Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1258/2025 03.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, etibarından sui-istifadə etməklə mənimsədiyi 1600 (bir min altı yüz) manat pul vəsaitinin və dövlət rüsumu üçün çəkdiyi xərcin əvəzi olaraq 36 manatın, ümumilikdə 1636 (bir min altı yüz otuz altı) manat pulun Cavabdeh ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin sentyabr ayında cavabdeh onu aldadaraq qızı X2 Rusiya Federasiyasında ali təhsil almasını təsdiq edən diplomun tanınması haqda Təhsildə Keyfiyyət Təminatı Agentliyindən tanınma şəhadətnaməsi alacağı barədə yalan vəd vermiş və dələduzluq yoluyla ondan 3500 manat pul alıb, mənimsəmişdir. Həmin pulu cavabdehin kart hesabına köçürmüşdür. Qeyd edir ki, cavabdeh onun digər qızı Həsənova Elnarəni də aldadaraq onun da 4000 manat pul vəsaitini mənimsəmişdir. Bir neçə ay sonra onlar başa düşmüşdür ki, cavabdeh onu aldatmışdır. Ona görə də prokurorluğa və polisə şikayət etmişdir. Qeyd edir ki, cavabdeh ondan mənimsədiyi 3500 manat puldan hissə-hissə 1900 manatını ona qaytarmış, 1600 manatı isə bu günədək hələ də qaytarmamışdır. Bu faktlar əsasında cavabdeh barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi cinayət işi açılmış və məhkəməyə verilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(062)- 105/2024 saylı hökmü ilə Cavabdeh barəsində ittihamedici hökm çıxarılmışdır. Həmin hökmdə yuxarıda qeyd etdiyi xüsusatlar müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayəti versə də, hökm dəyişdirilməmişdir. Odur ki, mülki iddia ilə müraciət etməli olmuşdur. Hesab edir ki, cavabdehin ondan mənimsədiyi 1600 manat pul cavabdehdən alınıb ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, Tovuz Rayon Məhkəməsinin 1(062)-105/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli hökmü ilə Cavabdeh ona məxsus olan 3500 manat məbləğində pul vəsaitinin dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirdiyi müəyyən edilmişdir. Həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasının saxlanılması hökm edilmişdir. Hökmdən apellyasiya şikayəti verilmiş və Tovuz Rayon Məhkəməsinin 1(062)-105/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 3500 manat məbləğində puldan 1900 manatı ona qaytarmış, lakin, 1600 manatı qaytarmamışdır. Odur ki, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, həmçinin iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Tovuz Rayon Məhkəməsinin 1(062)-105/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin həbsə alındığı vaxtdan, yəni 26 sentyabr 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Tovuz Rayon Məhkəməsinin 1(062)-105/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli hökmünün müəyyən etdi hissəsindən görünür ki, Cavabdeh təkrar özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan İddiaçı övladı X2 Rusiya Federasiyasında təhsil almasını təsdiq edən diplomunun tanınmasına dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə Keyfiyyət Təminat Agentliyindən tanınma şəhadətnaməsi alacağına dair yalan vəd verib aldadaraq, İddiaçı tərəfindən 14 sentyabr 2023-cü il tarixdə Tovuz şəhəri, Sabir küçəsində yerləşən "xxxx" ASC-nin Tovuz filialından həmin bankda olan 416973++++++7081 nömrəli kart hesabına 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(104)-568/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Tovuz Rayon Məhkəməsinin 1(062)-105/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli hökmünün apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, məhkəmə müəyyən etdi ki, Tovuz Rayon Məhkəməsinin 1(062)-105/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin həbsə alındığı vaxtdan, yəni 26 sentyabr 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Xəlilov X1 Məhbubə Əhməd qızına məxsus cəmi 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini dələduzluq yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Sözügedən hökmdən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(104)-568/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Tovuz Rayon Məhkəməsinin 1(062)-105/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli hökmünün apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sözügedən hökm qanuni qüvvəsini almışdır. Ona görə də həmin hökmlə müəyyən olunan hallar (hadisənin (münasibətin-faktın) olub-olmaması) hissəsində hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Həmçinin, Cavabdeh Tovuz Rayon Məhkəməsinin 1(062)-105/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş 3500 manat məbləğində maddi ziyandan 1900 manat məbləğində vəsaiti İddiaçı ödədiyindən Cavabdeh İddiaçı vurduğu ziyana görə 3500 manat məbləğində pul vəsaitindən qalıq qalan 1600 (bir min altı yüz) manat pul qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. 142.2-ci maddəsinə əsasən Mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia təmin olunmalı, Cavabdeh 1600 (bir min altı yüz) manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1600 (bir min altı yüz) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1636 (bir min altı yüz otuz altı) manat tutularaq, İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1258/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1258/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver