Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1288/2025 12.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızının onu aldadaraq mənimsədiyi 3300 manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh onun qonşusudur. Cavabdeh onu aldadaraq 3300 manatını mənimsəmişdir. Belə ki, onlar bu ünvana yeni köçəndə cavabdeh onlara qonşu kimi yaxşılıqlar etmişdir. Buna görə də onun etibarını elə o vaxtdan qazanmışdır. 2024-cü ilin aprel ayında cavabdeh ona müraciət etmiş və pul lazım olduğunu demişdir. O, qonşu kimi cavabdehə yox deyə bilməmiş və borc pul verməyə razılaşmışdır. Beləliklə, ona ilk dəfə aprel ayında 400 manat vermişdir. Daha sonra cavabdeh yenə bir neçə dəfə müxtəlif ehtiyaclarını deyərək pul istəmiş, o da vermişdir. Cavabdeh ondan 2024-cü ilin 29 aprelində 400 manat, 07 mayda 250 manat, 27 mayda 600 manat, 07 iyunda 700 manat, 09 iyunda 400 manat, 24 iyulda 800 manat və 07 avqustda isə 400 manat olmaqla, cəmi 3550 manat almışdır. Bu puldan cavabdeh bir dəfə 100 manat, bir dəfə də 150 manat qaytarmışdır. Hazırda cavabdehin ona 3300 manat borcu qalmışdır. Borcunu qaytarmadığına görə o, cavabdehdən polisə şikayət etmişdir. Polisdə araşdırma aparılmış və cavabdeh orda izahat verərək ona 3300 manat pul borclu olduğunu etiraf etmişdir. Həmçinin cavabdeh ondan hər dəfə pul alanda öz xətti ilə məbləği yazıb, aldım sözünü qeyd etmiş və imza çəkmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdehin başqa adamlara da borcları vardır. Ondan pul alıb başqa borclarını ödəmişdir, onun isə xəbəri olmamışdır. Ayda 100-150 manat olmaqla borcunu hissə-hissə ödəməsini də təklif etmiş, ancaq cavabdeh borcunu ödəməmiş, pulu olanda ödəyəcəyini bildirmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh qızına məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Borca dair qəbzlərdən görünür ki, Cavabdeh qızı iddiaçıdan aprelin 29-da 400 manat, mayın 7-də 250 manat, mayın 27-də 600 manat, iyunun 7-də 700 manat, iyunun 9-da 400 manat, iyulun 24-də 800 manat və avqustun 7-də 400 manat borc pul aldığını imzası ilə təsdiq etmişdir. Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin təhqiqatçısı Nicat Mikayılov tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə araşdırma zamanı Cavabdeh qızı izahatında 2024-cü ilin aprel ayında qonşuluqda yaşayan İddiaçı hissə-hissə olmaqla, ümumilikdə 3550 manat məbləğində vəsait aldığını, 2024-cü ilin avqust ayına kimi həmin şəxsə borcunun bir hissəsini qaytarsa da, avqust ayında işlədiyi yerdən çıxması səbəbilə borcunu verməsində müəyyən çətinliklər yarandığını və həmin şəxsə ümumilikdə 3300 manat məbləğində borcu qaldığını göstərmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları, işdə olan sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc pulun verilməsi ilə bağlı razılaşma olmuş, cavabdeh iddiaçıdan müxtəlif tarixlərdə hissə-hissə olmaqla, ümumilikdə 3550 manat məbləğində borc alması barədə qəbzə imza etmişdir. Lakin cavabdeh borcunun bir hissəsini ödəsə də, 3300 manat məbləğində borcunu qaytarmadığı üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Göründüyü kimi, tərəflər arasında borc müqaviləsinə dair yazılı razılaşma olmuş cavabdeh iddiaçıdan 3550 manat məbləğində borc almış, həmin məbləğin 250 manatını qaytarsa da, qalan 3300 manatını qaytarmadığı üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Bunla yanaşı məhkəmə hesab edir ki, tərəflər arasında 3550 manat borc pulun verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından onlar arasında bağlanmış razılaşma etibarsızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bununla belə tərəflər arasında borc müqaviləsinə dair şifahi razılaşma üzrə iddiaçı tərəfindən 3550 manat pulun cavabdehə verilməsi və cavabdeh tərəfindən həmin məbləğin 3300 manatının qaytarılmaması iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh qızından 3300 (üç min üç yüz) manat pul alınaraq İddiaçı verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 53 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh qızından 3300 (üç min üç yüz) manat pul və dövlət rüsumunun əvəzi 53 manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-1288/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1288/2025
12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver