Məhkəmə qərarları › İş №2(125)-1290/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1290/2022

25.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1290/2022 25.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, iddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı *1 ədəd elektron qolbağın dəyərində vəsaitin, yəni 2.6*4 manat 14 qəpik pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommunikasiya İdarəsinin müvafiq hesabına köçürülməsi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı *1 ədəd elektron qolbağın dəyərində vəsaitin, yəni 2.6*4 manat 14 qəpik pul vəsaitinin cavabdehdən tutularaq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommunikasiya İdarəsinin müvafiq hesabına köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi iddia tələbini əsaslandıraraq göstərmişdir ki, cavabdeh X1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *5 may 2*21-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilmis, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2*21-ci il tarixli qərari ilə CPM-nin 154-158, 162, 163, 446-448 və 452-ci maddələrinə əsasən həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilərək, məhkumun müvəqqəti yaşayış yerinin məhkəmədən öncə Yasamal rayonu ərazisində olmasını nəzərə alaraq qərarın icrası Yasamal Rayon Polis idarəsinə, daha sonra araşdirma zamanı Səbail rayonu, Bünyad Sərdarov küçəsi, dalan 1, ev 3-də yaşadığı müəyyən edilərək qərarın icrası Səbail Rayon Polis İdarasinə həvalə edilmisdir. *5 iyun 2*21-ci il tarixdə Səbail RPİ-nin CAŞ-ın sabiq əməliyyat müvəkkili Elton Məmmədov məhkumun iştirakı ilə müvafiq protokol tərtib etmiş ve cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitələrinin istifadə qaydaları, habelə həmin vasitələri zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı məhkuma izah edilmiş, həmin tarixdə məhkuma elektron nəzarat vasitəsi tətbiq edilmiş, ona *1 ədəd mobil qurğu, *1 ədəd mobil qurğunun enerji adapteri və *1 ədəd qolbaq onun yaşadığı ünvana quraşdırılmışdır. Cavabdeh cinayət işi ilə əlaqədar Ağstafa Rayon Polis Şöbəsində olarkən *1 ədəd qolbağın olmadığı müəyyən edilmişdir. Bununla baglı Cavabdeh izahat alinmış, o elektron nəzarət vasitəsinin harada olması barədə məlumatının olmamasını bildirmişdir. Belə olan halda, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından *1 ədəd qolbaq itmiş və İddiaçınə maddi ziyan dəymişdir. *3 oktyabr 2*22-ci ildə tarixdə məhkəməyə daxil olmuş ərizəsində iddiaçı Bakı şəhəri İddiaçı rəisi mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Cavabdehin faktiki olduğu yer məlum olmadığından məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki halların araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Nizami Rayon Məhkəməsinin 31 may 2*21-ci il tarixli, 4(**7)-138/2*21 saylı qərarının surətindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *6 may 2*21-ci il tarixli, 4(**7)-115/2*21 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Komunikasiya İdarəsi tərəfindən verilmiş 24 may 2*22-ci il tarixli arayışın surətindən görünür ki, nəzarətə götürülmüş şəxs tərəfindən ona tətbiq edilmiş elektron qolbaq qırılaraq yararsız hala salınmışdır. Elektron qolbağın bir ədədinin balans dəyəri 2.6*4 manat 14 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçınə 2.6*4 manat 14 qəpik məbləğində maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1*96.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*97.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11*8.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia təmin edilməli, vurulmuş zərərin əvəzi qismində 2.6*4 manat 14 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 1*7-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilməli olan dövlət rüsumunun əvəzi qismində 46 manat *4 qəpik məbləğində pul vəsaiti cavabdehdən dövlət büdcəsi nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bakı şəhəri İddiaçı iddiası təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi qismində 2.6*4 (iki min altı yüz dörd) manat 14 (on dörd) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommunikasiya İdarəsinin (müxbir hesab: AZ29CTRE*************2*785*3; təsnifat kodu: 142593; VÖEN: 15**3615*1) hesabına köçürülsün. İddiaçı qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə və iddia təmin edildiyinə görə iddianın təmin edilmiş hissəsinə münasib olaraq, dövlət rüsumunun əvəzi qismində 46 (qırx altı) manat *4 (dörd) qəpik məbləğində pul vəsaiti Cavabdeh dövlət büdcəsinin nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə ondan Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar