Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1188/2022 14.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, X19 oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 cavabdeh X7 qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X8 cavabdeh X7 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2800 manat pulun və 50 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X12 ilə onun arasında əldə edilmiş razılığa əsasən 2800 manat borc yaranmışdır. Həmin borcu cavabdeh qaytarmamışdır. Razılağa görə həmin borcu cavabdeh öz ehtiyacların qarşılamaq məqsədi ilə ondan almışdır. Cavabdeh həmin pul qarşılığında ona qızıl təqdim etmiş, lakin həmin qızıllar saxta çıxmışdır. Cavabdeh dediyi müddət ərzində həmin pulunu qaytarmalı idi. Lakin həmin puldan indiyənədək heç bir məbləğ qaytarmamışdır. Dəfələrlə deməyinə baxmayaraq cavabdeh həmin pulun geri qaytarmaqdan boyun qaçırır. Cavabdehə dəfələrlə xəbərdarlıq etsə də həmin borcu ödəyəcəyini desədə bu günə qədər borclarını ödəməmişdir. Məhkəmə iclasında iddiaçı X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, ailəsi ilə birlikdə Şəmkir rayon Kür qəsəbəsində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Sələmə pul verməklə gündəlik qazancını əldə edir. X9 əvvəllər tanımamışdır. xx.xx.2019- cu il tarixdə adının daha sonra Həmid Qəhrəmanov olduğunu bildiyi şəxs yaşadığı ünvana gələrək, sələmə pul lazım olduğunu bildirmişdir. O, da Həmid Qəhrəmanova 1000 manat pul vermiş və qarşılığında 40 qram çəkidə Həmid Qəhrəmanov adlı şəxs ona qızıl sep vermişdir. Daha sonra xx.xx.2019-cu il tarixdə yenidən Həmid Qəhrəmanov yaşadığı ünvana gələrək, bu dəfə də 38 qram çəkidə qızıl sep ona verib, yenidən 1000 manat sələmə pul götürmüşdür. Bir neçə gün sonra isə Həmid Qəhrəmanov yenidən yaşadığı ünvana gələrək, bu dəfə 25 qram çəkidə sep verərək 800 manat sələmə pul götürmüş, ümumilikdə Həmid Qəhrəmanova 2800 manat pul vermişdir. X22 bir ay belə olsun götürdüyü sələmin faizini ona verməmişdir. O, da sepləri satmağa gedəndə, Həmid Qəhrəmanovun ona vermiş olduğu qızıl seplərin qızıl olmadığı metal olması bilinmişdir. O, həmin seplərin qızıl olub- olmadığını yoxlatmamışdır. Həmid Qəhrəmanov həmin seplərin qızıl olduğunu bildirib, o da yoxlatmadan ona inanaraq sepləri qızıl kimi qəbul etmişdir. Daha sonra faizi ala bilməyəndə yoxlatmış və qızıl olmadığını müəyyən etmişdir. Bundan əlavə olaraq, iddiaçı məhkəməyə ərizə verərək mülki işə qiyabi icraat qaydasında baxılmasını və iddianın təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2022-ci il tarixdə teleqram ünvanlayaraq məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan cinayət işi başlanılmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, X6 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla müəyyən olunur ki, X3 təqdim etdiyi 3 ədəd sarımtıl rəngli qızıla bənzər metal sep: 40,63qram kütləli, bismark toxunuşlu, kilidi olmayan,qırmızımtıl sarı rəngli 1 ədəd boyunbağı təxminən 925 əyarlı gümüşdən hazırlanmışdır; 36,22 qram kütləli, bismark toxunuşlu, kilidində “925” damğası olan, qırmızımtıl sarı rəngli 1 ədəd boyunbağı təxminən 925 əyarlı gümüşdən hazırlanmışdır; 41,73 qram kütləli, bismark toxunuşlu, kilidində “925” damğası olan qırmızımtıl sarı rəngli 1 ədəd boyunbağı təxminən 925 əyarlı gümüşdən hazırlanmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəmkir rayon Kür qəsəbə sakinləri X10 və X14 müxtəlif şəxslərə qiymətli əşyaların girov qoyulması müqabilində sələmə pul verirlər. 2019 cu ilin dekabr ayında Gəncə şəhər sakini X1 Abdullayevaya və Sahibə Əliyevaya girov kimi qızıl boyunbağılar verərək, İddiaçı 2800 (iki min səkkiz yüz ) manat Sahibə Əliyevadan isə 2200 (iki min iki yüz) manat sələmə pul almışdır. Həmid Qəhrəmanov adları qeyd edilən şəxslərin sələm pullarını vermədikdə. Sahibə Əliyeva və Laləzər Abdullayevə boyunbağıları satmaq istəmiş və həmin boyunbağıların qızıl olmadığını öyrənmişlər. Ədliyyə Nazirliyinin Məhkəmə X13 RPŞ-nə daxil olmuş rəydə isə boyunbağıların qızıl deyil, gümüş olması qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 ifadə verərək bildirdi ki, iddiaçı onun anasıdır. 2019-cu ilin dekabr ayında Həmid adlı bir şəxs onların yaşadıqları evə gələrək, anasından sələmə pul istədi və 40 qram qızıl sep verərək anasından 1000 manat pul borc aldı. Bir neçə gün sonra Həmid təkrar gələrək 38 qram qızıl sep əvəzində anası olan iddiaçıdan 1000 manat pul borc almışdır. Həmid 2-3 gün sonra yenidən 25 qram sep girov qoyub anası Laləzardan 800 manat pulu sələmə götürdü. Həmid Qəhrəmanov borcunu qaytarmayanda anası Laləzar həmin sepləri satmaq üçün aparanda onların qızıl olmadıqlarını bilmişlər. Həmid borcundan Laləzara ödəniş etməmişdir, anasıyla bir yerdə yaşadıqları üçün bunu bilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2020-ci ilin dekabr ayında tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə ümumilikdə 2800 manat pul borc kimi verilmişdir. İşin bu halı sübut npvləri olan təərfin izahatı və şahid ifadəsi ilə sübuta yetirilmişdir. Bununla yanaşı, borcun qaytarılacağına təminat qismində 3 ədəd zinyət əşyası girov qismində qoyulmuşdur, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı qaydada müqavilə tərtib edilməmişdir. Belə olan halda, Mülki Məcəlləylə müəyyən edilmiş qaydalara riayət edilmədən bağlandığı üçün girov müqaviləsi etibarsızdır. Belə ki, Mülki Məcəlləyə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1). İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər (276.1). Girov müqaviləsi yazılı formada bağlanmalıdır (280.1). Bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır (280.4). Məhkəmə araşdırması zamanı sübut növləriylə verilməsi təsdiqlənən 2800 manat borcun tam və ya qismən ödənilməsini sübut etmək yükü cavabdeh Həmid Qəhrəmanovun üzərinə düşür. Lakin həmin cavabdeh bununla bağlı heç bir sübut təqdim etməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayarq, məhkəmə iclasında hər hansı üzrlü səbəblər təqdim etmədən iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1 və 106.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Məhkəmə nəzərə alır ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 2800 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh X4 2800 (iki min səkkiz yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat pul alınaraq iddiaçı X5 verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1188/2022
Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-1188/2022
14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver