Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1191/2023 10.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə şəhər İdman Liseyinin nümayəndəsi X4 və Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə şəhər İdman Liseyinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə şəhər İdman Liseyi cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 728,00 manat pulun tutularaq dövlət hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçının nümayəndəsi məhkəməyə ərizə verərək cavabdehin adının yanlış qeyd edildiyindən Naidə kimi oxunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddianı müdafiə edərək, izahatında göstərdi ki, cavabdehin anası mərhum X1 1 saylı internat məktəbində (hazırki Gəncə şəhər İdman Liseyi) işləyərkən 1972-ci ildə işdə xəsarət almış və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ona hər aylıq zərər ödənci ödənilmşdir. Son ödəniş 2022-ci ilin iyun ayı icra edilmişdir. Lakin sonradan məlum olmuşdur ki, X7 2022-ci ilin mart ayında öldüyü halda məlumatsız olduqları üçün onun adına lisey tərəfindən həyata keçirilən iyun ayı da daxil olmaqla 728 manat həcmində pulu hazırki cavabdeh olan qızı Cavabdeh almışdır. Cavabdehə dəfələrlə bildiriş və xəbərdarlıqlar verilməsinə baxmayaraq əsassız olaraq əldə etdiyi pulu dövlət büdcəsinə qaytarmayacağını bildirmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə qarşı etirazı olmadığını və aldığı pulu hər ay 20 manat hiss-hissə ödəyəcəyini bildirdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli 2(044)-3982/2016 nömrəli qətnaməsindən görünür ki, istehsalat qəzasında pozulmuş sağlamlığına görə X5 Gəncə şəhər X11 təmayüllü Gimnaziya tərəfindən 01 yanvar 2005-ci ildən aylıq ödənclər hesablanaraq verilməsi qət edilmişdir. Elektron məlumat bazasından müəyyən olundu ki, X6 xx.xx.2022-ci ildə ölmüşdür. Ödəniş tapşırıqlarının surətindən görünür ki, X3 adına xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində hər dəfə 208,00 manat pul köçürülmüşdür. Cavabdehə göndərilmiş bildirişlərdən görünür ki, pulun qaytarılması tələb edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi cavabdeh heç bir hüquqi əsası olmadan əldə etdiyi pulu iddiaçının tələbi ilə geri qaytarmayaraq özündə saxlamışdır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 728,00 manat pul alınaraq Dövlət büdcəsinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Gavabdeh Cavabdeh 728,00 (yeddi yüz iyirmi səkkiz) manat pul alınaraq Dövlət xəzinadarlığı Agentliyi, kod-210005, VÖEN-**********, M\h-Az37 NABZ ********************,SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Gavabdeh Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-1191/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1191/2023
10.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver