Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1305/2023 28.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 12 may 2020-ci il tarixli GN2K5816668 nömrəli alğı-satqı müqaviləsinə əsasən 414 manat əsas borc, 200 manat faiz borcu, 21 dekabr 2020-ci il tarixli GN2K5913404 nömrəli alğı-satqı müqaviləsinə əsasən 251 manat əsas borc, 100 manat faiz borcu və 30 dövlət rüsumu olmaqla, cəmi 995 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 18 ay olmaqla 12 may 2020-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1229 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 414 manat borcu qalmışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% məbləğində faiz borcu ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1987 manat faiz borcu yaranmışdır (414 manat x 480 gün x 1%—1987 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 200 manat məbləğində tələb edir. Bundan başqa, Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 18 ay olmaqla 21 dekabr 2020-ci il tarixli nisyə alğı-atqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 268 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 251 manat borcu qalmışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% məbləğində faiz borcu ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 527 manat faiz borcu yaranmışdır (251 manat x 210 gün x 1%=527 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 100 manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 12 may 2020-ci il tarixli, GN2K5816668 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 414 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat faiz borcu, 21 dekabr 2020-ci il tarixli, GN2K5913404 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 251 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 995 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 12 may 2020-ci il tarixli GN2K5816668 nömrəli müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən qiyməti 1229 manat olan məişət avadanlığını ilkin olaraq 05 manat ödəyərək, qalan 1224 manat məbləği ayda 68 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir. Müqaviləyə qeyddən görünür ki, ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı vaxtında qaytarılmayan məbləğ üçün hər gün 1 faizədək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 21dekabr 2020-ci il tarixli GN2K5913404 nömrəli müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən qiyməti 268 manat olan məişət avadanlığını ilkin olaraq 16 manat ödəyərək, qalan 252 manat məbləği ayda 14 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir. Müqaviləyə qeyddən görünür ki, ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı vaxtında qaytarılmayan məbləğ üçün hər gün 1 faizədək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 6477 nömrəli maliyyə arayışından məlum olur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 414 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 251 manat, ümumilikdə 665 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tərəflər arasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi şərti ilə nisyə-alğı-satqı müqavilələri bağlanmışdır. İddiaçı müqavilə üzrə öhdəliyini icra edərək satılmış əşyaları alıcıya təhvil vermişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etmədiyindən iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də Cavabdeh 12 may 2020-ci il tarixli müqavilə üzrə 414 manat, 21 dekabr 2020-ci il tarixli müqavilə üzrə 251 manat pulun tutulmasını məhkəmə əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə 12 may 2020-ci il tarixli müqavilə üzrə 200 manat və 21 dekabr 2020-ci il 100 manat dəbbə pulu (cərimə faizi) tələb etmişdir. Cavabdehin müqavilələr üzrə gecikdirdiyi məbləğ və müddətlər nəzərə alınmaqla gecikdirilən hər günə görə gecikdirilən ödəniş məbləğinin 1 faizi miqdarında cərimə nəzərdə tutulduğundan iddiaçının hesabladığı cərimə məbləği müqavilənin şərtlərinə uyğundur. Buna baxmayaraq məhkəmə tərəflərin maddi vəziyyətini, o cümlədən iddiaçının əmlak mənafelərini də nəzərə alaraq gecikdirilmiş məbləğə münasibətdə tənasübsüz dərəcədə yüksək olan dəbbə pulunun azaldılmasını məqsədəmüvafiq hesab edir. Buna uyğun olaraq məhkəmənin qənaətinə görə cavabdehdən 12 may 2020-ci il tarixli, GN2K5816668 saylı müqavilə üzrə 40 manat dəbbə pulu, 21 dekabr 2020-ci il tarixli GN2K5913404 saylı müqavilə üzrə 20 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Buna uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 12 may 2020-ci il tarixli, GN2K5816668 saylı müqavilə üzrə 414 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, 21 dekabr 2020-ci il tarixli GN2K5913404 saylı müqavilə üzrə 251 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, ümumilikdə 725 (yeddi yüz iyirmi beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(125)-1305/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1305/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver