Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1203/2023 25.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 avqust 2011-ci il tarixdə anadan olmuş Məryəmin saxlanması üçün məhkəmə tərəfindən qət edilən, lakin cavabdehin ona ödəmədiyi 6000 manat alimentin hazırkı dövrə uyğun olaraq ideksasiya edilərək ödənilməsi və gecikdirilmiş hər ay üçün 0.02 faiz miqdarında dəbbə pulunun tutulması və alimentin artırılaraq hər ay üçün 250 manat müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, onun Cavabdeh ilə birgə nikandan 14 avqust 2011-ci ildə Məryəm adlı bir uşağı anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-632/2018 saylı 10 iyul 2016-ci il tarixli qətnaməsinə əsasən 15 yanvar 2018-ci il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cavabdeh atası Cavabdeh 140 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda cavabdehin ona 6000 manat aliment borcu var. Cavabdehdən icra məmuru Səməd İsmayılov tərəfindən alimentin tələb edilməməsi səbəbindən alimentin miqdarı bu qədər artmışdır. Odur ki, 14 avqust 2011-ci il tarixdə anadan olmuş Məryəmin saxlanması üçün məhkəmə tərəfindən qət edilən, lakin cavabdehin ona ödəmədiyi 6000 manat alimentin hazırkı dövrə uyğun olaraq ideksasiya edilərək ödənilməsi və gecikdirilmiş hər ay üçün 0.02 faiz miqdarında dəbbə pulunun tutulması və alimentin artırılaraq hər ay üçün 250 manat müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-632/2018 saylı 10 iyul 2016-ci il tarixli qətnaməsinə əsasən qət edilmiş 140 manat alimenti hər ay ödəyir, əlavə olaraq 60 manat pul da əvvəlki borcundan ödəyir. Həmçinin hər ay uşağı gəzməyə aparır və ona əlavə xərclər də çəkir. Övladına 140 manatdan artıq aliment ödəməyə maddi imkanı yol vermir. Bu səbəbdən iddiaçının ondan 250 manat məbləğində aliment tələbi tam əsassızdır. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-632/2018 saylı 10 iyul 2016-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbinin təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 19 yanvar 2009-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 16 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, boşanmadan sonra xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası İddiaçı yanında saxlanılması,xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdeh atası Cavabdeh 140 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-632/2018 saylı 10 iyul 2016-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 19 yanvar 2009-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 16 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, boşanmadan sonra xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası İddiaçı yanında saxlanılması,xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdeh atası Cavabdeh 140 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 250 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Həmçinin iddiaçı iddia ərizəsində 14 avqust 2011-ci il tarixdə anadan olmuş Məryəmin saxlanması üçün məhkəmə tərəfindən qət edilən, lakin cavabdehin İddiaçı ödəmədiyi 6000 manat alimentin hazırkı dövrə uyğun olaraq ideksasiya edilərək ödənilməsi və gecikdirilmiş hər ay üçün 0.02 faiz miqdarında dəbbə pulunun tutulmasını xahiş etsə də, həmin borcun mövcudluğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110-cu maddəsinə əsasən alimentin indeksiyası alimenti tutan təşkilatın müdiriyyəti tərəfindən həyata keçirilir. Bu baxımdan iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, hazırda cavabdehdən hər ay bir uşağa görə 180(bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 632/2018 saylı 10 iyul 2016-ci il tarixli qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 140 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 180 manat məbləğində müəyyən edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia qismən təmin edildiyindən mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-632/2018 saylı 10 iyul 2016-ci il tarixli qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 140 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 180(bir yüz səksən) manat məbləğində müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 180(bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-1203/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1203/2023
25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver