Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1311/2023 18.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı (bundan sonra – iddiaçı və ya borcverən) Cavabdeh (bundan sonra – cavabdeh və ya borcalan) 8500 manat borc vermiş, borcalan həmin borcu xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9900 manat pul və 119 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehə 8500 manat borc vermiş və müqavilə bağlamışlar. Daha sonra cavabdehə 2400 manat dəyərində 2 baş iribuynuzlu dana kəsib verdi, həmin borcdan 1000 manat qaytarmışdır. Cavabdeh 9900 manat borcunu qaytarmır. Məhkəmə iclasında iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, uzun müddətdir cavabdehlə ət alveri edirlər. Cavabdeh keçən il ona təcili pul lazım olduğunu bildirdikdə o, 8500 manat borc vermiş və bu barədə kredit müqaviləsi bağlamışlar. Daha sonra aralarındakı alver üzrə cəmi dəyəri 2400 manat kəsərək cavabdehə vermişdir. Həmin malın dəyərindən qalıq 1400 manatı və kredit müqaviləsi üzrə borcunu cavabdeh və ya onun əvəzinə başqa şəxs ödəməmişdir, iddiaçı onun borcu üzrə cavabdhein digər şəxsə ödənişi üçün razılıq verməmişdir. Cavabdehin sübut qismində təqdim etdiyi dəftərdə ət alveri üzrə ödənişlər üçün imza etmişdir. Həmin ödənişlərin dananın qalıq dəyərinə və ya borc müqaviləsinə aidiyyəti yoxdur. İddiaçı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh yazılı ərizə təqdim edərək bildirdi ki, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 300 ödəmişdir, dananın dəyərindən 1400 manatın qalığına imzalatmamışdır. Cavabdeh həmçinin bildirdi ki, öz borcundan iddiaçının borclu olduğu Kərimov Raufa ödəniş etmişdir, bu barədə iddiaçının məlumatı və razılığı olmuşdur. Cavabdeh həmçinin dananın qalıq dəyəri olan 1400 manatı öz işçisin iddiaçıya təhvil verilməsi üçün verdiyini və işçisi tərəfindən həmin pulun iddiaçıya təhvil verildiyini bildirmişdir. Cavabdeh iddiaçı qarşısında pul öhdəliklərinin icrasının təqdim etdiyi dəftərdəki iddiaçının imzalarıyla təsdiqləndiyini bildirmişdir. Cavabdeh iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırkı iş üzrə iddia tələbi kredit müqaviləsi və nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbidir. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçı cavabdehə 8500 manat borc vermiş və aralarında bu barədə bağlanmış müqaviləyə əsasən, borcalan həmin borcu xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin müqavilə üzrə öhdəliklərini icrası sübuta yetirilmir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 300 manat edilmiş ödənişlərin iddiaçı tərəfdən qəbul olunmasını təsdiqləyən sübut(lar) məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (740). Bundan başqa, hazırkı iş üzrə iddiaçı alıcı cavabdehə verildikdən müəyyən müddət sonra ödənilməsi barədə razılaşdıqları ətin qalıq dəyəri olan 1400 manat pulun tutulmasını xahiş etmişdir. Cavabdeh isə dananın dəyərindən 1400 manat ödəniş etdiyini, lakin bu ödənişi iddiaçıya imzalatdırmadığını bildirmişdir. Lakin mülki qanunvericiliyə əsaəsn, cavabdeh etdiyi ödənişə dair bunu təsdiqləyən sübutların təqdim olunmasını tələb etməməsini riskini daşıyır. Tərəflər arasında bağlanmış şifahi nisyə alqı-satqı müqaviləsində icra müddəti müəyyən edilməsə də, hazırkı iddia ərizəsi ilə iddiaçı icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində cavabdeh 1400 manat icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1). Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (600.4). Mülki Məcəlləyə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir (427.3). Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (427.4). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2). Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur (445.3). Mülki Məcəlləyə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır (433.3). Bundan başqa, cavabdeh iddiaçıya olan borcu üzrə Rauf Kərimov adlı şəxsə ödəniş etdiyini, bu barədə iddiaçının məlumatı və razılığı olduğunu, çünki iddiaçının həmin şəxsə borcu olduğunu bildirmişdir. Lakin iddiaçı cavabdehin onun qarşısında olan öhdəliyi üzrə digər şəxsə ödənişə razılıq verməsi halı olmadığını bildirmişdir. Bundan başqa, cavabdeh həmçinin dananın qalıq dəyəri olan 1400 manatın iddiaçıya təhvil verməsi üçün öz işçisinə verdiyini və işçisi tərəfindən həmin pulun iddiaçıya təhvil verildiyini bildirsə də, iddiaçı belə bir ödəniş edilmədiyini bildirmişdir. Cavabdeh isə icra etdiyini bildirdiyi öhdəliyinin səlahiyyətli şəxs qarşısında icra edilmiş olmasını təsdiqləyən sübut təqdim etməmişdir. Belə ki, Mülki Məcəlləyə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir (433.1). Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır (433.2). Bundan baçqa, sübut qismində təqdim etdiyi dəftərdə cavabdehin ödəniş etdiyini bildirdiyi dəftərdə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixləri qarşısında iddiaçının təsdiq edici imzası yoxdur. Ümumiyyətlə cavabdehin öhdəliyinin icrası barədə verdiyi izahatlar bir-birilə ziddiyətlidir. Belə ki, cavabdeh öhdəliyin icrasının təsdiqi qismində həm də təqdim etdiyi dəftərdəki imzaları göstərsə də, həmin imzaların qarşısında müxtəlif kiloqramlar qeyd edilmişdir. Bu hal, iddiaçının etirazında da qeyd etdiyi kimi, tərəflərin işgüzar münasibətləri zamanı kiloqrama uyğun ödəniş olmasını təsdiqləyir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının 8500 manat məbləğində pul kredit müqaviləsi ilə, 1400 manat məbləğində pul tələbi cavabdehin yazılı ərizəsiylə təsdiqləndiyindən, habelə cavabdeh iddiaçı qarşısından həmin pul öhdəliklərinin icrasını təsdiqləyən mötəbər sübutlar təqdim etmədiyindən, iddia təmin edilməli, 9500 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 119 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 9900 (doqquz min doqquz yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 119 (yüz on doqquz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1311/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1311/2023
18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver