Məhkəmə qərarları › İş №2(125)-1286/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1286/2025

14.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1286/2025 14.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 İsa oğlunun sədrliyi, X3 Arif oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş 1930 manat məbləğində maddi zərərin və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Opel Astra markalı ** DR *** dövlət qeydiyyat nişanlı minik nəqliyyat vasitəsini ƏN-İX 215049 nömrəli maşını “nəqliyyat vasitələrinə sərəncam vermə haqqında” etibarnamə ilə X1 istifadəsindədir. Qeydiyyat şəhadətnaməsi, etibarnamənin və sürücülük vəsiqəsinin surətləri ərizəyə əlavə olunur. Belə ki, sözügedən nəqliyyat vasitəsi X1 istifadəsində olduğu müddətdə idarəetdiyi zaman yol hərəkətini davam etdirərkən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində Cavabdeh idarə etdiyi DAEWOO BS090 markalı ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2024cü il tarixli TP ******* nömrəli inzibati qərardan görünür ki, Cavabdeh idarə etdiyi DAEWOO BS090 markalı ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə törədilmiş avto nəqliyyat qəzasına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü, 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 (əlli) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilsin. Avtoqəza nəticəsində öz hərəkət zolağı ilə getdiyi zaman sürət həddini aşan Cavabdeh sürəti dayandıra bilməmiş və nəqliyyat vasitəsinin ön hissəsinə ciddi ziyan dəymişdir. 21 noyabr 2024-cü il tarixində “Meridian” Kompaniyasının direktoru Misirzadə Nicat və baş usta Hüseynov Ədalət tərəfindən maşının qəza nəticəsində aldığı qüsur və texniki nasazlığının aşkar olunması üçün müayinə keçirilmişdir. Qüsur aktı tərtib edilmişdir. Qüsur aktına əsasən dəmirçi işi 500 (beş) manat, malyar işi 700 (yeddi yüz) manat, əlavə xərclər 80 (səksən) manat, avtomobilə qəza nəticəsində qüsur görülmüş ehtiyyat hissələr bufer 1 ədəd olmaqla 80 (səksən) manat, sağ fara və sol fara 125 (bir yüz iyirmi beş) manat olmaqla 2 ədəd 250 manat, kabot 1 ədəd 150 (bir yüz əlli) manat, obrisovka 1 ədəd olmaqla 120 (bir yüz iyirmi) manat, krılo 1 ədəd 50 (əlli) manat olmaqla, ümumilikdə 1930 (bir min doqquz yüz otuz) manat qiymətləndirilmişdir. Qüsur aktı ərizəyə əlavə olunur. Qəza baş verən günü, yəni xx.xx.2024-cü il tarixdə Bakı şəhər Sabunçu RPİ DYPŞ-nə yazdığı izahatda bildirmişdir ki, etibarnamə ilə idarə etdiyi Opel Astra markalı ** DR *** dövlət qeydiyyat nişanlı minik maşını ilə qarşıdan gələn Cavabdeh idarə etdiyi DAEWOO BS090 markalı ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol verdiyi zaman sürət həddini saxlaya bilməyib onun maşınına dəymişdir. Bədən xəsarəti alan olmayıb. Yol-nəqliyyat hadisənin sxemindən də görünür ki, hadisə DAEWOO BS090 markalı ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürəti dayandıra bilməməsi üzündən başa verib. Hadisə baş verən günü Cavabdeh bildirdi ki, sığortası yoxdur, dəymiş ziyanı özü qarşılayacaq. Cavabdeh ilə bu şəkildə razılaşmışlar. Ancaq sonra zəng etdiyi nömrəyə zəng çatmamış və dəymiş ziyan bu günə qədər ödənilməmiş qalmışdır. Hətta ona “nə bilirsən get et” kimi ifadələr səsləndirilir. Bu məsələ ilə bağlı DAEWOO BS090 markalı ** TG *** dövlət qeydiyyat nişanın məxsus olduğu "xxxx" MMC-nin direktoru ilə bağlı danışmışdır. Qarajın sahibi isə ona heç bir köməkliyin əlindən gəlmədiyini, yalnız Cavabdeh özünə müraciət etməsini bildirmişdir. Qarajın sahibi "xxxx" MMC-nin bu nəqliyyat vasitəsinin avtobus xəttinə buraxılmağı ilə bağlı Daşıma avtonəqliyyat üçün maşrut 173 nömrəli yol vərəqəsini təqdim etmişdir. Cavabdehin idarəetməsində olan nəqliyyat vasitəsinin icbari sığorta müqaviləsi olmadığından dəymiş ziyanın ödənilməsi tələb olunmağına baxmayaraq cavabdeh maddi zərərin ödənilməsindən boyun qaçıraraq ziyanı ödəməyəcəyini bildirir. Göstərilən hal, yəni icbari sığorta müqaviləsi mövcud olmadığından və cavabdeh dəymiş zərərin ödənməsindən boyun qaçırdığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərk, işə onun iştirakı olmadam baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş, ona qrşı irəli sürülən iddiaya etiraz etmiş, izahatında qeyd etmişdir ki, nəqliyyat vasitələrinin toqquşması onun təqsirindən baş versə də iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə o qədər də ziyan dəyməmişdir. və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, BB №183917 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Opel Astra markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixdə reyestrdə 7E-3680 nömrəsi ilə qeydə alınmış etibarnamədən görünür ki, İddiaçı 2006-cı buraxılış ili, Ban nömrəsi W0L0AHL**********, mühərrik nömrəsi ******* olan, Opel Astra minik markalı, **-DS-*** qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qediyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini X2 etibar etmişdir. İş materiallarında olan 18 noyabr 2024-cü il tarixli “inzibati xəta haqqında” protokoldan və xx.xx.2024-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə DAEWOO BS090 markalı ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü, 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 21 noyabr 2024-cü il tarixdə “Meridian” Kompaniyasının Avto-servis xidmətinin xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, cəmi görüləcək işlər və ehtiyyat hissələrin dəyişdirilməsinə hesablanmış məbləğ 1930 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının mülkiyyətində olan avtomaşının zədələnmiş hissələri barədə həmin Qüsur Aktında qeyd edilmiş məlumatlar cavabdeh tərəfindən əsasən etiraf edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində saat 13:40-da hərəkətdə olarkən idarə etdiyi DAEWOO BS090 markalı ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə iddiaçının mülkiyyətində olan Opel Astra markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilinin ön hissəsindən toqquşmuşdur. Toqquşma nəticəsində iddiaçının mülkiyyətində olan avtomaşına 1930 (bir min doqquz yüz otuz) manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş materiallarında olan sübutlari işin hallarının müəyyən edilməsində mötəbər sübutlar kimi qiymətləndirərək hesab edir ki, cavabdehin törətmiş olduğu delikt nəticəsində iddiaçının mülkiyyətində olan avtomaşına 1930 (bir min doqquz yüz otuz) manat maddi ziyan dəyməsi işin faktiki halı kimi təsdiq olunandır və iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 158-ci maddəsinin mətn və məzmununa görə əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır və əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1930 (bir min doqquz yüz otuz) manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Bundan başqa, mülki işin materialları ilə müəyyən olunur ki, iddiaçı hazırki iddianın qaldırılması üçün 40(qırx) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İrəli sürülən iddia haqlı sayıldığından məhkəmə belə qərara gəlir ki, iddiaçı tərəfindən çəkilən məhkəmə xərcləri cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1930 (bir min doqquz yüz otuz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40(qırx) manat məbləğində pul alınıb, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar