Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1250/2025 25.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli “kredit razılaşması”na əsasən əsas borc üzrə 1073,01 manat, faiz borcu üzrə 83,77 manat, cərimə üzrə 149,23 manat olmaqla, cəmi 1306,01 manat pul vəsaitinin, xx.xx.2022-ci il tarixli “kredit razılaşması”na əsasən əsas borc üzrə 162,62 manat, faiz borcu üzrə 12,78 manat, cərimə üzrə 44,65 manat olmaqla, cəmi 220,05 manat pul vəsaitinin, dövlət rüsumuna görə 35,26 manat pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, İddiaçı ASC (Bank) ilə Cavabdeh (cavabdeh və ya borcalan) arasında bağlanmış 10-Y-4-0-4467-22 nömrəli, xx.xx.2022-ci il tarixli “kredit razılaşması”na, hesabdan çıxarışa və kassa məxaric orderinə əsasən Bank borcalana 24 ay müddətinə illik 16 faiz dərəcəsi ilə ödəmək şərtilə 3300 manat məbləğində kredit vermişdir. Həmçinin, tərəflər arasında bağlanmış 10-Y-5-0-4487-22 nömrəli, xx.xx.2022-ci il tarixli “kredit razılaşması”na, hesabdan çıxarışa və kassa məxaric orderinə əsasən Bank borcalana 24 ay müddətinə illik 16 faiz dərəcəsi ilə ödəmək şərtilə 500 manat məbləğində kredit vermişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər müqavilələrinə (“kredit razılaşması”na) əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin 20 noyabr 2024-cü il tarixinədək banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1073,01 manat əsas borc, 83,77 manat faiz borcu və 298,46 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1455,24 manat borcu vardır. Cavabdehin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 298,46 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 faizi miqdarında olmaqla, yəni 149,23 manat məbləğində tələb olunur. Cavabdehin 20 noyabr 2024-cü il tarixinədək banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 162,62 manat əsas borc, 12,78 manat faiz borcu və 44,65 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 220,05 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bank tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq xəbərnamə işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında yuxarıda qeyd edilən müqavilələr (razılaşma) imzalanmışdır. Tərəflər arasında müqavilələrin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Həmin müqavilələrə, hesabdan çıxarışlara, kassa məxaric orderlərinə görə Bank borcalana xx.xx.2022-ci il tarixdə 24 ay müddətinə illik 16 faiz dərəcəsi ilə ödəmək şərtilə 3300 manat məbləğində, xx.xx.2022-ci il tarixdə 24 ay müddətinə illik 16 faiz dərəcəsi ilə ödəmək şərtilə 500 manat məbləğində kredit vermiş, borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etmək və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən Banka əsas borca görə cəmi 2226,99 manat, faiz borcuna görə cəmi 530,85 manat ödəniş edilmiş, cavabdehin Banka 1073,01 manat əsas, 83,77 manat faiz borcu, 298,46 manat cərimə olmaqla, cəmi 1455,24 manat kredit borcu yaranmışdır. İddia bank xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış cərimə borcunun yarısını (149,23 manat) tələb etmişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən Banka əsas borca görə cəmi 337,38 manat, faiz borcuna görə cəmi 80,18 manat ödəniş edilmiş, cavabdehin Banka 162,62 manat əsas, 12,78 manat faiz borcu, 44,65 manat cərimə olmaqla, cəmi 220,05 manat kredit borcu yaranmışdır. Beləliklə, müqavilə üzrə cavabdeh tərəfindən ödənişlər qismən aparılmışdır. xx.xx.2024-cü il tarixdə cavabdehin ünvanına xəbərdarlıqlar göndərilərək ondan borcu xəbərdarlıq məktubunu aldıqları vaxtdan etibarən 5 gün müddətində Banka tam ödəməyi tələb olunmuş və bildirilmişdir ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə Bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək cavabdehin digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlakların satılacağı, notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqavilələrinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqavilələrinin bitdiyi tarixdən hazırki vaxtadək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış faydanın ödənilməsinin tələb olunacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqavilələri bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilələrdə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan isə müqavilələr üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, müqavilələrə uyğun olaraq bankın əsas və faiz borcunun qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Cavabdeh əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilələrin şərtlərinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ da yaranmışdır. Bank cavabdehə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etmişdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi Bankla borcalan arasında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə 2 il müddətinə bağlanmış kredit müqavilələri üzrə borcun qaytarılması müddəti bitmiş, lakin borcalan öhdəliyini vaxtında və tam yerinə yetirməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək, borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Bundan başqa, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqavilələri üzrə faiz dərəcəsini nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 54,22 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 8,6 manat məbləğində cərimə tutulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1073,01 manat, faiz borcu üzrə 83,77 manat, cərimə üzrə 54,22 manat olmaqla, cəmi 1211 manat pul vəsaitinin, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 162,62 manat, faiz borcu üzrə 12,78 manat, cərimə üzrə 8,6 manat olmaqla, cəmi 184 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 33,95 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli “kredit razılaşması” üzrə yaranmış 1073,01 manat əsas borc, 83,77 manat faiz borcu və 54,22 manat cərimə borcu olmaqla, cəmi 1211 (bir min iki yüz on bir) manat, xx.xx.2022-ci il tarixli “kredit razılaşması” üzrə yaranmış 162,62 manat əsas borc, 12,78 manat faiz borcu və 8,6 manat cərimə borcu olmaqla, cəmi 184 (bir yüz səksən dörd) manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33,95 (otuz üç manat doxsan beş qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1250/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1250/2025
25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver