Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1171/2022 07.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əskərova Dürdanə Museyib qızının katibliyi, İddiaçı, cavabdeh Borclu iştirakı ilə, İddiaçı cavabdeh Borclu qarşı vurulmuş zərərin əvəzi qismində 1.100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 manat, cəmi 1.131 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Borclu qarşı vurulmuş zərərin əvəzi qismində 1.100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 manat, cəmi 1.131 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, Azərbaycan Respublikası Baş X18 tərəfindən verilmiş 22 iyun 2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 2016-cl ildə istehsal olunmuş «Chevrolet Cruze» markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobil arvadı X3 məxsusdur. Həmin avtomobili o, etibarnamə əsasında idarə etmişdir. 2022-ci ilin aprel ayında o, həmin avtomobilin mühərrikində yaranmış nasazlıqla əlaqədar avtomobilin mühərrikini təmir etdirmək üçün Gəncə şəhəri Şəmkir yolunun üstündə yerləşən «Chevrolet servis» mərkəzinə getmiş və avtomobil ustası Borclu ilə razılaşaraq, avtomobilin mühərrikinin təmiri üçün Borclu 1.100 manat məbləğində pul ödəmişdir. Bundan əvvəl 2020-ci ilin iyun ayında X4 avtomobilin mühərrikini sökdürüb yenidən yığdırmışdır. Lakin avtomobilin mühərriki lazımi qaydada işləmədiyi üçün Borclu həmin avtomobilə başqa bir işlənmiş mühərrik yerləşdirilməli idi. Buna baxmayaraq, Borclu üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, dörd aydan çox bir müddət keçsə də, avtomobilin mühərrikini dəyişməmişdir. Bununla da X8 ona 1.100 manat məbləğində maddi zərər vurmuşdur. O, cavabdehin qanunsuz hərəkətlərindən Gəncə şəhəri Kəpəz Rayon Polis Şöbəsinə şikayət etsə də, onun şikayətinin mülki xarakterli olduğu bildirilmiş və məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ izah olunmuşdur. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Borclu məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, o, əvvəllər «Chevrolet servis» mərkəzində usta kimi fəaliyyət göstərmiş və cavabdeh İddiaçı da orada tanımışdır. Sonradan isə o, «Chevrolet servis» mərkəzində işdən çıxmış və X10 ilə birlikdə başqa bir avtomobil təmiri sexi açıb, orada fəaliyyət göstərməyə başlamışdır. Bundan bir neçə ay əvvəl İddiaçı «Chevrolet Cruze» markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobili həmin sexə gətirərək, avtomobilin mühərrikində səs olduğunu demiş və həmin mühərriki təmir etməsini ondan xahiş etmişdir. O, mühərrikdə yaranmış nasazlığın aradan qaldırılması üçün mühərrikin ya yenisi ilə əvəz edilməli olduğunu, ya da tamamilə sökülüb yenidən tam təmir edilməli olduğunu İddiaçı izah etmişdir. İddiaçı bununla razılaşmayaraq, sexdən getmiş, lakin bir müddət sonra avtomobili evakuator vasitəsi ilə sexə gətirib, mühərriki təmir etməsini ondan xahiş etmişdir. O, mühərriki yoxladıqdan sonra həmin mühərriki yeni mühərriklə əvəz etməyin onun tam təmir olunmasından daha sərfəli olacağını cavabdehə izah etmişdir. Onlar arasında olan razılaşmaya görə o, «Chevrolet Cruze» markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini yenisi ilə əvəz etməli, İddiaçı isə buna görə ona 1.200 manat məbləğində ödəniş etməli idi. O, «Chevrolet Cruze» markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini dəyişdikdən sonra, İddiaçı ona məxsus avtomobil təmiri sexinə gələrək, avtomobilə baxmış və hətta həmin avtomobili sürüb, yanacaqdoldurma məntəqəsində yanacaq aldıqdan sonra həmin sexə geri qayıtmışdır. Lakin İddiaçı aralarında olan razılaşmaya uyğun olaraq, ona ödəniş etməkdən imtina etmişdir. Qeyd olunan səbəbdən də o, «Chevrolet Cruze» markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə yerləşdirdiyi yeni mühərriki çıxarıb, əvvəlki mühərriki üzərinə yerləşdirmiş və avtomobili aparmasını İddiaçı tələb etmişdir. İddiaçı isə ona olan borcunu ödəməməklə yanaşı, avtomobili aparmaqdan da imtina etmişdir. Hazırda isə «Chevrolet Cruze» markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobil onun işlədiyi sexdə əlavə yer tutur və onun işlərinə mane yaradır. Sonda Borclu iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, İddiaçı 13 yaşından tanıyır. Bir müddət əvvəl onun oğlu tanışları İddiaçı «Chevrolet Cruze» markalı avtomobil satdığını ona demişdir. Buna görə də o, oğlu ilə birlikdə həmin avtomobilin olduğu Borclu məxsus avtomobil təmiri sexinə getmiş və avtomobilə baxmışdır. Lakin həmin avtomobili bəyənmədiyinə görə onu almamışdır. O, Borclu avtomobil təmiri sexində olarkən, Borclulə İddiaçı arasında hansısa məsələ ilə əlaqədar mübahisə olduğunu hiss etsə də, nə baş verdiyini tam bilməmişdir. İddiaçı tərəfindən Borclu hansısa məbləğdə pul vəsaitinin verilməsini, eləcə də İddiaçılə Borclu arasında hansı səbəbdən narazılıq yarandığını bilmir. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, təxminən 2-3 il bundan əvvəl İddiaçı ilə qonşu olmuşdur. Bir müddət əvvəl o, özünə məxsus avtomobilin təkərinin təmiri ilə əlaqədar Borclu məxsus avtomobil təmiri sexində olarkən, İddiaçı ilə Borclu arasında pulla əlaqədar mübahisə baş verdiyini görmüşdür. Lakin o, kimin-kimə və hansı məbləğdə nə ilə əlaqədar borclu olduğunu bilməmişdir. Həmin mübahisədən ustanın pulunun verilmədiyi, ya da ustanın pulu alıb, işi təhvil vermədiyini müəyyənləşdirmək mümkün olmamışdır. O, İddiaçı Borclu hansısa məbləğdə pul vəsaiti verməsini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, o, əvvəllər Borclu şagird kimi işi avtomobil təmirini öyrənmiş, daha sonra isə Borclu yanında əmək fəaliyyətinə başlamışdır. 2022-ci ilin yanvar ayına qədər Borclu «Chevrolet servis» mərkəzində usta kimi fəaliyyət göstərmiş, daha sonra isə özünə məxsus avtomobil təmiri sexinə köçmüşdür. Bundan təxminən 3-4 ay əvvəl Babayev X2 Həsən Tofiq oğluna məxsus avtomobil təmiri sexinə gəlmiş və «Chevrolet Cruze» markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini təmir etməsini Borclu xahiş etmişdir. İddiaçı ilə Borclu arasında olan razılaşmaya əsasən Borclu həmin avtomobilin mühərrikini az işlənmiş başqa bir mühərriklə əvəz etməli, İddiaçı isə buna görə Borclu 1.200 manat məbləğində ödəniş etməli idi. Lakin Borclu razılaşma üzrə «Chevrolet Cruze» markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini dəyişib, həmin avtomobili işlək vəziyyətə gətirsə də, İddiaçı ödəniş etməkdən imtina etmişdir. Buna görə də Borclu yeni qoyulmuş mühərriki çıxarmış və avtomobili sexdən aparmasını İddiaçı tələb etmişdir. İddiaçı isə nə avtomobili aparmış, nə də hər hansı ödəniş etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, Borclu məxsus avtomobil təmiri sexində usta kimi fəaliyyət göstərir. Bundan bir müddət əvvəl İddiaçı «Chevrolet Cruze» markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini təmir etdirmək üçün həmin avtomobil təmiri sexinə gəlmiş, Borclu qeyd olunan avtomobilin mühərrikini yoxladıqdan sonra avtomobilin mühərrikinin təmiri və ya yenisi ilə əvəz olunması üçün xərcləri İddiaçı demişdir. Lakin İddiaçı Borclulə razılaşmayaraq, getmiş və bir müddətdən sonra «Chevrolet Cruze» markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobili evakuator vasitəsi ilə H.T.Mustafevə məxsus avtomobil təmiri sexinə gətirmişdir. İddiaçılə Borclu arasında olan razılaşmaya əsasən Borclu «Chevrolet Cruze» markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini az işlənmiş başqa bir mühərriklə əvəz etməli, İddiaçı isə buna görə Borclu 1.200 manat məbləğində ödəniş etməli idi. Borclu «Chevrolet Cruze» markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini razılaşma üzrə başqa mühərriklə əvəz etsə də, İddiaçı ödəniş etməkdən imtina etmişdir. Buna görə də Borclu həmin avtomobilin yeni mühərrikini çıxarmış və əvvəlki mühərriki üzərinə yerləşdirərək, avtomobili aparmasını İddiaçı tələb etmişdir. Buna baxmayaraq, İddiaçı avtomobili də aparmaqdan imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, o və Borclu birlikdə avtomobil təmiri sexi işlədirlər. Bir müddət bundan əvvəl Borclu ona yaxınlaşaraq, İddiaçı özünə məxsus avtomobilin mühhərikini dəyişmək istədiyini demişdir. O, İddiaçılə heç bir razılaşma aparmamasını Borclu tapşırsa da, Borclu onun sözlərinə məhəl qoymamış və İddiaçı avtomobilinin mühərrikinin dəyişdirilməsi barədə sonuncu ilə razılaşmışdır. Lakin sonradan Borclu İddiaçı ödəniş etməkdən imtina etdiyini və buna görə də avtomobilin üzərinə qoyduğu yeni mühhəriki çıxardığını ona bildirmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 16 iyun 2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı müraciəti üzrə araşdırma aparılmış və həmin müraciətə baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinə uyğun olaraq, Borclu «Chevrolet Cruze» markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini yeni mühərriklə əvəz etməyi, İddiaçı isə buna görə Borclu 1.200 manat məbləğində ödəniş etməli idi. Borclu razılaşma üzrə həmin avtomobilin mühərrikini dəyişsə də, İddiaçı ödəniş etməkdən imtina etmiş, buna görə də Borclu «Chevrolet Cruze» markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş yeni mühərriki çıxarmış və avtomobilin aparılmasını tələb etmişdir. Mülki işin məhkəmə tədqiqi zamanı Babayev X2 Həsən Tofiq oğlunun öz öhdəliklərini icra etməməsini və bununla da ona 1.100 manat məbləğində maddi zərər vurulmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmiş, məhkəmə tədqiqi zamanı dindirilmiş şahid ifadələri ilə İddiaçı iddia tələbinin əsası kimi göstərdiyi hallar təkzib, Borclu iddia tələbinə etirazının əsası kimi istinad etdiyi hallar isə təsdiq olunmuşdur. Halbuki, iddiaçı öz iddia tələbinin əsaslılığını sübuta yetirmək üçün ilk öncə tərəflər arasında öhdəliklərin yaranma əsaslarını, cavabdehin öz öhdəliklərini icra etməməsini və öhdəliklərin icra edilməməsinə görə ona zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 389.1 və 389.2-ci maddələrinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 757-ci maddəsinə görə əgər podratçının hazırladığı və ya təmir etdiyi sifarişçiyə məxsus daşınar əşya hazırlanma və ya təmir məqsədilə onun sahibliyindədirsə, podratçı öz tələblərinin təminatı üçün həmin əşyaya girov hüququndan istifadə edə bilər. Həmin Məcəllənin 769-cu maddəsinə görə əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Borclu qarşı vurulmuş zərərin əvəzi qismində 1.100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 manat, cəmi 1.131 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Borclu qarşı vurulmuş zərərin əvəzi qismində 1.100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 manat, cəmi 1.131 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1171/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1171/2022
07.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver