Məhkəmə qərarları › İş №2(125)-1287/2025

Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-1287/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1287/2025 11.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quliyev X1 Firuzə Fərman qızına qarşı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.750 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 56 manat 25 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə ümumi dəyəri 4.400 manat olan 583 əyyarlı 29.37 qram çəkidə olan «reket» model qızıl boyunbağını və 7.37 qram çəkidə olan «reket» model qızıl qolbağı Cavabdeh alqı-satqı müqaviləsinə əsasən hissə-hissə ödəmək şərti ilə satmışdır. Cavabdeh 2024-cü ilin fevral, mart və aprel aylarında hər ay 580 manat, növbəti qalan 7 ay ərzində isə hər ay 380 manat pul ödəməli idi. Lakin həmin əşyaların dəyərindən Cavabdeh yalnız 830 manat ödəniş etmişdir. Digər 3.570 manat məbləğində pul vəsaitini isə hazırki tarixədək ödəməmişdir. O, Cavabdeh aldığı əşyaların dəyərinin ödənilməsini tələb etdikdə isə Cavabdeh müxtəlif bəhanələrlə borcun ödənilməsindən boyun qaçırmışdır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildirişin ona rəsmən təqdim olunması barədə məlumat olmadığından məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla MPM-in 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh ümumi dəyəri 4.400 manat olan 583 əyyarlı 29.37 qram çəkidə olan «reket» model qızıl boyunbağını və 7.37 qram çəkidə olan «reket» model qızıl qolbağı 2024-cü ilin fevral, mart və aprel aylarında hər ay 580 manat, növbəti qalan 7 ay ərzində isə hər ay 380 manat hissə-hissə ödəmək şərti ilə İddiaçı nisyə almışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 1 ədəd 583 əyyarlı 29,37 qram çəkidə sep və 1 ədəd 583 əyyar 7,37 qram çəkidə qolbağın alqı-satqısına dair şifahi müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı qeyd olunan qızıl-zinət əşyasını Cavabdeh mülkiyyətinə verməyi, Cavabdeh isə 4.400 manat məbləğində pul vəsaitini xx.xx.2024-cü il tarixdən sonra 10 ay müddətində hissə-hissə İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan xüsusatlar F.F.Allahverdiyev tərəfindən yazılmış və İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli qəbzlə təsbit olunmuşdur. Quliyev X1 Firuzə Fərman qızına qarşı 3.750 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 56 manat 25 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin iddia tələbinə münasibətini və eləcə də iddiaya etirazı olduğu halda onu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişləri qaydası, müddəti və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli alqısatqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.570 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 56 manat 25 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.570 (üç min beş yüz yetmiş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 56 (əlli altı) manat 25 (iyirmi beş) qəpik, cəmi 3.626 (üç min altı yüz iyirmi altı) manat 25 (iyirmi beş) qəpik məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə ondan Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar