmin edilməli, cavabdehdən 3135,45 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Mülki Məcəlləyə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4). Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, tərəflər borcun verilməsi zamanı öhdəliyin icrasının təminatı qismində cavabdehə məxsus qızıl-zinyət əşyalarının iddiaçıya verildiyini təsdiq edir. Hazırda cavabdeh ona məxsus və iddiaçının sahibliyində olduğunu bildirdiyi qızılların geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin nəzərə alınmalıdır ki, həmin qızılların cavabdehə təhvil verilməsi cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi yazılı çıxışla öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh tərəf həmin qızıl-zinyət əşyalarının satışından əldə edilmiş vəsait hesabına borcun ödənilməsi məqsədilə fotoşəkillərinin çəkilməsi üçün cavabdehə təqdim edildiyi və daha sonra iddiaçıya yenidən təhvil verildiyi bildirilsə də, qeyd edilən halı – cavabdehin tələb etdiyi ona məxsus əşyaların iddiaçının sahibliyində olması sübuta yetirilmir, halbuki sübutetmə yükü cavabdehin üzərinə düşür. Bundan başqa, xx.xx.2021-ci il tarixli fotoşəklin gizli qaydada çəkildiyindən sübut qismində qəbul edilməməli və qiymətləndirilməməli olduğunu bildirsə də, ictimaiyyətə açıq sahədə cavabdehlə üzbəüz və onun aşkar görüş məsafəsində aparılmış çəkilişin gizlin olması iddiaçı tərəfindən etiraf olunmur, habelə sadalanan səbəblərdən ağlabatan və məntiqli deyil. Beləliklə, məhkəmə iclasında aparılmış araşdırma zamanı hər iki tərəfin təsdiqlədiyi hal kimi iddiaçıya təhvil verildiyi zaman içində qızılların olduğu zərfin üzərində zərgərlik məmulatlarının növlərinə, çəkilərinə dair qeydlərin, xx.xx.2021-ci il tarixli fotoşəkildəki piştaxta arxasındakı cavabdehin apardığı qeydlərlə eynilik təşkil etməsi müəyyən edilmişdir. Cavabdeh bu halı açıqlamaq verdiyi izahatında, daha əvvəl götürdüyü borcun ödənilməsi məqsədiylə qızıl-zinyət əşyalarının təhvil verilməsi zamanı həmin fotoşəklin çəkildiyini bildirmişdir. Lakin cavabdeh özü bildirmişdir ki, iddiaçıdan ilkin olaraq 2020-ci ilin əvllərində götürdüyü borcu həmin ilin oktyabr ayında ödəmişdir, bu halı xx.xx.2020-ci il tarixli qəbzlə təsdiqləmişdir. Lakin cavabdeh tərəfin təqdim etdiyi və qızılların iddiaçıya təhvil verildiyi zərfin üzərində xx.xx.2021-ci il tarixi qeyd olunmuşdur, cavabdehin piştaxta arxasındakı fotoşəklinin xx.xx.2021-ci il tarixli olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Bundan başqa, cavabdeh tərəfin təqdim etdiyi, ayrı-ayrılıqda çəkilmiş fotoşəkillərinə əsasən mübahisəli qızıl-zinyət əşyalarının hər birinin piştaxta arxasındakı cavabdehin tərəzisindəki məmulatlarla və çəkiləriylə eyniliyi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Habelə, səs yazılarının tədqiqi zamanı öz təsdiqini tapmışdır ki, iddiaçı Rüxsarə adlı şəxsin onda olan qızıllarının təhvil alınaraq satılmasını və borcun ödənilməsini bildirir. Beləliklə, borcun verilməsi zamanı girov müqaviləsi üçün nəzərdə tutulmuş yazılı tərtib olunması barədə tələbə riayət edilmədiyindən etibarsız hesab edilməli olan və tərəflər əqddən əvvəlki vəziyyətə qaytarılmalı - mübahisəli qızıl-zinyət əşyalarının cavabdehə qaytarılmalı olsa da, həmin əşyaların cavabdeh tərəfindən qəbul edilməsi birbaşa və dolayı sübutlarla təsdiq olunmuşdur, buna görə qarşılıqlı iddia sübuta yetirilmədiyi üçün təmin edilməməlidir. Beləliklə, qarşılıqlı iddia sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən, ilk iddia qismən təmin edilərək 3135,45 manat pul Cavabdeh alınaraq İddiaçı verilməli, qarşılıqlı iddia sübuta yetirilmədiyindən təmin edilməməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ilk iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi qismində 25 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, qarşılıqlı iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlk iddia qismən təmin edilsin. Cavabdeh 3135 (üç min yüz otuz beş) manat 45 (qırx beş) qəpik pul alınaraq İddiaçı verilsin. İlk iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “əmlak tələbi” barədə qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 111 (yüz on bir) manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar