Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-130/2024 06.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 1591 manat məbləğində pulun və ödənilmiş 36 manat məbləğində dövlət rüsumunun, cəmi 1627 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək cavabdehdən onun xeyrinə 1345 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Chevrolet Cruze” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsusdur, həmin avtomobili sürücülük vəsiqəsi olan qardaşı X5 etibarnamə ilə idarə edir. Cavabdehi əvvəllər tanınmamışlar. xx.xx.2023-cü il tarixdə, saat təxminən 16:15 radələrində qardaşı “Chevrolet Cruze” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Nizami prospekti ilə hərəkətdə olarkən, yol ayrıcına daxil olan zaman, Gəncə şəhəri, Heydər Əliyev prospektindən hərəkətdə olan cavabdeh idarə etdiyi “Mercedes Benz C280” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə işıqforun qadağanedici qırmızı işığına məhəl qoymadan yol ayrıcına daxil olaraq qardaşının idarə etdiyi avtomobilin sağ yan hissəsindən vuraraq yol-nəqliyyat hadisəsi törətmiş və maddi ziyan vurmuşdur. Hadisə yerinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yol Polisi Xidmətinin əməkdaşları gəlmiş, hadisə yerinə baxış keçirilmiş və sənədləşmə aparılmışdır. Cavabdeh də izahatında işıqforun qırmızı işığında keçməsini və hadisəni törətməsini etiraf etmişdir. Cavabdehin inzibati xəta törətməsinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hadisə ilə əlaqədar avtomobilə baxış keçirilmiş və tərəflərindən qüsur aktı (rəy) də alınmışdır. Cavabdehə avtomobilə dəymiş ziyanın ödənilməsi barədə bildirsələr də, o həmin ziyanı könüllü ödəməkdən yayınmış, müxtəlif bəhanələr gətirmiş, imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qüsur aktından – rəydən də görünür ki, “Chevrolet Cruze” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan, ümumi olaraq çəkilən xərc 1591 manat təşkil edir. Məhkəmə baxışında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə etdi ki, cavabdeh təqsirini qəbul edib maşına dəymiş ziyanı hissə-hissə ödəyəcəyini bildirsə də, cəmi 300 manat ödəniş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdeh izahatında bildirdi ki, ekspert rəyi ilə razı deyil, hesab edir ki, maşına yüngül xəsarət dəymişdir, rəydə dəymiş ziyanın məbləği həddindən artıq yüksək hesablanmışdır, odur ki, ondan daha az məbləğdə pul tutulmasını məhkəmədən xahiş etdi və əlavə etdi ki, məhkəmənin qərarı ilə müəyyən olunmuş məbləği ödəyəcək. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Gəncə şəhəri X7 Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında AP ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokoldan və bununla əlaqədar Gəncə şəhəri X7 Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, cavabdeh, “Mercedes Benz C280” markalı, **-BV- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, xx.xx.2023-cü il tarixdə, saat 16:15 radələrində Gəncə şəhəri, Nizami prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə, habelə qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş nəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 469.3-cü maddələri ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Həmin inzibati araşdırma zamanı cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 16:15 radələrində etibarnamə ilə idarə etdiyi “Mercedes Benz C280” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı maşınla Heydər Əliyev prospektində işıqforun qırmızı işığında yol ayrıcına daxil olarkən bu zaman soldan Nizami prospektində hərəkətdə olan “Chevrolet Cruze” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı maşınla toqquşma baş vermişdir. Hadisə yerinə DYP əməkdaşları gəlmiş, hadisəsinin sxemini tərtib etmiş və onu sxemlə tanış etmişdir, eyni zamanda qaydanı pozduğunu ona izah etmişdir. Yol-nəqliyyat hadisəsi zamanı iddiaçnın avtomobilini idarə etmiş X5 tərəfindən inzibati araşdırma zamanı verilmiş izahatdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 16:15 radələrində etibarnamə ilə idarə etdiyi “Chevrolet Cruze” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı maşınla Nizami prospektində işıqforun qırmızı işığında yol ayrıcına daxil olarkən bu zaman Heydər Əliyev prospektindən işıqforun qırmızı işığında yol ayrıcına daxil olan “Mercedes Benz C280” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı maşınla toqquşma baş vermişdir. İş materiallarına əlavə edilmiş, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və sürücülük vəsiqəsinin surətindən görünür ki, “Mercedes Benz C280” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2, etibar edilən şəxs isə Cavabdehdur. Digər - “Chevrolet Cruze” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi isə İddiaçı, etibar edilən isə X3r. İddiaçı tərəfindən təqdim edilmiş, Azərbaycan Respublikası "xxxx" istehsalat birliyi "xxxx" Gəncə Müəssisəsi tərəfindən verilmiş 07 iyun 2023-cü il tarixli qüsur aktından görünür ki, “Chevrolet Cruze” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1545 manat məbləğində ziyan dəymişdir. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/7623 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, "xxxx" istehsalat birliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Chevrolet Cruze” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1360,00 manat təşkil edir. Beləliklə, mülki işin materiallarında öz əksini tapan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh tərəfindən etibarnamə əsasında idarə edilən “Mercedes Benz C280” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə, saat təxminən 16:15 radələrində Heydər Əliyev prospektində işıqforun qırmızı işığında yol ayrıcına daxil olarkən bu zaman soldan X5 tərəfindən etibarnamə əsasında idarə edilən Nizami prospektində hərəkətdə olan iddiaçıya məxsus “Chevrolet Cruze” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən müddəların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. İşin şərh edilən hallarından da göründüyü kimi, iddiaçıya məxsus avtomobilə zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsinə cavabdehin yuxarıda qeyd edilən avtomobili etibarnamə əsasında idarə edərkən yol hərəkəti qaydalarını pozması səbəb olmuşdur. Bu hal iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında qərarla təsdiq olunur. Həmçinin, yol-nəqliyyat hadisəsində özünün təqsirli olmasını cavabdeh də inkar etmir. Bu isə, baş vermiş deliktə görə cavabdehin təqsirli olması barədə nəticəyə gəlməyə əsas verir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən müddəanın mənası baxımından məhkəmənin qənaətinə görə nəqliyyat vasitəsi qanunla yüksək təhlükə mənbəyi hesab olunduğundan, zərərvuran avtomobil isə cavabdehin etibarnamə ilə istifadəsində və sahibliyində olduğundan və onun tərəfindən də idarə edildiyindən, həmçinin yol nəqliyyat hadisəsinin baş verməsində cavabdehin təqsirli olması müəyyən edildiyindən, yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə, cavabdeh özü birbaşa məsuliyyət daşıyır. Lakin məhkəmə hesab edir ki, iddia tələbi iddiaçıya məxsus avtomobilə dəymiş zərərə görə tələb edilən məbləğdə deyil, 1060 manat məbləğində təmin edilməlidir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/7623 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Chevrolet Cruze” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərcləri avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1360,00 manat müəyyən edilmişdir. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. Bundan başqa, cavabdeh vurulan zərərin daha az olduğunu qeyd etsə də, bununla bağlı dəlilini təsdiq edən hər hansı sübuta istinad etməmişdir. Sübutlar işin məhkəmədə hərtərəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtərəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-in 77.1-ci maddəsi). İşin mübahisəsiz hallarına görə cavabdeh vurulan ziyana görə iddiaçıya 300 manat pul ödəmişdir. Məhkəmə hesab edir ki, belə olan halda dəymiş zərərin məbləğini təşkil edən 1360 manatdan iddiaçıya cavabdeh tərəfindən ödənilmiş 300 manat çıxıldıqdan sonra qalan 1060 manat məbləğində (1360 manat - 300 manat = 1060 manat) maddi zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Hazırkı iş üzrə məhkəmə xərcləri – iddiaçı tərəfindən ödənilmiş 36 manat dövlət rüsumundan və ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərcindən ibarətdir. Məhkəmə hesab edir ki, MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 36 manat dövlət rüsumunun 30,6 manat hissəsi cavabdedən alınaraq iddiaçıya ödənilməli, qalan hissə iddiaçıya aid edilməli, eyni zamanda ekspertiza xərci olan 100 manat məbləğində pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 1060 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 30,6 manat olmaqla, cəmi 1090,6 (bir min doxsan manat altmış qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutulsun və (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-130/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-130/2024
06.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver