Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1209/2025 17.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat məbləğində dəymiş ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 8 onun ata-baba yurdudur. Ailələri böyük olduğundan o, kənarda ev alaraq ailəsi ilə birgə çıxmalı idi. Buna görə də, Gəncə şəhəri, Gülüstan qəsəbəsi AKTA 6 ətrafında Sara Aşurbəyli küçəsində torpaq ərazisi alaraq fərdi yaşayış evi tikdirmişdir. Evi tikdirdikdən sonra, evin pilləkəninin kənarını (məhəccər) düzəltdirmək üçün bu ilin iyul ayında uzaq qohumu olan Cavabdeh adlı şəxslə görüşərək işi ona göstərmiş və razılaşdıqdan sonra ona həmin işin görülməsi üçün sifariş vermişdir. Sifariş verərkən Cavabdeh onların razılaşdıqları məbləğin müəyyən hissəsini əvvəlcədən almış, daha sonra həmin məhəccəri düzəldərək quraşdırmaq üçün gətirmişdir. Gətirdikdə onların danışdıqları kimi gətirmədiyi üçün ona etirazını bildirmişdir. Həmin vaxt o, ona bildirmişdir ki, işi danışdıqları kimi tam təhvil verəcəkdir. O, inanaraq danışdıqları kimi 1000 manat pulu tam olaraq onlara ödəmişdir. Cavabdeh ona söz versə də, sözünə əməl etməyərək yarımçıq qoyduğu işi sona çatdırmamışdır. Belə olan halda o, Azərə bildirmişdir ki, gəlib quraşdırdığı məhəccəri aparsın. Azər isə onunla razılaşaraq gəlib quraşdırdığı məhəccəri sökərək aparmışdır. Ona verdiyi pulu geri qaytarmağı bildirdikdə isə yaxın günlərdə pulunu verəcəyini bildirmişdir. Lakin o, pulunu geri qaytarmır. Ona görə o, məcbur olub polisə müraciət etmişdir. O, polis idarəsinə gələrək olan hadisəni olduğu kimi etiraf etmiş və ona borclu olduğu 1000 (min) manat pulu 2-3 aya verəcəyini bildirmişdir. Lakin polis işin mülki xarakterli olduğunu bildirərək cinayət işinin rədd edilməsi barədə qərar qəbul etmiş və mülki qaydada məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. O, pulunu başqa cür ala bilmədiyi üçün məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh məhkəmə baxışı iclasında iddianı qismən etiraf edərək, izahatında göstərmişdir ki, Farizlə aralarında bir qohum kimi normal münasibətləri olmuşdur. 2024-cü ilin iyul ayında Fariz onun iş yerinə gələrək evinə məhəccər düzəltmək üçün sifariş vermiş, bu məqsədlə Farizin evinə getmişlər. Qeyd olunan yerin ölçülərini götürmüş və Farizə 1000 manat verərsə məhəccəri 15-20 günə düzəldib gətirəcəyini bildirmişdir. Həmin vaxt Fariz ona 100 manat beh vermiş, bundan 2-3 gün sonra yenə ona 100 manat pul vermişdir. Aparıb evinə məhəccəri quraşdıranda isə 300 manat pul vermiş və 500 manatı isə 2-3 günə verəcəyini demişdir. O da bir qohum kimi etiraz etməmişdir. Məhəccəri quraşdırdıqda isə Fariz onlara ölçüləri düzgün qoymadıqlarını demiş, o da Farizə onun dediyi kimi düzəldəcəklərini demişdir. Səhərsi gün Fariz ona zəng edərək məhəccərin əyildiyini gördüyünü demişdir. O da Farizə eybi yoxdur gəlib yerində düzəldəcəklərini demişdir. Farizin evinə yenidən getmiş məhəccəri o, dediyi kimi düzəltmiş və həmin vaxt da qalan 500 manat pulunu vermişdir. 2-3 gün sonra Fariz ona zəng edərək düzəltdiyi məhəccəri istəmədiyini, gəlib söküb aparmasını və pulunu qaytarmasını bildirmişdir. O da həmin vaxt Farizə məhəccəri söksə bunu heç kimin almayacağını və istifadə etdiyi materialların xarab olacağını demişdir. Bu zaman Fariz apar sexin qabağına qoy satandan sonra pulu verərsən demişdir. O da Farizlə razılaşmış, məhəccəri söküb gətirib işlədiyi sexin qarşısına qoymuşdur ki, müştəri çıxsa satıb Farizin pulunu versin. Lakin sata bilməmiş, ona görə də Farizə 1000 manat pulu qaytara bilməmişdir. Sonradan Fariz onun yanına gəlmiş və ona hal-hazırda pulunu verməyə imkanı olmadığını demişdir. Ona hər ay 100 manat pul verəcəyini demişdir. Fariz onunla razılaşıb getmiş, sonradan ona zəng edərək hər ay 100 manat verməyini istəmədiyini, pulunu verməyi tələb etmiş və bu barədə polisə müraciət etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmənin sonuncu iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxalmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU 6-ın ərazisində yaşayan vətəndaş İddiaçı yaşadığı ünvada olan zaman evin pilləkəninin kənarını (məhəcər) düzətdirmək adı ilə X1 1000 manat pul alıb vəddinə əməl etməməsi faktı öz təsdiqini tapmadığından Təhqiqat Bölməsində toplanmış HK-1/3451 nömrəli materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı məxsus fərdi yaşayış evinin pilləkəninin kənarının(məhəccər) düzəldilməsi üçün razılığa gəlmişlər və bunun üçün zəhmət haqqı olaraq 1000 manat məbləğində pula razılaşımışlar. Cavabdeh məhəccəri yekunlaşdırdıqdan sonra razılaşdıqları kimi onun zəhmət haqqı tam olaraq ödənilmişdir. Lakin sonradan iddiaçı məhəccərdə müəyyən nöqsanlar müəyyən etmişdir. Cavabdehdən həmin nöqsanların aradan qaldırılmasını tələb etmiş, cavabdeh tezliklə nöqsanları aradan qaldıracağını bildirsə də, tərəflər razılığa gələ bilməmiş və düzəldilmiş məhəccər cavabdehə qaytarılmışdır. Keyfiyyətsiz görülmüş işlərə görə İddiaçı 1000 manat ziyan dəymişdir. İddiaçı vurulmuş ziyanı tələb etsə də, cavabdeh iddiaçıya vurmuş olduğu maddi zərəri ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi görülmüş təmir işlərinə görə vurulmuş ziyanla bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin podrat müqaviləsindən yaranan münasibətlərini tənzimləyən normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən, podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Göründüyü kimi qanunvericilik məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilmək imkanın və bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borclu olduğunu nəzərdə tutmuşdur. İşin hallarından görünür ki, cavabdeh iddiaçıya məxsus evdə məhəccər düzəldən zaman heç bir nöqsana yol vermədiyini bildirmiş və müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsuru aradan qaldırmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh İddiaçı məxsus fərdi yaşayış evində məhəccər düzəldilməsi üçün razılığa gəlmişlər və bunun üçün zəhmət haqqı olaraq 1000 manat məbləğində pula razılaşmışlar və cavabdeh işini yekunlaşdırdıqdan sonra razılaşdıqları kimi onun zəhmət haqqı tam olaraq ödənilmişdir. Cavabdeh iddiaçıya 1000 manat məbləğində ziyan vurması iş materialları, cavabdehin özünün etirafı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1000 manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-1209/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1209/2025
17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver