Məhkəmə qərarları › İş №2(125)-1204/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1204/2022

12.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1204/2022 12.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Hüseynov Hadı Bahadur oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə geri qaytarılmış əmlaka görə ödənilməmiş vəsaitin əvəzi qismində 1.250 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat, cəmi 1.290 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 14 aprel 2022-ci il tarixdə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə geri qaytarılmış əmlaka görə ödənilməmiş vəsaitin əvəzi qismində 1.250 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat, cəmi 1.290 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə göndərilmişdir. Samux Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(058)-520/2022 saylı qərardadı ilə həmin mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. 20 iyul 2022-ci il tarixdə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə geri qaytarılmış əmlaka görə ödənilməmiş vəsaitin əvəzi qismində 1.250 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat, cəmi 1.290 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddiasına dair mülki iş Gəncə Şəhər Məhkəməsinə daxil olmuş və mülki işin məhkəmə hazırlıq iclası 11 avqust 2022-ci il tarixə təyin edilmişdir. 11 avqust 2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasıda iddiaçı Ş.Z.Namazov izahatında, cavabdehlə aralarında olan mübahisənin məhkəmədan kənar qaydada öz həllini tapdığını və buna görə də o, iddiadan imtina etiyini bildirmiş, hazırki iddiadan imtinanın qəbul olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmiş, iddiadan imtinaya dair ərizəsini məhkəməyə təqdim etmişdir. Həmçinin iddiaçı Ş.Z.Namazov iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir. Həmin məhkəmə iclasında Cavabdeh iddiaçının iddiadan imtinasının qəbul olunmasına və iş üzrə icraata xitam verilməsinə razı olduğunu göstərmişdir. Lakin tərəflər hazırki məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirməyərək və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, hesab edir ki, iddiaçının iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiadan imtina qəbul olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa¸ hakim iş üzrə icraata xitam verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə geri qaytarılmış əmlaka görə ödənilməmiş vəsaitin əvəzi qismində 1.250 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat, cəmi 1.290 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar