Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1235/2022 27.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Əli oğlunun sədrliyi,Yediyarova Zeynəb Fərman qızının katibliyi,İddiaçı və onun vəkili X12, cavabdehlər X4 və X5 iştirakları ilə, İddiaçı cavabdehlər X7 və X8 qarşı «qızıl-zinət əşyaları və pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qızıl-zinət əşyaları və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 583 əyarlı qızıl üzük və bank kartının və ya onların cəmi dəyərinin 1950 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 50 manat vəsaitin ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə nikahları pozulmamışdan qabaq təxminən 2021-ci ilin iyul ayında Cavabdeh1 anası Lamiyə ilə onunla birlikdə yaşadıqları ünvan 1 ünvanından azyaşlı övladını da götürüb çıxıb getmişdir. Onlar evdən çıxarkən ona məxsus 583 əyarlı 800 manat dəyərində qızıl üzük və içərisində 1150 manat pul olan bank kartını da özləri ilə aparmışlar. Dəfələrlə ona məxsus üzük və bank kartını cavabdehlərdən geri tələb etsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 583 əyarlı qızıl üzük və bank kartının və ya onların cəmi dəyərinin 1950 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 50 manatın alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Belə ki, iddia ərizəsində Lamiyyə İsgəndərova cavabdeh kimi, cavabdeh Nəzakət Elnur qızının soyadı Seyidova deyil, Xudaverdiyeva kimi və cavabdeh Nəzakət Elnur qızına məxsus bank kartının ona məxsus olması kimi qeydlər edilmişdir. Halbuki, 2021-ci ilin iyul ayında Cavabdeh1 dayısı X9 ilə onunla birlikdə yaşadıqları ünvan 2 ünvanından azyaşlı övladını da, götürüb çıxıb getmişdir və onlar evdən çıxarkən ona məxsus 583 əyarlı 800 manat dəyərində qızıl üzük və Cavabdeh1 məxsus içərisində 1150 manat pul olan bank kartını özləri ilə aparmışlar. Həmin karta vurulan 1150 manat pulu onun atası tərəfindən ona çatdırılması üçün həmin karta vurulmuşdur. Odur ki, cavabdehlər X2 və X3 583 əyarlı qızıl üzük və ya onun dəyəri 800 manat və 1150 manat pulun, həmçinin dövlət rüsumu kimi ödənilmiş 50 manat vəsaitin ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X15 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh X10 məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, o, iddia tələbini qismən qəbul edir, iddia ərizəsində göstərilmiş qızıl üzük həqiqətən ondadır. Lakin iddia tələbinin 1150 manat məbləğində pul hissəsi ilə razı deyil. Həmin pul İddiaçı ilə birgə nikah dövründə qaynatası tərəfindən bank kartı vasitəsilə göndərilmişdir. Həmin pul istifadə olunmamışdır və bank kartı iddiaçının özündədir. İddiaçı tərəfindən onun hesabına hər hansı bir pul köçürülməmişdir. Cavabdeh X11 məhkəmə iclasında bildirdi ki, o həmin vaxt orada olmamışdır. İddia tələbini qəbul etmir. İddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh X10 iddiaçıya məxsus qızıl-zinət əşyasını könüllü olaraq iddiaçıya qaytarmamışdır. İddiaçı həmin əşya üzərində mülkiyyət hüququnun bərpa edilməsi və əmlakın qanunsuz sahiblikdən geri qaytarılması ilə əlaqədar məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə görə daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.2-ci maddəsinin tələbinə görə əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi sahib kimi qala bilər, mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Repsublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə ilk növbədə tələb edilən qızıl-zinət əşyasının mövcudluğu, dəyəri və kimdə qalması ilə bağlı qeyd edir ki, İddiaçı məxsus 800 manat dəyərində olan 583 əyarlı qızıl üzüyün X6 qalması məhkəmə iclasında cavabdehin izahatı ilə öz təsdiqini tapmışdır. Bundan başqa tələb edilən qızıl-zinət əşyasının dəyəri barəsində məsələyə də qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, həmin əşyanın dəyəri real olmaqla həqiqəti əks etdirir. Məhkəmə iddia ərizəsinin pul tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, tərəflərin izahatı ilə müəyyən olunur ki, Cavabdeh1 məxsus bank kartını köçürülən 1150 manat pul İddiaçı atası tərəfindən köçürülmüşdür. Məhkəmə iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, iddiaçının dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddia tələbinin1150 manat pul hissəsi ilə bağlıiddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüquqlara malik olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1–ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəasından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Cavabdeh1 məxsus bank kartını köçürülən 1150 manat pul İddiaçı atasına məxsus olduğundan həmin pulu tələb etmək hüququ da, ona məxsusdur. Bu baxımdan, İddiaçı 1150 manat pulu tələb etmək üçün subyektiv hüquqa malik olmadığından iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Məhkəmə iddia tələbinin cavabdeh X8 aid hissəi ilə bağlı qeyd edir ki, iddiaçı tələbində Cavabdeh1 dayısı X9 ilə yaşadıqları ünvan 2 ünvanından çıxarkən ona məxsus 583 əyarlı 800 manat dəyərində qızıl üzük və Cavabdeh1 məxsus içərisində 1150 manat pul olan bank kartını özləri ilə apardıqları və bu səbəbdən həmin əşyaların eyni zamanda X1 alınıb verilməsini xahiş etsə də, həmin əşyaların cavabdeh X11 tərəfindən aparılmasını tısdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh X8 aid hissədə də, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər X2 və X3 İddiaçı məxsus 583 əyarlı qızıl üzük və ya qətnamə icra olunan zaman naturada alınması mümkün olmadıqda isə dəyəri alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia qismən təmin edildiyindən mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X2 və X3 İddiaçı məxsus 583 əyarlı qızıl üzük və ya qətnamə icra olunan zaman naturada alınması mümkün olmadıqda isə dəyəri İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı cavabdehlər X2 və X3 İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-1235/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1235/2022
27.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver