Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1158/2022 19.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı Oba Market MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı Oba Market MMC Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi barədə idda ərizəsi ilə məhkəməyə müraciət edərək, Oba Market MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 986( doqquz yüz səksən altı) manat pulun və dövlət rüsum kimi ödənilmiş 30(otuz) manat vəsaitin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, idda ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi aidiyyət qaydalarına riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh qeydiyyatda olduğu ünvan ünvan 1osessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1, 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: İddiaçı Oba Market MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçıya aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-1158/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1158/2022
19.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver