Məhkəmə qərarları › İş №2(125)-1255/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1255/2025

14.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1255/2025 14.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Mercedes Benz E-220” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə saat 11-30-da Azərbaycan Bayrağı küçəsi ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində ona məxsus “Daimler Chrysler E 200” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq buferi ilə toqquşmuş və sol qabaq buferin sol qanad hissəsindən, orta hissəsindən və sağ qanad orta hissəsindən sınmış və qüsur aktında qeyd edilən buferin təmiri 70 manat, rəngsaz 200 manat xidmətin, cəmi 270 manat maddi ziyan tutularaq, eləcə də iddia ərizəsi yazılmasına görə Gəncə hüquq şirkətinə ödədiyi 50 manat məbləğində pulun ona ödənilməsinə dair qətnamə çıxarıılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhər DYPŞ-nin YNH inspektoru polis leytenantı X2 icraatında olmuş yol-nəqliyyat hadisəsi üzrə inzibati qaydada araşdırma zamanı müəyyən olunmuşdur ki, sürücü X1 hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi “Mercedes-Benz E-220” markalı, **-AA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə saat 11-30-da Azərbaycan Bayrağı küçəsi ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək sağ tərəfdən hərəkətdə olan onun sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi “DAİLER CHRYSLER E 200” markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sol qabaq buferi ilə toqquşmuş və sol qabaq buferin sol qanad hissəsindən, orta hissəsindən və sağ qanad orta hissəsindən sınmışdir. Belə ki, Gəncə şəhər X15 şöbəsi tərəfindən mütəxəssis dəvət edilmiş və mütəxəssis (Gəncə avtomobillər və Ticarət müəssəsinin 9 saylı TXS-nin mütəxəssisi Şahin Mehdiyev) tərəfindən “Qüsur Aktı” tərtib edilmişdir. “Qüsur Aktına” görə buferin təmiri üçün 70 manat, rəngsaz xidməti üçün 200 manat olmaqla cəmi 270 manat maddi ziyan hesablanmışdır. Lakin sürücü X3 idarə etdiyi “Mercedes-Benz E-220” markalı, **-AA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə “icbari sığorta müqaviləsi” olmadığından onun idarə etdiyi avtomobilə vurmuş olduğu 270 manat məbləğində maddi ziyan heç bir sığorta şirkəti tərəfindən qarşılanmamışdır.Gəncə şəhər DYPŞ-nin YNH inspektoru polis leytenantı X8 araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü X3 əməlində ("Qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə) Azərbaycan Respublikası İXM-nin 469.3-cü və 327.1-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 469.3-cü və 327.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixli, TP 68852 71 nömrəli inzibati tənbeh vermə 50 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, “Daimler Chrysler E 200” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. 27 noyabr 2024-cü il tarixində saat 11:30 radələrində Cavabdeh yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi “Mercedes Benz E 220 CDİ” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ona məxsus avtomobillə toqquşmuşdur. 27 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli X10 protokolda Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədildiyi qeyd edilmiş və “İnzibati tənbeh vermə” haqqında 27 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətanı törətdiyinə görə, barəsində 50 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Gəncə "xxxx" Müəssisəsi 9 saylı TXE tərəfindən verilmiş qüsur aktına əsasən onun avtomobilinə dəyən zərər 270 manat məbləğində müəyyən edilmiş, cavabdeh ona avtomobilini təmir etdirəcəyini bildirsə də vədinə əməl etməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA seriyalı, 500781 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, Şirinov X9 rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Gəncə şəhəri, Göygöl, Daşkəsən, Samux rayonları üzrə sektoru tərəfindən verilmiş 08 yanvar 2025-ci il tarixli, 33 nömrəli arayışdan görünür ki, Şirinov X9 rayonundan məcburi köçkün kimi qeydiyyatdadır və hal-hazırda müvəqqəti olaraq ünvan 1 ünvanında məskunlaşmışdır. Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsi X16 Şöbəsində verdiyi izahatından görünür ki, xx.xx.2024-cü il tarixində saat 11-30-da avtomobili ilə **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuşdur. Xəsarət alan olmamışdır. “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən 27 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli X10 Protokol”dan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:30-da “Mercedes Benz E 220 CDİ” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. “İnzibati tənbeh vermə” haqqında 27 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 11:30-da “Mercedes Benz E 220 CDİ” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. BC seriyalı, 126561 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdən sürücülük hüququ vardır. xx.xx.2033-cü ilədək etibarlıdır. BC seriyalı, 102380 nömrəli sürücülük vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2020ci il tarixdən sürücülük hüququ vardır. xx.xx.2031-ci ilədək etibarlıdır. Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Daimler Chrysler E 200” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Gəncə "xxxx" Müəssisəsi 9 saylı TXE tərəfindən verilmiş qüsur aktından görünür ki, “Daimler Chrysler E 200” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərbəst bazar qiymətləri nəzərə alınmaqla cəmi 270 manat məbləğində zərər dəymişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində Cavabdeh idarə etdiyi “Mercedes Benz E 220 CDİ” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozmuş, nəticədə İddiaçı məxsus “Daimler Chrysler E 200” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və İddiaçı məxsus “Daimler Chrysler E 200” minik markalı, **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobilə Gəncə "xxxx" Müəssisəsi 9 saylı TXE tərəfindən verilmiş qüsur aktına əsasən 270 manat zərər dəymişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətaları törətdiyinə görə 50 manat məbləğində cərimə olunmuşdur. Cavabdeh iddiaçıya vurmuş olduğu maddi ziyanı ödəmədiyi üçün hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbinin hüquqi əsasını mülki hüquq pozuntusu təşkil etdiyindən bununla bağlı mülki qanunvericiliyin maddi hüquq normaları tətbiq olunmaqla mübahisə həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinin tələblərinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya qarşı delikt-mülki hüquq pozuntusu törətməsi işin mübahisəsiz halıdır. Eyni zamanda iddiaçının cavabdehə qarşı mövcud tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ da yaranmışdır. Bu baxımdan məhkəmə prosessual qənaət prinsipindən istifadə edərək həmin məsələlərlə bağlı hüquqi dəyərləndirmə aparılmasını lazım bilmir. İddianın vurulmuş maddi zərərlə bağlı hissəsi ilə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı onun avtomobilinə dəymiş maddi zərərlə bağlı 270 (iki yüz yetmiş) manat tələb etmiş və Gəncə "xxxx" Müəssisəsi 9 saylı TXE tərəfindən verilmiş qüsur aktında “Daimler Chrysler E 200” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərbəst bazar qiymətləri nəzərə alınmaqla 270 manat məbləğində zərər dəydiyi qeyd olunmuşdur. Belə olduği halda iddiaçının cavabdehdən tələb etdiyi 270 manat məbləğində pul kifayət qədər ağlabatan məbləğ olmaqla, iddiaçının avtomobilinə dəyən ziyanın məbləği həmin həddə qiymətləndirilməli və cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 270 (iki yüz yetmiş) manat məbləğində avtomobilə dəymiş maddi zərərin əvəzinin ödənilməsi alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarına əlavə edilmiş qəbzdən müəyyən olunur ki, İddiaçı tərəfindən Gəncə Hüquq Şirkəti MMC-nin hesabına iddia ərizəsinin yazılmasına görə 50 manat məbləğində pul vəsaiti ödənilmişdir. Odur ki, iddia tələbi təmin edildiyindən və iddiaçının xahişi nəzərə alınmaqla sözügedən 50 manat pul da Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. Cavabdeh iddiaçıya məxsus avtomaşına dəymiş maddi zərərin əvəzi kimi 270 (iki yüz yetmiş) manat və "xxxx" MMC-yə ödənilmiş 50 (əlli) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat tutularaq, İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar