Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1271/2024 04.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzi qismində pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddiaçının qızı X4 aparılmış müayinə nəticəsində «gecə terroru» diaqnozu qoyularaq müalicəsinə xərclədiyi 700 manat məbləğində pul vəsaitinin, Səbinə Haqverdiyevanın müalicəsi üçün yaşadığı evdə deyil, digər ərazidə xərclənən 7.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 97 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, bildirdi ki, İddiaçı ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Əli Məmmədov küçəsində yerləşən 1B nömrəli fərdi yaşayış evində, Cavabdeh isə həmin ünvanın qonşuluğunda yaşayır. Təxminən 5-6 il bundan əvvəl küçədə şərikli çəkilən qaz və elektrik dirəyinin sol tərəfindən Cavabdeh özbaşına tikinti apararaq, həmin dirəyi çıxarıb yol tərəfə basdırmışdır. Bundan bir müddət əvvəl isə Cavabdeh həmin dirəyə sahib çıxaraq, iddiaçının həmin dirəyə bağlanmış elektrik, telefon və qaz xətlərini ayırıb başqa yerdən çəkməyini tələb etmiş, ünvanına nalayiq ifadələr işlətmiş, daha sonra isə məlumat vermədən telefon xətlərini qanunsuz olaraq kəsmişdir. Bu barədə o və Q.Ş.Haqververdiyev ertəsi gün Cavabdeh iradlarını bildirmişlər. Bunun qarşılığında isə Cavabdeh Q.İddiaçı və ailə üzvlərinin ünvanına yenidən nalayiq ifadələr işlətmişdir. O, bu barədə Azərbaycan Respublikasının DİN-in 102 Xidməti zəng mərkəzinə şikayət etmiş, şikayəti əsasında Ceyhun adlı təhqiqatçı müvafiq araşdırma aparmışdır. Bir müddət sonra ATS-dən nümayəndələr gəlib telefon xəttini bərpa etmələrinə baxmayaraq, 2023-cü ilin mart ayında Cavabdeh yenidən qanunsuz olaraq telefon xəttini kəsmişdir. Həmin vaxt «Novruz Bayramı» ilə əlaqədar qeyri-iş günü olduğundan o, 27 mart 2023-cü il tarixdə ATS-ə müraciət etmiş, 28 mart 2023-cü il tarixdə Elçin adlı usta və Anar adlı xətt mühəndisi telefon xəttinə baxış keçirmiş və telefon xəttini tamamilə yeniləmişlər. Belə ki, hər gün Cavabdeh onları ölümlə hədələmiş, nalayiq ifadələrlə təhqir etmiş, şərəf və ləyaqətlərini alçaldan hərəkətlər və ifadələr işlədərək qanunsuz olaraq həmin dirəyin çıxarılmasını tələb etmiş, həmçinin Cavabdeh xx.xx.2023-cü il tarixdə qardaşı Məcidlə dava edərkən dəmir alətlə dəmir listə vuraraq onları narahat etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə törətdiyi əməl nəticəsində İddiaçı 7 yaşlı qızı X7 qorxu keçirmiş, gecələr yuxudan qorxu içərisində, təngənəfəs qalxmağa başlamışdır. X2 bu hadisələr nəticəsində xəstələnməsi ilə əlaqədar olaraq müayinə edilməsi üçün 31 mart 2023-cü il tarixdə Gəncə Şəhər 1 saylı Uşaq Poliklinikasına aparmışlar və həkimlər tərəfindən aparılmış müayinə nəticəsində azyaşlı X5 «gecə terroru» diaqnozu qoyulmuşdur. S.İddiaçıaya bahalı dərmanlarla müalicə təyin edilmişdir. X1 gecə vaxtı evlərində yatan zaman səksəkə ilə oyanır, oyandıqdan sonra ailə üzvlərini digər otağa keçməsi üçün köməyə çağırır. Bu səbəbdən həkim məsləhət bildirmişdir ki, azyaşlı Səbinə Haqverdiyeva müalicə olunmaqdan ötrü yaşadıqları evdən kənarda, digər ərazidə müalicə olunsun. Bu isə xeyli miqdarda vəsait tələb edir. X11 müalicə olunur. Səbinə Haqverdiyevanın müalicəsinə 700 manat məbləğində pul vəsaiti xərclənmişdir. Əlavə olaraq Səbinə Haqverdiyevanın müalicə olunmasına görə 7.000 manat pul tələb olunur. Bununla yanaşı Cavabdeh xx.xx.2023-cü il tarixdə törətdiyi qanunsuz hərəkətlərlə bağlı Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(104)-314/2023 nömrəli qərarı ilə Cavabdeh İXM-nin 510-cü maddəsi ilə təqsirli bilinib 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. Sonda Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, Gəncə şəhəri, Əli Məmmədov küçəsində yerləşən 1A nömrəli fərdi yaşayış evində, İddiaçı yaşadığı evin qonşuluğunda yaşayır. Onun öz qardaşı X16 daim onunla mübahisə edib, münaqişəli vəziyyət yaradır. 16-17 mart 2023-cü il tarixdə, saat 16-17 radələrində də M.Ş.Cəfərov yaşadıqları fərdi yaşayış evlərinin arasındakı tikilinin üzərinə çıxıb, əvvəlcə onu və ailəsini ucadan sözlə təhqir edib, onlara daş parçaları atmışdır. Daha sonra M.Ş.Cəfərov həmin tikilidən həyətə düşərək, əlindəki dəmir parçası ilə onların üzərinə hücum etmişdir. Həmin vaxt M.Ş.Cəfərov sərxoş olmuş, səs-küy salıb münaqişə yaratmış, ona və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətmişdir. O isə M.Ş.Məcidovun əlindəki dəmir parçasını almağa və M.Ş.Məcidovu oradan uzaqlaşdırmağa çalışmışdır. Bundan sonra o, M.Ş.Məcidovun hərəkətləri barəsində Azərbaycan Respublikası DİN-nin 102 Xidməti zəng mərkəzinə məlumat vermiş, M.Ş.Məcidov barəsində inzibati tənbeh tədibiri tətbiq olunmuşdur. O, özü də M.Ş.Məcidovun həmin hərəkətlərini video qeydə almışdır. Lakin İddiaçı əsassız olaraq, ona qarşı vurulmuş zərərin əvəzi qismində pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri və iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X16 xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Əli Məmmədov küçəsində ictimai qaydanı pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 50 manat cərimə növündə inzibati tənbeh tədbiq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 3-13-57-4/1-2394/2023 nömrəli raportdan görünür ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi Səməndər Həsənov xx.xx.2023-cü tarixdə 4-cü PB-də əməliyyat qrupunda xidmət olan zaman DİN-nin 102 xidmətindən daxil olmuş məlumat əsasında ünvan 1 ünvanda zahiri görünüşündən sərxoşluq əlamətləri olan X12 qardaşı Cavabdeh qarşı uca səslə nalayiq ifadələr işlədərək, ictimai asayişi pozduğunu müşahidə etdikdən sonra Məcid Cəfərova yaxınlaşaraq, sakitləşdirməyə çalışsalar da, onlara məhəl qoymayaraq, öz qanunsuz hərəkətlərini davam etdirmiş, bu səbəbdən Məcid Cəfərov barəsində tədbir görülməsi üçün 4-cü PB-nə aparılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclas zalında tədqiq edilmiş video qeydlərdən görünür ki, məhkəmə iclasında iştirak edən şəxslər tərəfindən X16 olduğu bildirilən bir nəfər şəxs daş hasarın üzərinə çıxararaq, əvvəlcə Cavabdeh istiqamətində daş parçaları ataraq, ucadan söyüşlər söyür, daha sonra isə daş hasardan həyətə düşərək, ucadan söyüşlər söyməkdə davam edərək əlindəki dəmir parçası ilə Cavabdeh istiqamətində gəlir. Bu zaman Cavabdeh həmin şəxsin əlindəki dəmir parçasını alıb, onu sakitləşdirməyə və ərazidən uzaqlaşdırmağa çalışır. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-886/2023 nömrəli qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə qardaşı Məcidlə dalaşdıqdan sonra küçədə və yaşadığı evin həyətində nalayiq sözlər işlədərək ictimai qaydanı kobud surətdə pozmuşdur və Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(104)-314/2023 nömrəli qərarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 3(125)-886/2023 nömrəli qərarı dəyişdirilmiş, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 2023-cü ilin təxminən 16-17 mart tarixlərində saat təxminən 16-17 radələrində Gəncə şəhəri Əli Məmmədov küçəsi, ev 1B-də yaşayan Nümayəndə qonşusu Gəncə şəhəri Əli Məmmədov küçəsi ev 1A-da yaşayan Cavabdeh evinin həyətindən nalayiq ifadlər işlətməsi, dəmiri biri-birinə vurması səbəbi ilə yaranmış səslərdən evinin həyətində oynayan 7 yaşlı nəvəsi X3 qorxmasını, Gəncə şəhər 1 nömrəli poliklinikada müayinə zamanı nəvəsi Səbinə Haqverdiyevaya həkim tərəfindən qorxudan yaranan «Gecə terroru» xəstəliyi diaqnozu qoyulmasını bildirməsi faktında hər hansı cinayətin tərkib əlaməti olmadığından, Cavabdeh 4-cü PB-nə verdiyi izahatında təxminən 16-17 mart tarixində, saat təxminən 16-17 radələrində qardaşı Məcidin evinə gələrək səsküy salıb münaqişə yaratdığı üçün DİN-nin 102 xidmətinə müraciət etdiyini, müraciəti əsasında 4-cü PB-də araşdırma aparıldığını, Qoşqarın nəvəsini qorxutmadığını bildirdiyindən, araşdırma zamanı materiala əlavə edilmiş 4-cü PB-nin sahə rəisi, polis kapitanı Səməndər Həsənovun xx.xx.2023-cü il tarixli, 3-13-57-4/1-2394/2023 nömrəli raportunda xx.xx.2023-cü il tarixdə 4-cü PB-də əməliyyat qrupunda xidmətdə olan zaman DİN-nin 102 xidmətindən daxil olmuş məlumat əsasında ünvan 2 ünvanda zahiri görünüşdən sərxoşluq əlamətləri olan X12 qardaşı Cavabdeh qarşı uca səslə nalayiq ifadələr işlədərək ictimai asayişi pozduğunu müşahidə etdikdən sonra Məcid Cəfərova yaxınlaşaraq sakitləşdirməyə çalışsalar da onlara məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirməsi, bu səbəbdən Məcid Cəfərov barəsində tədbir görülməsi məqsədi ilə 4-cü PB-nə gətirilməsi göstərildiyindən toplanmış materialda həmin fakt üzrə cinayət işinin başlanması rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Uşaqların icbari Dispanserizasiyasının ******* nömrəli müayinə vərəqinin surətindən görünür ki, xx.xx.2015ci il təvəllüdlü, ünvan 3 ünvanında yaşayan X4 xx.xx.2023-cü il tarixdə «gecə terroru» diaqnozu qoyulmuşdur. İşdə olan Akademik Z.Məmmədov adına xəstəxananın Uşaq Poliklinika bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1250 nömrəli arayışın surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü, ünvan 3 ünvanında yaşayan X8 xx.xx.2023-cü il tarixdə «gecə terroru» diaqnozu ilə nervipatoloqa müraciət etmiş və həmin tarixdən indiyədək psixoliji məşğələlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsiri müəyyən edilməyən əməllə (hərəkət və ya hərəkətsizliyə) əlaqədar hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Mülki işin məhkəmədə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh 16 mart 2024-cü il tarixdə öz evinin həyətində nalayiq ifadələr işlətməsi, dəmiri biri-birinə vurması səbəbi ilə yaranmış səslərdən evinin həyətində oynayan 7 yaşlı qızı X3 qorxmasını, Gəncə şəhər 1 nömrəli poliklinikada müayinə zamanı S.İddiaçıaya həkim tərəfindən qorxudan yaranan «Gecə terroru» xəstəliyi diaqnozu qoyulmasını bildirmiş, S.İddiaçıanın müayinə və müalicəsinə sərf olunmuş vəsaitin əvəzi qismində 7.700 manat məbləğində pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Lakin mülki iş məhkəmədə tədqiq edilərkən, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar, xx.xx.2023-cü il tarixli, 3-13-57-4/1-2394/2023 nömrəli raport, məhkəmə iclas zalında tədqiq edilmiş video qeydlər, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, eləcə də digər sübutlar və mülki işin məhkəmə iclasında müəyyən olunmuş digər halları ilə xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Əli Məmmədov küçəsində ictimai qaydanın Cavabdeh tərəfindən deyil, digər şəxs tərəfindən pozulması və səs-küyün həmin şəxsin təqsirli hərəkətləri ilə yaranması müəyyən edilmişdir. İddiaçı isə məhkəmə iclasında yalnız X6 yaşadığı ünvan 4 ünvanından səs-küy gəlməsini bildirirməklə kifayətlənmiş, iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzi qismində pul» tələbi barədə iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzi qismində pul» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1271/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1271/2024
04.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver