Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-126/2025 11.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X51 Şakir oğlunun sədrliyi, X22 iclas katibliyi, İddiaçı və iddiaçının vəkili (Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili) Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onu aldadaraq aldıqları 40000 manat pulun, 5000 manat mənəvi zərərin və 210 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona qarşı törətdikləri əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178, 148, 180-ci maddələrinin tərkibi olduğu üçün xüsusi qərardad çıxarılması və prokurora xəbər verilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin dekabrında bacısı qızı - Cavabdeh1 1000 manat pula ehtiyacı olduğunu demiş, Nurlana ona “adam var, qızıl əşyaları verir, qızılları ondan götürüb satıb 1000 manat verə bilərəm”-demişdir. O, Nurlanaya “qızıl verən məni tanımırsa, o mənə necə qızıl verər”-demişdir. Nurlana ona “adam məni tanıyacaq, sən narahat olma, ondan qızılı mən götürüb, satıb, sənə 1000 manat verəcəyəm” - demişdir. Sonra Nurlana ona 1000 manat vermişdir. O, Nurlanadan qızılın 1000 manat dəyərində olub-olmadığını soruşduqda, Nurlana götürdüyü qızılı satıb 1000 manatını ona, qalan hissəsini isə ilkin ödəniş etdiyini bildirib, onun hər ay 365 manat aylıq ödəniş etməli olduğunu bildirmişdir. O, üç ay, hər ay 365 manat ödədikdən sonra artıq ödəmək imkanı olmamış, həm də 1000 manatdan artıq pul ödədiyini bilib artıq “nə ödəməliyəm” - demişdir. Nurlana ona əgər ödəyə bilmirsənsə başqa bir adam da var, ondan da qızıl götürüb satıb ona aylıq ödəniş üçün pul verə bilər demişdir. O, isə Nurlananın guya arada pis olmaması üçün razılaşmışdır. Çünki o, borcunu Nurlana vasitəsilə ödəmişdir. Nurlana guya başqa adamlardan da qızıl götürüb satıb onun aylıq ödənişini ödəməsini ona demiş və bu üsulla Nuralana onun borcunun ödənilməsi adı ilə 10 nəfər tanımadığı adamlardan guya qızıllar götürüb, satıb pulunu ona vermişdir. O, nə qızıl verən adamları, nə də qızılları görməmişdir. Nurlana yalnız ona qeyd etdiyi pulu verib, qalan məbləği isə ödəniş adları ilə mənimsəmişdir. Ona hədə-qorxu gələrək, onu hədələyərək, ondan 10 adamın adından Cavabdeh2 adına ərizə (iltizam) alaraq, yazdırmışdır ki, guya o, Cavabdeh2 qızıl götürüb, satmış və ona borcu var. Nurlananın xalası olduğundan ona inanmış, lakin Nurlana onu aldadaraq, istifadə edərək, guya qızılların pulunu qaytarmasını təhdid, təhqirlərlə tələb etdikdə o, 2023-cü ilin noyabr ayına qədər 15000 manat sələm götürüb Nurlanaya vermişdir. Nurlana yenə dayanmadan onu, qohum-tanışları, işlədiyi kollektivdə təhqir edərək, hədə-qorxu gələrək pul tələb etdiyi üçün o, yenidən Zeynalova Zibanın adına 1000 manat, Kərimova Pərvanənin adına 2500 manat, Bayramova Sevdanın adına 3000 manat, Bəşirova Humayın adına 1000 manat, Xudaquliyeva Şəkərin adına 1000 manat, Cəbrayılova Nərgizin adına 800 manat, Rzayeva Məlahətin adına 500 manat, Mürsəlov Zaminin adına 1700 manat, Nəcəfova Zemfıranın adına 1000 manat kredit götürərək Nurlanaya vermişdir. Digər iş yoldaşları onun əvəzindən Nurlananın bank kartına 3000 manatadək pul köçürmüşlər. Bayramova Sevdadan kreditdən əlavə 1700 manat borc da götürüb Nurlanaya vermişdir. Ümumilikdə, Nurlana ondan təhdid, təhqir və hədə-qorxu altında 40000 manat pul almışdır. Sonra Nurlananın ona qarşı törətdiyi bütün fırıldaqlarının şəriki olan Cavabdeh2 onun evinə, tanımadığı bir şəxslə gələrək zorla ev əşyalarını, 1050 manat dəyərində olan televizorunu, 260 manat dəyərinə ətçəkən maşınını götürmüşdür. Cavabdeh2 onun iş yerinə gəlib, onun haqqında təhqiredici sözlər söyüşlər etmiş, o, isə kollektivdə biabır olmuş və şərəf və ləyaqəti alçaldığı üçün ərizə yazıb işdən çıxmışdır. Beləliklə, cavabdehlər onun etibarından sui-istifadə edərək onun xeyli miqdarda pulunu mənimsəmiş, onu təhqir etmiş və ev əşyalarını zorla evindən çıxarıb mənimsəmişlər. Cavabdehlər birgə olaraq onu aldadıb onun maddi ehtiyacından sui - istifadə edərək pulunu ələ keçirmiş, onu qohumtanışlarının, işlədiyi kollektivdə təhqir-etmiş, eyni zamanda Cavabdeh2 evinə basqın edərək ondan ev əşyalarını zorla götürmüşdür. Cavabdehlərin əməllərində dələduzluq, təhqir və soyğunçuluq kimi cinayətlərin tərkibi olduğu üçün onların barəsində xüsusi qərardad çıxarılmalıdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib əlavə olaraq bildirdi ki, o, Cavabdeh1 vasitəsilə Cavabdeh2 hissə-hissə olmaqla cəmi 12000 manat sələmə borc pul almışdır. Həmin borc sələm olduğuna görə sonradan şişmişdir. Ona görə də o, Nurlanaya və Bayrama ümumilikdə nağd, yaxud kart vasitəsilə 40000 manat pul ödəmişdir. Nağd ödədiyi pullara dair heç bir sübutu (qəbz) yoxdur. Bundan başqa o və yaxın adamları Cavabdeh2 qızıl-zinət əşyasını nisyə qaydada alması barədə özü və yaxınları tərəfindən qəbzlər yazıb imzalasalar da həmin qəbzlər həqiqəti əks etdirmir. Yəni, həqiqətdə o və yaxınları Cavabdeh2 nisyə qaydada qızıl-zinət əşyaları almamışlar. Sadəcə Cavabdeh2 borclu olduğuna görə o və yaxınları məcbur olub ona görə həmin qəbzləri deyilən mətndə yazıb imzalamışlar. Odur ki, cavabdehlərdən aldığı 12000 manat pulun sonradan cavabdehlərə ödədiyi 40000 manatdan çıxılaraq yerdə qalan məbləğin onlardan tutulması haqqında qətnamə çıxarılmasını xahiş edir.
4. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, İddiaçı iddia ərizəsində göstərir ki, guya cavabdehlərdən Bayramı tanımır, bacısı qızı Nurlana isə ona hədə-qorxu gəlib, hədələyərək ondan 10 adamın adına ərizə (iltizam) alaraq yazdırıb ki, guya o, Cavabdeh2 qızıl götürüb, satıb və ona borcu var. İddiaçının iddia ərizəsində göstərdiklərinin hamısı yalandır, yəni həqiqətə uyğun deyil. Cavabdehlər heç vaxt iddiaçıya hədə-qorxu gəlməmiş, heç kim onu hədələməmiş, o, öz adına və kiminsə adına qızıl götürərkən özü öz xətti ilə sərbəst olaraq ərizə (iltizam) yazıb qızılları götürmüşdür. Belə ki, İddiaçı 2021-ci ildə Nurlanaya müraciət edərək dolana bilmədiyini, ona pul lazım olduğunu və qızıl alveri ilə məşqul olmaq istədiyini bildirmişdir. Bundan sonra Nurlana onu qızıl alveri ilə məşğul olan Cavabdeh2la tanış etmiş və Sadiqə Cavabdeh2 öz adına, oğlu Turalın adına, bacısı Afətin adına və digər özünə yaxın adamlarının adına nisyə qızıl götürüb satmış və hər ay müəyyən olunmuş pulun miqdarını Bayrama ödəməyə başlamışdır. Lakin bir müddət keçdikdən sonra Sadiqə ödəmələri dayandırmış və cavabdehlərdən şikayət etməyə başlamışdır ki, guya cavabdehlərin ona borcu vardır. Cavabdehlərin ona heç bir borcu yoxdur, əksinə onun Cavabdeh2 borcu vardır. Belə ki, İddiaçı ilk dəfə xx.xx.2021-ci il tarixdə Nurlana Bayram ilə birlikdə Sadiqənin iş yerinə, yəni X27 gedib Bayramla tanış olmuş və Sadiqə 3000 (üç min) manat dəyərində olan 583 əyarlı, 29.83 qram çəkidə olan tros sep götürmüş və ilkin olaraq 300 manat ödəmiş, qalan pulu isə 10 ay müddətinə hər ay 270 manat olmaq şərti ilə ödəməyə öhdəsinə götürmüşdür. İddiaçı həmin qızılın dəyərini tam ödəmişdir. Sonra xx.xx.2023-cü il tarixdə İddiaçı özü Nurlananın vasitəsi ilə Bayramdan 5700 (beş min yeddi yüz) manat dəyərində olan 583 əyarlı, 49.91 qram çəkidə olan “reket” boyunbağını götürmüş və ilkin olaraq 1000 manat ödəmiş, qalan pulu isə 14 ay müddətinə hər ay 335 manat olmaq şərti ilə ödəməyə öhdəsinə götürmüşdür. İddiaçı həmin qızılın dəyərini xx.xx.2023-cü il tarixdə tam ödədikdən sonra 12000 (on iki min) manat dəyərində qızıl götürmüş və həmin qızılların dəyərindən 3875 manatını ödəmiş, qalan 8125 manat pulu isə ödəməmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə İddiaçı Nurlana vasitəsi ilə bacısı X23 adına Bayramdan ümumi çəkisi 31 qram, 3200 (üç min iki yüz) manat dəyərində 583 əyarlı 25.35 qram çəkidə olan tros sep, 583 əyarlı halqa sırqa və 585 əyarlı ləpik sep götürmüş və ilkin olaraq 500 manat ödəmiş, qalan pulu isə 12 ay müddətinə hər ay 233 manat olmaq şərti ilə ödəməyə öhdəsinə götürmüşdür. İddiaçı həmin qızılların dəyərini tam ödəmişdir. Sonra xx.xx.2023-cü il tarixdə İddiaçı yenidən bacısı X23 adına Bayramdan ümumi çəkisi 60.50 qram 7192 (yeddi min yüz doxsan iki) manat dəyərində 585 əyarlı 10.84 qram çəkidə olan oval komplekt, 1.48 qram üzük, 583 əyarlı 48.18 qram tros model boyunbağı götürmüş və ilkin olaraq 1400 manat ödəmiş, qalan pulu isə 14 ay müddətinə hər ay 362 manat olmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. Həmin qızılların dəyərindən 5020 manatını ödəmiş, qalan 2172 manat pulu isə ödəməmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı oğlu X17 adına Bayramdan 3380 (üç min üç yüz səksən) manat dəyərində 585 əyarlı 30 qram çəkidə olan “reket” sep götürmüş və ilkin olaraq 680 manat ödəmiş, qalan məbləği qrafiq üzrə 12 ay müddətinə hər ay 225 manat olmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı həmin qızılın dəyərini tam ödəmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı yenidən oğlu X17 adına Bayramdan ümumi çəkisi 65.57 qram olan 7540 (yeddi min beş yüz qırx) manat dəyərində dörd ədəd boyunbağı, bir ədəd qızıl üzük götürmüş və ilkin olaraq 1340 manat ödəmiş, qalan məbləği qrafiq üzrə 16 ay müddətinə hər ay 187 manat olmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. Həmin qızılların dəyərindən 4436 manatını ödəmiş, qalan 3104 manat pulu isə ödəməmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı oğlu Turalın dostu X12 adına Bayramdan 3400 (üç min dörd yüz) manat dəyərində 583 əyarlı 18.07 qram çəkidə olan tros boyunbağı, 583 əyarlı 10.05 qram çəkidə olan brilyant qaşlı badam komplekt götürmüş və ilkin olaraq 680 manat ödəmiş, qalan məbləği qrafıq üzrə 10 ay müddətinə hər ay 275 manat olmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı həmin qızılın dəyərini tam ödəmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı yenidən oğlu Turalın dostu X12 adına Bayramdan 8845 (səkkiz min səkkiz yüz qırx beş) manat dəyərində 583 əyarlı 76.92 qram çəkidə olan “reket” model sepi götürmüş və ilkin olaraq 1500 manat ödəmiş, qalan məbləği qrafiq üzrə 16 ay müddətinə hər ay 459 manat olmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. Həmin qızılın dəyərindən 4245 manatını ödəmiş, qalan 4600 manat pulu isə ödəməmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı oğlu Turalın dostu X12 həyat yoldaşı X4 adına Bayramdan 7200 (yeddi min iki yüz) manat dəyərində 583 əyarlı 60 qram çəkidə olan boyunbağı götürmüş və ilkin olaraq 1400 manat ödəmiş, qalan məbləği qrafıq üzrə 14 ay müddətinə hər ay 450 manat olmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. Həmin qızılın dəyərindən 3800 manatını ödəmiş, qalan 3400 manat pulu isə ödəməmişdir. İddiaçı bacısı X23 qonşusu X18 adına Bayramdan 4800 (dörd min səkkiz yüz) manat dəyərində 583 əyarlı 40 qram çəkidə olan “reket” model boyunbağı götürmüş və ilkin olaraq 350 manat ödəmiş, qalan məbləği qrafıq üzrə 10 ay müddətinə hər ay 330 manat olmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. Həmin qızılın dəyərindən 2550 manatını ödəmiş, qalan 2250 manat pulu isə ödəməmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı iş yoldaşı X9 adına Bayramdan 2500 (iki min beş yüz) manat dəyərində 583 əyarlı 29.94 qram çəkidə olan “reket” tipli qolbağı götürmüş və ilkin olaraq 800 manat ödəmiş, qalan məbləği qrafıq üzrə 12 ay müddətinə hər ay 225 manat olmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı həmin qızılın dəyərini tam ödəmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı yenidən iş yoldaşı X9 adına Bayramdan 8050 (səkkiz min əlli) manat dəyərində 583 əyarlı 67.19 qram çəkidə olan qızıl-zinət əşyaları götürmüş və ilkin olaraq 1550 manat ödəmiş, qalan məbləği qrafıq üzrə 14 ay müddətinə hər ay 464 manat olmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. Həmin qızılların dəyərindən 4670 manatını ödəmiş, qalan 3380 manat pulu isə ödəməmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı iş yoldaşı X19 adına Bayramdan 6070 (altı min yetmiş) manat dəyərində 585 əyarlı 45.42 qram çəkidə olan qızıl komplekt dəstini götürmüş və ilkin olaraq 1370 manat ödəmiş, qalan məbləği qrafıq üzrə 12 ay müddətinə hər ay 391 manat olmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı həmin qızılın dəyərini tam ödəmişdir. Bundan sonra İddiaçı yenidən Mahirə Həsənovanın adına 12782 manat dəyərində qızıl götürmüş və həmin qızılın dəyərindən 3851 manatını ödəmiş, qalan 8931 manat pulu isə ödəməmişdir. Bundan başqa İddiaçı oğlu Turalın dostu Kənan adlı şəxsin adına 6000 manat dəyərində qızıl götürmüş və həmin qızılın dəyərindən 2520 manat ödəmiş, qalan 3480 manat pulu isə ödəməmişdir. Cavabdehlər dəfələrlə İddiaçı borcun qaytarılmasını bildirmiş, lakin Sadiqə söz versə də ödəniş etməmiş, cavabdehləri aldatmış, get-gələ salmışdır. Buna görə də Cavabdeh2 onun iş yerinə və evinə gedib pulunu istəmiş və Sadiqə 500 manat əvəzinə televizor və ətçəkən maşınını vermişdir. Bundan sonra İddiaçı cavabdehlərdən şikayət etməyə başlamışdır ki, guya onun bacısı qızı Nurlana ona hədə-qorxu gəlib, hədələyərək ondan 10 adamın adına ərizə (iltizam) alaraq yazdırıb ki, guya o Cavabdeh2 qızıl götürüb, satıb və Bayrama borcu var. Hazırda İddiaçı Cavabdeh2 cəmi 39442 manat məbləğində borcu vardır. Odur ki, İddiaçı iddiası əsassız olduğundan rədd edilməsini xahiş edir.
5. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X13 izahatında bildirdi ki, əvvəllər İddiaçı ilə iş yoldaşı olmuşdur. 2024-cü il ilin fevral ayında Sadiqə ondan 1000 manat borc pul almış, lakin geri qayıtmamışdır. O, hər hansı şəxsdən qızıl alıb Sadiqəyə verməmişdir. Eşitdiyinə görə Sadiqə bacısı qızı Nurlana vasitəsilə kimlərdənsə borc pul almışdır. X29 adlı şəxsdən də qızıl almasını eşitmişdir.
6. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyərək, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, mübahisəyə tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
7. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin 12 iyun 2024-cü il tarixli, 57-2/2-Q-15601/11/24 nömrəli məktubundan görünür ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 tərəfindən telefon vasitəsilə hədələnməsi barədə 2-ci Polis Şöbəsinə etdiyi müraciətlə əlaqədar toplanmış materialda cinayət və inzibati xəta tərkibi olmadığından materialın işə alındığı, Cavabdeh1 və Cavabdeh2 ilə aralarında olan pul mübahisəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir.
8. İddiaçı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə vermiş olduğu izahatında göstərmişdir ki, qohumu Cavabdeh1 və onun tanışı Cavabdeh2 bir il bundan əvvəl hissə-hissə ona 12000 manat sələmə pul veriblər. O, həmin şəxslərə 30000 manat pul ödəmişdir. Hazırda bu şəxslər ondan 42000 manat pul tələb edirlər. Nurlana və Bayram adlı şəxs onun barəsində şikayət edərək onu tutduracaqları ilə hədələyirlər. O da bu şəxslərin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət etmişdir.
9. Cavabdeh2 Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə vermiş olduğu izahatında göstərmişdir ki, Cavabdeh1 tanıyır. Cavabdeh1 xahişi ilə onun qohumu İddiaçı müxtəlif vaxtlarda qızı-zinət əşyalarını kreditlə satmışdır. Ancaq İddiaçı ondan aldığı qızılzinət əşyalarının pulunu tam olaraq ödəməmişdir. O, Sadiqə adlı qadından ona borclu olduğu pulu ödəməsi üçün gələcəkdə məhkəməyə müraciət edəcəkdir. Əlavə olaraq bildirir ki, Sadiqə adlı qadını heç vaxt hədələməmişdir.
10. Cavabdeh1 Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə vermiş olduğu izahatında göstərmişdir ki, İddiaçı onun xalasıdır. Xalası Sadiqə ona pul lazım olduğunu bildirmiş, o da xalası Sadiqəyə kömək məqsədilə qızıl-zinət əşyalarını kreditlə satan tanışı Cavabdeh2 bu barədə demişdir. Xalası Sadiqə onun vasitəsilə Cavabdeh2 10 dəfə, müxtəlif məbləğlərdə qızıl əşyalarını kreditlə almışdır. Sadiqə Bayramdan götürdüyü qızıl əşyalarını özünün tanıdığı müxtəlif şəxslərin adından ərizə yazılaraq Cavabdeh2 verməklə almışdır. Onun Cavabdeh2 qızıl əşyalarının kreditlə Sadiqə tərəfindən alınmasında hər hansı maddi marağı olmamışdır. O, bilir ki, xalası İddiaçı Cavabdeh2 borclu olduğu puldan axırıncı 2024-cü ilin mart ayında Cavabdeh2 ödəniş etmişdir. Hazırda İddiaçı Cavabdeh2 olan kredit borcunu ödəmədiyindən həmin krediti onun vasitəsilə aldığına görə o, İddiaçı hər hansı şikayətin olmaması üçün borcunu vaxtında ödəməsini demişdir. Nə o, nə də onun həyat yoldaşı X10 Quliyevanı hər hansı bir vasitə və ya metodla hədələməmişdir.
11. İddiaçı tərəfindən imzalanmış 10 oktyabr 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh2 məxsus 583 əyyar, 29.83 qram tros sepi, 300 manat ilkin ödəniş etməklə, 10 ay müddətinə hər ay 270 manat olmaq şərtiylə 3000 manata almışdır.
12. İddiaçı tərəfindən imzalanmış 30 iyun 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh2 məxsus 583 əyyarlı 49.91 qram reket boyunbağını, 5700 manata 14 ay müddətinə hissə-hissə alır. İlkin ödəniş 1000 manat, 14 ay hər ay 335 manat olmaq şərti ilə ödəyəcəkdir səbəbsiz yerə aldığı malı qaytardıqda və ya qeyd etdiyi pulu ödəmədiyi halda aldığı qızılı qaytarıb heç bir ödəniş tələb etməyəcəkdir.
13. X42 tərəfindən imzalanmış 28 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, X11 Bayram Həsən oğluna məxsus 585 əyyarlı, 25 qram 350 ml tros sepi, 583 əyyar halqa sırğanı, 585 əyyar ləpik sepi, ümumi çəkisi 31 qram 02 ml, 3200 manata, 12 ay müddətinə hissə-hissə ödəməklə alır. 500 manat ilkin ödəniş edib 12 ay müddətinə hər ay 233 manat olmaqla ödəyəcəkdir.
14. X42 tərəfindən imzalanmış 30 iyun 2023-cü il tarixli qəbzdən görünür ki, X11 Bayram Həsən oğluna məxsus 585 əyyar, 10.84 qram oval komplekt, 1.48 qram üzüyü, 583 əyyar 48.18 qram tros model boyunbağını 7192 manata, 16 ay müddətə hissə-hissə ödənişlə almışdır. İlkin ödəniş 1400 manat, 16 ay, hər ay 362 manat olmaq şərti ilə ödəyəcəkdir. Səbəbsiz yerə aldığı malı qaytardıqda və ya qeyd etdiyi pulu ödəmədiyi halda aldığı qızılı qaytarıb heç bir ödəniş tələb etməyəcəkdir.
15. X30 tərəfindən imzalanmış 21 aprel 2023-cü il tarixli qəbzdən görünür ki, X6 Bayram Həsən oğluna məxsus 585 əyyar 30 qram reket sepi 3380 manata, 12 ay müddətinə almışdır. 680 manat ilkin ödəniş edib, qalan məbləği qrafik üzrə nəzərdə tutulan 225 manatı 12 ay müddətinə ödəyəcəkdir. Nəzərdə tutulan məbləği ödəməsə alınan malı geri qaytarıb heç bir məbləğ tələb etmiyəcəkdir.
16. X30 tərəfindən imzalanmış 15 avqust 2023-cü il tarixli qəbzdən görünür ki, X6 Bayram Həsən oğluna məxsus ümumi çəkisi 65.57 qram olan 4 boyunbağını,1 üzük qızıl əşyalarını 7540 manata 16 ay müddətinə hissə-hissə ödənişlə alır. İlkin ödəniş 1340 manat, hər ay 187 manat olmaq şərtilə ödəyəcəkdir. Səbəbsiz yerə aldığı malı qaytardıqda və ya qeyd etdiyi şərtlər üzrə pulu ödəmədiyi halda aldığı qızılı qaytarıb heç bir ödəniş tələb etməyəcəkdir.
17. X20 tərəfindən imzalanmış 05 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, X3 Bayram Həsən oğluna məxsus 583 əyar, 18.07 qram tros boyunbağı, 583 əyar, 10,05 qram brilyant qaşlı, badam komplekti 3400 manata, 10 ay müddətinə, hissə-hissə ödənişlə almışdır. İlkin ödəniş 650 manat, 10 ay hər ay 275 manat olmaq şərtilə ödəyəcəkdir. Səbəbsiz yerə aldığı malı qaytardıqda və ya qeyd etdiyi pulu ödəmədiyi halda qızılı geri qaytarıb heç bir ödəniş tələb etməyəcəkdir.
18. X20 tərəfindən imzalanmış 07 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, X3 Bayram Həsən oğluna məxsus 583 əyar, 76.92 qram reket model sepi 8845 manata, 16 ay müddətinə, hissə-hissə ödənişlə almışdır. İlkin ödəniş 1500 manat, 16 ay hər ay 459 manat olmaq şərtilə ödəyəcəkdir. Səbəbsiz yerə aldığı malı geri qaytardıqda və ya qeyd etdiyi şərtlə üzrə ödəniş etmədiyi halda aldığı qızılı geri qaytarıb heç bir ödəniş tələb etməyəcəkdir.
19. X8 tərəfindən imzalanmış 05 sentyabr 2023-cü il tarixli qəbzdən görünür ki, X1 Bayram Həsən oğluna məxsus 583 əyyar, 60 qram boyunbağını 7200 manata 14 ay müddətinə hissə-hissə ödəməklə almışdır. İlkin ödəniş 1400 manat, 10 ay 400 manat, 4 ay 450 manat olmaqla ödəyəcəkdir.
20. X31 tərəfindən imzalanmış qəbzdən görünür ki, X7 Bayram Həsən oğluna məxsus 583 əyyar, 40 qram boyunbağını 4800 manata 10 ay müddətinə hissə-hissə ödəməklə almışdır. İlkin ödəniş 350 manat, 10 ay hər ay 330 manat olmaqla ödəyəcək. Səbəbsiz yerə aldığı malı qaytardıqda və ya qeyd etdiyi şərtlər üzrə pulu ödəmədiyi halda aldığı qızılı qaytarıb heç bir ödəniş tələb etməyəcəkdir.
21. X14 tərəfindən imzalanmış 22 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, X2 Bayram Həsən oğluna məxsus 583 əyyar, reket tipli, 29,34 qram qolbağını 2500 manata 12 ay müddətinə hissə-hissə ödəməklə almışdır. İlkin ödəniş 800 manat, 12 ay, hər ay 225 manat olmaq şərtilə ödəyəcəkdir. Səbəbsiz yerə aldığı malı qaytardıqda və ya qeyd edilən pulu ödəməsə aldığı qızılı qaytarıb heç bir ödəniş tələb etməyəcəkdir.
22. X14 tərəfindən imzalanmış 05 noyabr 2023-cü il tarixli qəbzdən görünür ki, X2 Bayram Həsən oğluna məxsus 583 əyyar, 67,19 qram qızıl-zinət əşyalarını 8050 manata 14 ay müddətinə hissə-hissə ödəməklə almışdır. İlkin ödəniş 1550 manat, 14 ay, hər ay 464 manat olmaq şərtilə ödəyəcəkdir. Səbəbsiz yerə aldığı malı qaytardıqda və ya qeyd edilən şərtləri ödəmədikdə aldığı qızıl əşyasını geri qaytarıb heç bir ödəniş tələb etməyəcəkdir.
23. X24 tərəfindən imzalanmış 10 avqust 2023-cü il tarixli qəbzdən görünür ki, X5 Bayram Həsən oğluna məxsus 585 əyyar, zəncir model, 45,42 qram komplekt dəstini 6070 manata 12 ay ödənişlə hissə-hissə ödəməklə almışdır. İlkin ödəniş 1370 manat, 12 ay, hər ay 391 manat olmaq şərtilə ödəyəcəkdir. Səbəbsiz yerə aldığı malı geri qaytardıqda və ya qeyd etdiyi şərtlərlə pulu ödəmədiyi halda aldığı qızıl əşyalarını geri qaytarıb, heç bir ödəniş tələb etməyəcəkdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
24. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 iddiaçının bildirməsinə görə qohumdurlar. Belə ki, Cavabdeh1 İddiaçı bacısı qızıdır. İddiaçı 2022-ci ildə pula ehtiyacı olduğuna görə bacısı qızı Cavabdeh1 müraciət etmiş, sonuncu isə yalnız nisyə qızıl alıb sataraq pulunu ona verməyi, əvəzində həmin pulu qızılın sahibinə ödəməyi bildirmişdir. İddiaçının deməsinə görə belə də olmuş, yəni Nurlana nisyə qızıl alaraq satıb İddiaçı 1000 (bir min) manat pul vermiş, o, isə hər ay qızıl alınan şəxsə Nurlana vasitəsilə ödənişlər etmişdir. Daha sonra isə iddiaçının bildirməsinə görə o, Nurlana vasitəsilə Cavabdeh2 tanımış və ondan hissə-hissə olmaqla ümumilikdə 12000 (on iki min) manat borc pul almış, həmin borc sələm olduğu üçün sonradan şişmiş və buna görə də o, Cavabdeh2 ümumilikdə hissə-hissə olmaqla 40000 manat pul ödəmişdir. Nümayəndələri ilə təmsil olunan cavabdehlər məhkəmə iclasında iddia tələbinə etiraz etmiş və bildirilmişlər ki, iddiaçı Cavabdeh2 özünün, oğlunun, bacısının və digər yaxın adamlarının adlarına nisyə qaydada ümumilikdə 74409 manat qızıl zinət əşyası almış, ondan 34967 manat borc ödənilmiş, lakin bu günə 39442 manat borc qalmışdır. Cavabdehlər həmçinin iddiaçıya qarşı hər hansı hədə qorxu gəlmədiklərini bildirmişlər. Bu səbəbdən cavabdehlər iddia tələbinin rədd olunmasını xahiş etmişlər.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
25. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında İddiaçı Cavabdeh1 vasitəsilə Cavabdeh2 borc pul almasını sübut edə bilməmişdir. Əksinə cavabdeh tərəf iddiaçıya, onun övladına, bacısına və digər yaxın qohumlarına nisyə qaydada ümumilikdə 74409 manat qızıl satılmasına dair məhkəməyə qəbzlər təqdim etmişlər. Həmin qəbzlərin müvafiq olaraq iddiaçı, onun oğlu Tural Cabbarov, bacısı Afət Quliyeva və digər yaxınları tərəfindən imzalanmışdır və həmin qəbzlərdə olan imzaların adları çəkilən şəxslərə aid olmamasına dair tərəflər arasında mübahisə yoxdur. Lakin iddiaçı qəbzdə qeyd edilən qızıl-zinət əşyaların faktiki olaraq satılmadığını bildirsə də buna dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin işin faktiki hallarına əsasən qeyd olunmalıdır ki, İddiaçı Gəncə şəhər Bas Polis İdarəsinin 2-ci Polis Şöbəsində aparılan araşdırma zamanı izahatında cavabdehlərə 30000 (otuz min) manat ödədiyini bildirdiyi halda hazırkı iddia tələbində cavabdehlərə 40000 manat ödədiyini bildirərək həmin məbləğin onlardan tutulmasını xahiş etmişdir.
26. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
27. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
29. Bundan başqa məhkəmə iclasında cavabdehlərin məhkəməyə təqdim etdikləri etirazda İddiaçı özü və üçüncü şəxslərin nisyə qaydada aldığı qızıl-zinət əşyalarına görə Cavabdeh2 hissə-hissə olmaqla ümumilikdə 34967 manat ödəniş etdiyi bildirilir. Həmin xüsusatla bağlı məhkəmə qeyd edir ki, iddiaçı özü və üçüncü şəxslərin kreditor qarşısında olan öhdəliyini icra etməsinə görə həmin məbləği kreditordan tələb etməsi qanuni və əsaslı sayıla bilməz.
30. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə görə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Sözügedən Məcəllənin 431.3-cü maddəsinin tələbinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.
31. Məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlər borc müqaviləsindən irəli gələn münasibət olmasını iddiaçı tərəf sübut edə bilməmişdir. Əksinə məhkəmə iclasında Cavabdeh2 İddiaçı və onun yaxınlarına nisyə qaydada qızıl-zinət əşyaları satması təqdim edilən sübutlarla təsdiq olunmuşdur. Belə olan halda hazırkı iddia tələbinin hüquqi əsasını nisyə-alqı satqı ilə bağlı mülki qanunvericiliyin normaları təşkil edir. Odur ki, məhkəmə, tərəflər arasında mülki qanunvericiliyin müvafiq normalarını aşağıda qeyd etməyi lazım bilir.
32. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
33. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
35. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 287-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
36. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
37. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
38. Daha sonra məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddia tələbində cavabdehlərin ona hədə qorxu gəldiklərini, Cavabdeh2 ona məxsus əşyaları evindən aparmasını qeyd etsə də həmin xüsusata dair də məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Əksinə həmin məsələ ilə bağlı İddiaçı Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinə şikayəti olmuş və müvafiq araşdırılması aparılsa da cavabdehlər barəsində hər hansı məsuliyyət müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə iclasında cavabdehlərin barəsində iddiaçıya münasibətdə hər hansı cinayət tərkibli hərəkətin (hərəkətsizliyin) edilməsi halı müəyyən olunmamışdır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
40. Digər tərəfdən iddiaçı iddia tələbində Cavabdeh2 onun evindən 1050 manat televizor, 260 manat ətçəkən maşın apardığını bildirsə də iddiasının nəticə hissəsində həmin əşyaları, yaxud onun dəyərini sonuncudan tələb etməmişdir. Bu baxımdan məhkəmə iddia tələbindən kənara çıxmamaqla həmin hissəyə dair hər hansı münasibət bildirmir. Belə ki, Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
41. Bundan başqa, İddiaçı cavabdehlərdən 5000 manat mənəvi zərərin tutulmasına dair tələbinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehlərin iddiaçını hər hansı mənəvi zərərə məruz qoyması faktı məhkəmə iclasında öz təsdiqini tapmamışdır.
42. Məhkəmə sonda onu da qeyd etməyi lazım bilir ki, tərəflərə o cümlədən iddiaçıya iddia tələbində istinad etdiyi hallara dair məhkəməyə sübut təqdim etməsi üçün kifayət qədər imkan yaratmış, bunun üçün məhkəmə iclasları dəfələrlə təxirə salınmış, lakin iddiaçı iddiasının əsasını təşkil edən sübutları məhkəməyə təqdim edə bilməmiş, iş materiallarında olan sənədlərə əsasən isə iddia tələbi təmin edilə bilməz.
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
45. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
49. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
50. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Hacı qızı və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
53. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
54. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 210 (iki yüz on) manat dövlət rüsumu İddiaçı aid edilməlidir.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 210 (iki yüz on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov