Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1219/2022 20.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, iddiaçı X3 Cavabdehsına qarşı mərhum X2 əməliyyatı üçün Cavabdehsına ödənilmiş vəsaitin əvəzi qismində 4.995 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 7* manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı X1 Beynəlxalq Xəstəxanasına qarşı mərhum X2 əməliyyatı üçün Cavabdehsına ödənilmiş vəsaitin əvəzi qismində 4.995 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 7* manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 15*.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini, habelə iddiaçının dövlət rüsumu ödəməkdən azad edilməsinə dair “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hallar mövcud olduğu halda, həmin halları təsdiq edən sənədlər əlavə olunmamışdır. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə görə isə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 1** manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə görə isə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı X3 Cavabdehsına qarşı mərhum X2 əməliyyatı üçün Cavabdehsına ödənilmiş vəsaitin əvəzi qismində 4.995 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 7* manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1219/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1219/2022
20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver