Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1259/2022 12.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «X1» MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «X1» MMC Cavabdeh qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, Cavabdeh 4945 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, *1.*9.2*21-ci il tarixində vətəndaş ünvan 1 ünvanında yaşayan,Cavabdeh, ünvan 2erləşən “X1” MMC-dən şəxsi qızıllarını girov qoyaraq, 54** manat məbləğində kredit götürmüşdür. Lakin müştəri kredit öhdəliyini yerinə yetirməmiş, heç bir ödəniş etməmişdir. Cavabdeh ilə bağlanmış kredit müqaviləsinə əsasən qızıl-zinət əşyaları satışa çıxarılmışdır. Qiymətləndirici tərəfindən müəyyən edilmişdir ki, qızılın satış məbləği 24** manat dəyərindədir. Bu da müştərinin kredit borcunu ödəmir. 9 ayın faizi 1945 manat təşkil edir. Müştəriyə 9 ayın cəriməsi olan 72* manat tərəfindən müştəriyə güzəşt edilmişdir. Ümumilikdə Cavabdeh borcu 4945 manat edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanılmış *1.*9.2*21-ci il tarixli, 3*14* saylı müqavilədən görünür ki, «X1» MMC tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 48 faiz dərəcəsi ilə 54** manat məbləğində anutet qrafik əsasında kredit kredit 1659 manat qızıl-zinət əşyalarının girovu əsasında verilmişdir. İş materiallarına əlavə edilmiş *1.*9.2*21-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 ay müddətinə, hər ay 575.38 manat məbləğində pul vəsaiti ödəməlidir. İş materiallarında olan *1.*9.2*21-ci il tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil aktından görünür ki, 1 ədəd boyunbağı və klonun likvid dəyəri 639 manat, 1 sırğanın likvid dəyəri 139 manat, 1 ədəd üzüyün likvid dəyəri 1*8 manat, 1 sırğanın likvid dəyəri 56 manat və 1 ədəd boyunbağı və klonun likvid dəyəri 717 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş «X1» MMC-də girov qoyulmuş qiymətlilərin və dəyərlilərin yenidən qiymətləndirilərək satılması haqqında 27.*5.2*22-ci il tarixli Aktdan görünür ki, Cavabdeh tərəfindən girov qoyulmuş qızıl-zinət əşyaları 24** manat məbləğində satılmışdır. Cavabdeh 3*** manat əsas, 1945 manat faiz borcu olmaqla, cəmi 4945 manat borcu hesablanmışdır. Həmin akta əsasən, 583 əyarlı, çəkisi 15.95 qram olan 1 ədəd boyunbağının bazar qiyməti 65 manat olmaqla, cəmi dəyəri 1*4* manat; 583 əyarlı, çəkisi 14.2 qram 1 ədəd boyunbağı+klonun bazar qiyməti 65 manat olmaqla, cəmi dəyəri 93* manat; 583 əyarlı, çəkisi 3.1 qram olan 1 sırğanın bazar qiyməti 64.5 manat olmaqla, cəmi dəyəri 2** manat; 583 əyarlı, çəkisi 2.4 qram 1 ədəd üzüyün bazar qiyməti 62.5 manat olmaqla, cəmi dəyəri 15* manat; 585 əyarlı, çəkisi 1.25 qram olan 1 sırğanın bazar qiyməti 64 manat olmaqla, cəmi dəyəri 8* manat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 3*2.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər; 3*2.3-cü maddəsinə əsasən saxlanca qoyulan əşyalar lombarda verilir; 3*2.4-cü maddəsinə əsasən lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda eyni növlü və keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir; 3*2.7-ci maddəsinə əsasən əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, lombard fəaliyyəti ilə məşğul olan iddiaçı ilə cavabdeh arasında lombard girovu müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh özünə məxsus olan qızıl-zinət əşyalarını lombardda girova qoymaqla iddiaçıdan 54** manat kredit almışdır. Cavabdeh kredit borcunun qaytarılması üzrə öz öhdəliyini icra etmədiyindən girov əşyalara tutma yönəldilmiş və əşyaların satılmasından əldə edilmiş vəsait hesabına kredit borcunun bir qismi ödənilmiş, 3*** manat əsas, 1945 manat faiz borcu isə qalıq qalmışdır. İddiaçı hazırda həmin borcu tələb edir. Buna baxmayaraq qanunvericilikdə lombard girovu ilə təmin edilmiş öhdəliklərlə bağlı xüsusi qaydalar müəyyən edilir. Belə ki, lombard girovu ilə təmin edilmiş öhdəlikdə kreditorun tələb hüququ girov qoyulmuş əşyaların satılmasından əldə edilmiş vəsaitlə məhdudlaşır və bu vəsait borcun ödənilməsinə kifayət etmədikdə belə kreditorun tələbləri ləğv olunur. Buna görə də iddia əsasız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-22* və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı «X1» MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 7* manat dövlət rüsumu iddiaçı «X1» MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən *1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1259/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1259/2022
12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver