Məhkəmə qərarları › İş №2(125)-1312/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1312/2022

28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1312/2022 28.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maşının təmiri üçün verdiyi 1977 manatın, maşına vurduqları ziyana görə sonradan xərclədiyi 1364 manatın, 8 ay müddətində taksi və digər nəqliyat vasitələrinə xərclədiyi 1200 manatın, cəmi 4541 manatın, telefona görə ödədiyi 95 manat pulun, mənəvi ziyana görə 1000 manat pulun və 66 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulması barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, etibarnamə ilə idarə etdiyi “Renault Megane” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomaşının matorunun praklatqasını dəyişdirmək üçün Gəncə Şəhəri Sərçə bazarı adlanan ərazidə yerləşən avtomaşınların təmiri bağlı olan yerə yaxınlaşmışdır. Həmin yerdə işləyən Bəxtiyar adlı bir şəxs onu yaxşı usta bildiyi və adları sonradan məlum olan Cavabdeh2 və Cavabdeh1 adlı xəslərə yönəltmişdir. Bundan sonra həmin şəxslərə yaxınlaşıb maşının matorunun praklatqasını dəyişdirmək istədiyini bildirmişdir. Cavabdehlər həmin sahə üzrə yaxşı usta olduqlarını və üç gün ərzində maşının matorunun praklatqasını dəyişdirib ona təhvil verəcəklərini bildirmişlər. O, hərbiçidir Kəlbəcər Rayonunda xidmət edir. Bu səbəbdən də maşını cavabdehlərə verib hərbi hissəyə getmişdir. Üç gündən sonra cavabdehlər mobil nömrəyə zəng vuraraq maşına ümümi baxış keçirdiklərini və maşının digər eytiyat hissələrinin xarab olduğu və həmin hissələrin mütləq yenisi ilə əvəz olunmasını birldirmişlər. Bundan sonra cavabdehlər ondan maşının eytiyat hissələrinin dəyişdirilməsi və təmir ilə bağlı ayrı-ayrı vaxtlarda cəmi-1977 manat məbləğində pul almışlar. Lakin hər dəfəsində maşını götürmək istəyərkən müxtəlif bəhanələr edərək maşını düzəldib tənvil verməmişlər. 30 dekabr 2021ci il tarixdə cavabdehlərin yanına gedərək onlardan qəti şəkildə maşını düzəldib ona qaytarmalarını tələb etmiş, həmin vaxt cavabdehlər ona etifarf edərək bildirmişlər ki, onu aldatdıqlarını və ondan aldıqları puldan heç bir məbləğini maşına xərcləmədiklərini bildirmişlər. O, hərbiçi olduğu üçün tez-tez Gəncə şərinə gələ bilmədiyinə görə qaynı Anar Abbasov tərəfindən cavabdehlərin onu aldatmaları ilə bağlı Gəncə Şəhəri Kəpəz Rayon Polis şöbəsinə şikayət olunmuşdur. Polis şöbəsi tərəfindən cavabdehlər dəvət olunub izahatları alınarkən ona vurduqları ziyanı etiraf etmişdirlər. Bundan sonra polis şöbəsi məsələ ilə bağlı aidiyyəti məhkəməyə müraciət etməyi bildirilmişdir. Cavabdehlərdən maşının düzəldilməsi üçün aldıqları 1977 manat məbləği dəfələrlə tələb etsə də, verməkdən imtina etmişdilər. Hazırda maşını yenidən düzəltdirmək üçün qalofkasının təmirinə 200 manant, yeni ehtiyat hissələrinin alınmasına 964 manat və usatın əl haqqına 200 manat pul xərcləmişdir. İddiaçı həmçinin bildirdi ki, iddiaçı olduğu 2(125)-1312/2022 saylı iş üzrə hərbçi olduğu və evindən uzaqda xidmət etdiyi üçün avtomobilinin yararsız olduğu dövrdə ona və ailəsinə yaranan çətinliklərlə bağlı keçirtdiyi stresə görə cavabdehlərdən, habelə 1000 manat mənəvi ziyanın əvəzinin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək həmçinin bildirdi ki, təmir və ehtiyyat hissələri üçün pulu birbaşa Cavabdeh2 təqdim etmişdir, digər cavabdeh Aydınla birlikdə işlədiyinə və pul verilən zaman onun yanında olduğunu vurulmuş ziyanın əvəzini həmçinin ondan tələb edir. Bundan başqa, iddiaçı bildirdi ki, avtomobil təmir üçün cavabdeh tərəfdə saxlanıldığı dövrdə onun ailə üzvləri nəqliyyat çətinliyi çəkmiş, uşaqları dərsdən əlavə hazırlıqlarına gedərkən çətinlik çəkmişdir. İddiaçı tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 ifadəsində bildirmişdir ki, o, Şahinin yaxın dostudur. Şahin avtomobilini təmir üçün usta Aydının emalatxanasına aparmışlar. Dəqiq məbləğini xatırlamasa da, Şahin dəfələrlə onun yanında Aydına təmir və ehtiyyat hissələr üçün pul vermişdir. Şahin hərbçi olduğu üçün onun tapşırığıyla həmin avtomobilin vəziyyətiylə həm də o, maraqlanırdı. Nə vaxt getsə, Aydın adlı ustanın həmin avtomobili təmir etmədiyini görürdü. Avtomobil təxminən 7-8 ay Aydının emalatxanasında qaldı. Sonda Aydın ona verilən pulları özü üçün xərclədiyini bildirdi. Daha sonra onun təmir etmədiyini gördükdə avtomobili Emil adlı ustanın emalatxanasına aparmalı oldular, təxminən may-iyun ayları olardı. Bəzi işlərinin görülməsi üçün Gəncə şəhərinin çıxışında Türkiyə Respublikası vətəndaşlarının işlədiyi emalatxanaya aparmalarından başqa, avtomobili Emil təmir etdi. Avtomobil üçün ehtiyyat hissələrindən Şahinlə birlikdə aldıqları olmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 ifadəsində bildirmişdir ki, o, Şahinlə tanışdır. Bir dəfə Şahin avtomobilinin təmir üçün başqa ustada olduğunu və uzun müddətdir təmirdə olduğunu bildirdir. Daha sonra onun usta olaraq işlədiyi emalatxanaya gətirəndə həmin avtomobili təmir etmişdir. Avtomobil gətirildiyi zaman üzərində hər hansı yeni ehtiyyat hissəsi olmamışdır, avtomobil ümumiyyətlə işə düşmürdü. Avtomobilin tam təmir etmişdir, təmirlə bağlı bir işin görülməsi üçün Gəncə şəhərinin çıxışında Türkiyə Respublikası vətəndaşlarının işlədiyi emalatxanaya aparılmışdır. O, sonda 200 manat əmək haqqı almışdır. Avtomobil üçün ehtiyyat hissələrini onun tapşırığıyla Şahin ya da dostu Qurban satın alıb gətirmişdir. Onlardan “salnik”, “turbo”, “raspredval” adlı ehtiyyat hissələrini qeyd edə bilər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, avtomobil ehtiyyat hissələrinə və usta xidmətinə görə cəmi 1364 manat ödəniş olunmuşdur. İş materiallarında olan, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsinə Cavabdeh1 verdiyi izahata əsasən müəyyən edilmişdir ki, təxminən sentyabr ayının axırları qabaqcadan tanımadığı İddiaçı onun Aydınla birlikdə işlədiyi emalatxanaya gətirib özünə məxsus “Renault” markalı avtomobili təmir etmək üçün təhvil vermiş, daha sonra həmin avtomobilin bəzi ehtiyyat hissələrini işlək vəziyyətdə olmadığını görüb ona bildirmişdir. O, Aydına həmin ehtiyyat hissələrini almağa müxtəlif vaxtlarda Aydına ehtiyyat hissələrini almaq üçün təxminən iki minə yaxın pul vermişdir. Pulları Aydına verərkən o, həmin şəxslərin yanında olmamışdır. O, həmin maşının üzərinə işlənmiş ehtiyyat hissələri qoymamışdır, lakin Aydın adlıə ustanın həmin hərəkətləri edib, etməməsi barədə məlumatı yoxdur. İş materiallarında olan, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsinə Cavabdeh2 verdiyi izahata əsasən müəyyən edilmişdir ki, həmin emalatxanada bir ilə yaxındır işləyir. Təxminən ayın sonunda işlədiyi emalatxanaya qabaqcadan tanımadığı şahin adlı şəxs özünə məxsus “Renault” markalı avtomobilinin mühərrik sistemini təmir etmək üçün gətirmişdir. O, həmin şəxsə avtomobili diaqnoz qoyduqdan sonra bildirmişdir ki, avtomobili 10 gün əzində təmir olunacaq, lakin daha sonra avtomobilin digər yerlərində qüsurlar olduğu üçün vaxtında təhvil verə bilməmiş və bu qüsurlara görə maşın sahibinə bir neçə ehtiyyat hissəsi lazım olduğunu bildirmişdir. İlk öncə həmin ehtiyyat hissəsini özü alıb gətirsə də, sonra həmin avtomobilin ehtiyyat hissəsini tapmaq çətin olduğu üçün o, həmin ehtiyat hissələrinin pulunu ona vermişdir. Sonra aldığı ehtiyyat hissələri düzgün işləmədiyi üçün maşının təmiri daha da uzanmışdır. Nəticə olaraq İddiaçı və onun Abbasov Anar ona ehtiyyat hissəsi almaq üçün ümumilikdə 1900 manat pul vermişdir. O, həmin avtomobilə köhnə işlənmiş ehtiyyat hissəsi qoymamışdır, lakin aldığı ehtiyyat hissəsi istifadəyə yararsız olmuşdur. O, İddiaçı dəymiş ziyanın aradan qaldırılmağa hazır olduğunu bildirmişdir. İş materiallarında olan nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi X1 ona məxsus “Renault Megane” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı xx.xx.2023-ci ilədək idarə etmək üçün etibarnamə vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Hazırkı iş üzrə iddiaçı cavabdehlər tərəfindən ona vurulmuş maddi ziyan qismində 1) avtomobilin təmiri məqsədiylə cavabdehlərə ödədiyi 1977 manat; 2) avtomobilin təmiri üçün xərclədiyi 1364 manat; 3) avtomobilin cavabdehlər tərəfindən təmir edilməli olduğu dövrdə taksi və digər nəqliyat vasitələrinə xərclədiyi 1200 manat; 4) Cavabdeh2 satın aldığı telefonun dəyəri 95 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbi qanuni sahiblik və istifadəsində olan mübahisəli avtomobillə bağlıdır. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində verdiyi izahatla Cavabdeh2 İddiaçı tərəfindən avtomobilin təmiri üçün ona 1900 manat pul ödənildiyini, qeyd edilən pulla alınan ehtiyat hissələrinin yararsız olduğunu, İddiaçı dəymiş ziyanı ödəməyə hazır olduğunu bildirmişdir. Bununla yanaşı, həmin Şöbəyə verdiyi izahatında və məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 bildirmişdir ki, İddiaçı avtomobilinin təmiri üçün digər cavabdehə pul vermişdir, ona birbaşa ya da dolayısıyla pul verilməmişdir, həmin avtomobilin təmirində iştirak etməmişdir. Beləliklə, sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, iddiaçıya avtomobilin təmiri ilə bağlı dəymiş maddi zərər bilavasitə Cavabdeh2 hüquqazidd əməlləri nəticəsində vurulduğundan, digər cavabdehə pul ödənilməsi təsdiqlənmədiyindən, bununla da mülki hüquq pozuntusu (delikt) Cavabdeh2 tərəfindən törədildiyindən, iddiaçı avtomobilin təmiri ilə bağlı dəymiş maddi zərərin əvəzini Cavabdeh2 tutulmasını tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə, Cavabdeh2 tutulacaq zərərin əvəzinin məbləğini araşdıraraq qeyd edir ki, həmin cavabdeh 2-ci Polis Şöbəsində verdiyi izahatda avtomobilin təmiri üçün iddiaçı ona 1900 manat pul ödənildiyini və həmin pulla satın alınmış ehtiyyat hissələrinin yarasız olduğunu bildirmişdir. Lakin məhkəmə iclasında şahid ifadəsiylə müəyyən edilmişdir ki, mübahisəli avtomobil üzərində hər hansı təmir aparılmamış və ya ehtiyyat hissələri dəyişdirilməmişdir. Bundan başqa, avtomobili təmir etmiş ustanın şahid ifadəsi, görülən işlər və satın alınan ehtiyyat hissələri, bu barədə təqdim olunan çeklər Cavabdeh2 Polis Şöbəsindəki izahatında bildirdiyi, iddiaçı tərəfindən ona verilən pulların xərcləndiyi halları təkzib edir. Belə olan halda, verdiyi izahatla ona ödənilməsini təsdiq etdiyi 1900 manat pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh Zülfiyyə Abdullayeva iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Maddi ziyanın əvəzinin tutulması barədə qalan hissədə iddiaya münasibətdə məhkəmə qeyd edir ki, avtomobilin təmiri məqsədiylə cavabdehlərə 1900 manatdan əlavə 77 manat ödənilməsi, avtomobilin cavabdehlərə təmir üçün təhvil verildiyi dövrdə taksi və digər nəqliyat vasitələrinə 1200 manat pulun xərclənməsi, iddiaçı tərəfindən Cavabdeh2 üçün 95 manat dəyərində mobil telefonun satın alınması, və (ya) təhvil verilməsi və (ya) həmin pulun tutulmalı olması sübuta yetirilməmişdir. Bununla yanaşı, nasaz olan avtomobilin təmiri üçün xərclənmiş 1364 manat cavabdeh tərəfin təqsiri üzündən iddiaçıya vurulmuş ziyan hesab edilə bilməz. Qeyd edilənlərə əsasən, vurulmuş maddi ziyanın əvəzinin tutulması hissəsində iddia qismən təmin edilərək, 1900 manat pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində tələbi araşdıraraq, iddiaçı hərbçi olduğu üçün evindən uzaq hərbi xidmət yerində olduğu dövr ərzində avtomobilinin yararsız vəziyyətdə qalmasıyla ailə üzvlərinə, dərsdən əlavə hazırlıqlarla məşğul olan hər iki uşağına yaranan nəqliyyat çətinliyinin onda yaratdığı mənəvi iztirab və sarsıntıları nəzərə alaraq hesab edir ki, mənəvi zərərə görə təzminat ödənilməli və Cavabdeh2 tutularaq iddiaçıya verilməli olan pul məbləği 200 manat müəyyən edilməlidir. Belə ki, avtomobilin yarasız vəziyyətdə qaldığı dövr üçün digər cavabdehin təqsiri müəyyən edilməmişdir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilərək, iddiaçıya vurulmuş maddi ziyanın əvəzi qismində 1900 manat, mənəvi ziyanın əvəzi qismində 200 manat pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, çəkişmə prinsipini təmin etmək məqsədiylə iclasların vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan Cavabdeh2 məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət bildirməmiş, 2-ci Polis Şöbəsində verdiyi izahatıyla vurulməsi təsdiqlənən maddi ziyandan ödəniş etməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 106.1 və 106.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi qismində iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh2 20 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 1900 (min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar