Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1153/2022 03.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, iddiaçı X7 cavabdeh X5 qarşı tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 1.950 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X12 cavabdeh X5 qarşı tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 1.950 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X12 iddia ərizəsini onun əsaslandırmışdır ki, o, «Azərlotareya» açıq səhmdar cəmiyyətindən satış məqsədi ilə lotareya biletləri alaraq, həmin biletlərin topdan və pərakəndə satışı ilə məşğul olur. O, cavabdehi əvvələr də tanımışdır. 18 may 2022-ci il tarixdə o, cavabdeh X8 ilə nisyə alqı-satqı müqaviləsi bağlamışdır və həmin müqaviləyə əsasən 5.000 manat dəyərində lotareya biletlərini cavabdehə satmışdır. S.Q.Qurbanov borcunu 18 iyun 2022-ci il tarixədək ödəmək öhdəliyini üzərinə götürmüşdür. Lakin S.Q.Qurbanov müqavilə üzrə yalnız 3.050 manat ödəniş etmiş və ona ödənilməmiş 1.950 manat borcu qalmışdır. O, cavabdehdən borcun ödənilməsini tələb etdikdə isə cavabdeh müxtəlif bəhanələrlə borcun ödənilməsindən boyun qaçırmışdır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Z.H.Qafarov iddianın təmin edilməsini xahiş etmişdir. 01 noyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş teleqramında Z.H.Qafarov mülki işə onun iştirak olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X8 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan X8 18 may 2022-ci il tarixli, 10 nömrəli nisyə alqısatqı müqaviləsindən görünür ki, X8 ümumi dəyəri 5.000 manat təşkil edən lotareya biletlərini X6 almış və 18 iyun 2022-ci il tarixədək borcunu ödəmək öhdəliyini üzərinə götürmüşdür. İşdə olan 02 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 22 may 2022-ci il tarixdə X1 Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək müdiri X7 ona satmaq üçün verdiyi 1.958 manat dəyərində poz-qazan lotareya biletlərinin satışından əldə olunan 1.958 manat məbləğində pul vəsaitini şəxsi istifadəsi üçün xərclədiyini bildirmişdir. Bundan sonra Z.H.Qafarov S.Q.Qurbanovdan pulu tələb etdikdə isə S.Q.Qurbanov Z.H.Qafarovu aldatmaq məqsədi ilə bilərəkdən yalandan Daxili İşlər Nazirliyinin 102 Xidməti zəng mərkəzinə zəng edərək həmin lotareya və pulların əlindən bıçaqla hədə-qorxu gəlməklə naməlum şəxsin alması barədə yalan məlumat vermişdir. Lakin sonradan S.Q.Qurbanov heç bir hadisə baş vermədiyini, borcu qaytarmaqdan yayınmaq üçün bilərəkdən polisə yalan məlumat verdiyini qeyd etmişdir. X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinin tərkibi yarandığı üçün S.Q.Qurbanovun barəsində inzbati təsir tədbirlərinin görülməsi qərara alınmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, 18 may 2022-ci il tarixli müqavilə üzrə X8 öhdəliklərini icra etməmişdir. Bununla əlaqədar X4 X10 18 may 2022-ci il tarixli müqavilə üzrə 1.950 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əçyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, X2 18 may 2022-ci il tarixli müqavilə üzrə 1.950 manat məbləğində pul vəsaiti X7 xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianin təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X7 iddiası təmin edilsin. Cavabdeh X2 18 may 2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.950 (bir min doqquz yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 (qırx) manat, cəmi 1.990 (bir min doqquz yüz doxsan) manat məbləğində pul vəsaiti iddiaçı X7 xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1153/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1153/2022
03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver