Məhkəmə qərarları › İş №2(125)-1309/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1309/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1309/2022 28.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əskərova Durdanə Museyib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 3.629 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 56 manat 29 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 3.629 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 56 manat 29 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, o, mobil telefonların onlayn alqı-satqısı ilə məşğul olur. 23 avqust 2021-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ona yaxınlaşaraq **********48767 İMEİ kodlu «İphone 7 plus» markalı mobil telefonu nisyə qaydada almaq istədiklərini bildirmişlər. O, müştərilərlə şifahi razılaşmadan sonra aralarında öhdəlik müqaviləsi bağlayaraq dəyərini hissə-hissə ödəmək şərtilə **********48767 İMEİ kodlu «İphone 7 plus» markalı mobil telefonu satmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 xx.xx.2021-ci il tarixdə qiyməti 770 manat olan **********48767 İMEİ kodlu «İphone 7 plus» markalı mobil telefonun dəyərindən ilkin ödəniş 50 manat və 6 ay ərzində hər ay 80 manat olmaqla, cəmi 530 manat məbləğində ödəniş etmiş, digər 240 manat məbləğində borcu isə hazırki tarixədək ödəməmişlər. Bundan başqa, 24 oktyabr 2021-ci il tarixdə Cavabdeh1 ilə şifahi razılaşmadan sonra aralarında öhdəlik müqaviləsi bağlayaraq dəyərini hissə-hissə ödəmək şərtilə **********77844 İMEİ kodlu «İphone X» markalı mobil telefonu satmışdır. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə qiyməti 1.028 manat olan **********77844 İMEİ kodlu «İphone X» markalı mobil telefonun dəyərindən 5 ay ərzində hər ay 84 manat olmaqla, cəmi 420 manat məbləğində ödəniş etmiş, digər 588 manat məbləğində borcu isə hazırki tarixədək ödəməmişdir. Həmçinin 19 noyabr 2021-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə şifahi razılaşmadan sonra aralarında öhdəlik müqaviləsi bağlayaraq dəyərini hissə-hissə ödəmək şərtilə **********98073 İMEİ kodlu «İphone X» markalı mobil telefonu satmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixdə qiyməti 1.009 manat olan **********98073 İMEİ kodlu «İphone X» markalı mobil telefonun dəyərindən ilkin ödəniş 100 manat və 3 ay ərzində hər ay 101 manat olmaqla, cəmi 403 manat məbləğində ödəniş etmiş, digər 606 manat məbləğində borcu isə hazırki tarixədək ödəməmişlər. Bundan başqa, o, 15 dekabr 2021-ci il tarixdə Cavabdeh1 ilə şifahi razılaşmadan sonra aralarında öhdəlik müqaviləsi bağlayaraq dəyərini hissə-hissə ödəmək şərtilə **********84688 və **********996499 İMEİ kodlu «İphone XS Max» markalı mobil telefonu satmışdır. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə qiyməti 1.800 manat olan **********996499 İMEİ kodlu «İphone XS Max» markalı mobil telefonun dəyərindən ilkin ödəniş 300 manat və 3 ay ərzində hər ay 125 manat olmaqla, cəmi 675 manat məbləğində ödəniş etmiş, digər 1.125 manat məbləğində borcu isə hazırki tarixədək ödəməmişdir. Həmçinin, o, 25 dekabr 2021-ci il tarixdə Cavabdeh1 ilə şifahi razılaşmadan sonra aralarında öhdəlik müqaviləsi bağlayaraq dəyərini hissə-hissə ödəmək şərtilə **********95109 İMEİ kodlu «İphone XS Max» markalı mobil telefonu satmışdır. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə qiyməti 1.584 manat olan **********95109 İMEİ kodlu «İphone XS Max» markalı mobil telefonun dəyərindən ilkin ödəniş 300 manat və 2 ay ərzində hər ay 107 manat olmaqla, cəmi 514 manat məbləğində ödəniş etmiş, digər 1.070 manat məbləğində borcu isə hazırki tarixədək ödəməmişdir. O, cavabdehlərdən borcun ödənilməsini tələb etdikdə isə, müxtəlif bəhanələrlə borcun ödənilməsindən boyun qaçırmışlar. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinlərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qəbzlərdən görünür ki, Cavabdeh3 və Cavabdeh1 **********48767 İMEİ kodlu «İphone 7 plus» markalı mobil telefonun dəyərindən ilkin olaraq 50 manat ödəniş etməklə, qalan 720 manat məbləğində borclarını hər ay 80 manat olmaqla, 9 ay ərzində İddiaçı hissə-hissə ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 **********77844 İMEİ kodlu «İphone X» markalı mobil telefonun dəyərini hər ay 84 manat olmaqla, 12 ay ərzində İddiaçı hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qəbzlərdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 **********98073 İMEİ kodlu «İphone X» markalı mobil telefonun dəyərindən ilkin olaraq 100 manat ödəniş etməklə, qalan 909 manat məbləğində borclarını hər ay 101 manat olmaqla, 9 ay ərzində İddiaçı hissə-hissə ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 **********4688 və **********996499 İMEİ kodlu «İphone XS Max» markalı mobil telefonun dəyərini xx.xx.2021-ci il tarixdə 300 manat, qalan hissəni isə hər ay 125 manat olmaqla, 12 ay ərzində İddiaçı hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materillarında olan Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 **********4688 və **********996499 İMEİ kodlu «İphone XS Max» markalı mobil telefonun dəyərini xx.xx.2021-ci il tarixdə 300 manat, qalan hissəni isə hər ay 125 manat olmaqla, 12 ay ərzində İddiaçı hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh3 və Cavabdeh1, xx.xx.2021-ci il tarixli müqavilə üzrə X4 və Cavabdeh1 müştərək qaydada, 24 oktyabr 2021-ci il tarixli, 15 dekabr 2021-ci il tarixli və 25 dekabr 2021-ci il tarixli müqavilələr üzrə Cavabdeh1 öhdəliklərini tam icra etməmişlər. Bununla əlaqədar Cavabdeh3 və Cavabdeh1 xx.xx.2021-ci il tarixli müqavilə üzrə müştərək qaydada 240 manat, X3 və Cavabdeh1 xx.xx.2021-ci il tarixli müqavilə üzrə müştərək qaydada 606 manat, Cavabdeh1 isə 24 oktyabr 2021-ci il tarixli müqavilə üzrə 588 manat, 15 dekabr 2021-ci il tarixli müqavilə üzrə 1.125 manat və 25 dekabr 2021-ci il tarixli müqavilə 1.070 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əçyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1 maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun bütün əsaslı mənafelərini və ödənilməmiş əsas borcun məbləğini nəzərə alaraq, 264 manat 12 qəpik təşkil edən cərimə məbləğinin 30 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, öhdəliyin icrasını sübuta yetirmək vəzifəsi borcluların üzərinə düşsə də, borclular öhdəliyin icra edilməsi barədə məhkəməyə sübut təqdim etməmişlər. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2021-ci il tarixli müqavilə üzrə müştərək qaydada 240 manat, X2 və Cavabdeh1 xx.xx.2021-ci il tarixli müqavilə üzrə müştərək qaydada 606 manat, Cavabdeh1 isə 24 oktyabr 2021-ci il tarixli müqavilə üzrə 588 manat, 15 dekabr 2021-ci il tarixli müqavilə üzrə 1.125 manat və 25 dekabr 2021-ci il tarixli müqavilə 1.070 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianin təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 56 manat 29 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 xx.xx.2021-ci il tarixli müqavilə üzrə müştərək qaydada 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdehlər X2 və Cavabdeh1 xx.xx.2021-ci il tarixli müqavilə üzrə müştərək qaydada 606 (altı yüz altı) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh1 24 oktyabr 2021-ci il tarixli müqavilə üzrə 588 manat, 15 dekabr 2021-ci il tarixli müqavilə üzrə 1.125 (bir min bir yüz iyirmi beş) manat və 25 dekabr 2021-ci il tarixli müqavilə 1.070 (bir min yetmiş) manat, cəmi 2.783 (iki min yeddi yüz səksən üç) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi qismində 56 (əlli altı) manat 29 (iyirmi doqquz) qəpik məbləğində pul vəsaiti müştərək qaydada İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar