Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1274/2022 14.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7915 manat pulun alınıb ona verilməsi və tərəfindən hüquqi yardıma görə ödənilmiş 110 manat pulun, şəhid ailəsi olduğu üçün dövlət rüsumundan azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun tanışıdır. O, bir ay ərzində qaytarmaq şərti ilə xx.xx.2019-cu il tarixdə 1000 manat borc pul alıb və qaytaranda 1150 manat qaytaracağı barədə qəbz yazmışdır. Bundan başqa, cavabdeh ondan 2021-ci ilin aprel ayının 2-də 2690 manat, may ayının 1-də 500 manat, iyun ayının 27-də 1200 manat, iyul ayının 28-də 1000 manat və sentyabr ayının 30-da 1000 manat borc pul almış, həmin pulları 2021-ci ilin dekabr ayına kimi qaytaracağını bildirmişdir. Bundan başqa, cavabdeh onun satlıq paltarlarından satıb pulunu qaytarmaq şərtilə 875 manatlıq paltar götürmüş, onun 500 manatını qaytarmış, 375 manat pul qaytarmamışdır. Hazırda, cavabdehin cəmi 7915 manat borcu qalmışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq, cavabdeh pulu verməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və təmsilçisi hər biri ayrı-ayrılıqda tələbi müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış sənədlərdən görünür ki, o, xx.xx.2019-cu il tarixdə İddiaçı 1000 manat pulu 1 aylıq götürdüyünü, dekabr ayının sonu, yanvar ayının 2-sinə qədər 1150 manat qaytaracağını təsdiqləmişdir; 2690 manat ayın 2-sində, 500 manat may ayının 1-də, 1200 manat iyun ayının 27-sində, 1000 manat ayın 28-ində və 1000 manat ayın 30-da pul almışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində bildirmişdir ki, hazırkı iş üzrə iddia ərizəsində göstərilən pul məbləğlərini faiz dərəcəsiylə qaytarmaq şərtiylə götürmüşdür. 875 manat dəyərində paltar götürmüşdür. Həmin paltarların pulunu və götürdüyü pulları faiziylə ödəmişdir. Hazırda iddiaçıya borcu yoxdur. Təqdim etdiyi dəftər həmin məbləğin ona faizlə verildiyinə sübutdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Arifə onun qonşusudur. Arifəylə birlikdə təxminən 1 il əvvəl Şahnaza satmaq üçün dəfələrlə qab-qacaq, qazan dəsti və sair əşyalar vermişlər. Təxminən 7-8 ay əvvəl Şahnaz əşyaların dəyərini verməkdən imtina etmişdir. Malların dəyəri təxminən 1000-1500 manat olardı. Şahnaz həmin malları satıb pulu verəcəyini bildirmişdir. Mallar Arifənin idi, qonşu olduqları üçün kömək məqsədiylə Arifəylə birlikdə malları Şahnaza aparmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 882-ci maddəsi nəzərdə tutur ki, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Cavabdeh məhkəmə icraatı zamanı iddiaçıdan qaytarmaq şərtiylə pul məbləğləri və dəyərini ödəmək şərtiylə paltar təhvil aldığını etiraf etmiş, habelə bu barədə sənədlərin onun tərəfindən imzalanmasını mübahisələndirməmişdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edilərək qəbul edildiyindən və bu barədə məhkəməyə yazılı izahat verildiyindən, iddiaçı iddianı həmin hissədə sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, həmin cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, iddianın cavabdeh tərəfindən etirafı qəbul edilməlidir. Bununla yanaşı, cavabdeh iddiaçıdan 875 manat dəyərində paltar təhvil aldığını və onun dəyərini ödədiyini bildirmiş, halbuki ödənişi təsdiqləyən sübut təqdim etməmişdir. Lakin iddiaçı həmin əşyaların dəyərindən 500 manat ödəniş edildiyini bildirərək, 375 manat pulun tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının verdiyi tələb üzrə araşdırma aparılmalı və daha az borcun qalması, daha çox ödənişin edilməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən iddia tələbi həcmində paltarların dəyəri olan 375 manat pul tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bundan başqa, cavabdeh iddia ərizəsi ilə tələb edilən pulu iddiaçıya ödədiyini bildirsə də, bu halı təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı sübutlarla təsdiqlənən (1150+2690+500+1200+1000+1000+375) 7915 manat borcun tam və ya qismən ödənilməsini sübut etmək yükü Cavabdeh üzərinə düşür. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, 7915 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-ci maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 7915 (yeddi min doqquz yüz on beş) manat pul tutularaq İddiaçı ödənilsin. Hüquqi yardıma görə ödənilmiş rüsumun əvəzi olaraq 110 (yüz on) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1274/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1274/2022
14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver