Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1316/2023 31.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Cavabdeh qarşı “uşağın Respublikadan xarici dövlətə sərbəst surətdə gedibgəlmə hüququnun tanınması və ümumvətəndaş pasportunun verilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11 oktyabr 2007-ci il təvəllüdlü X1 atası- Cavabdeh razılığı olmadan yetkinlik yaşına çatanadək Azərbaycan Respublikasından başqa dövlətə sərbəst surətdə aparmaq və gətirmək hüququnun tanınması və 11 oktyabr 2007-ci il təvəllüdlü X2 ümumvətəndaş pasportu alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən, ona əlavə edilmiş sənədlərdən və “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır, cavabdehin qeydiyyat ünvanı isə Samux rayonu, İnstitut qəsəbəsi ünvanıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edlmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Аzərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...Beləliklə, bu kateqoriya işlər üzrə iddiaların ərazi aidiyyəti razılıq verməyən və yaxud razılığın rəsmiləşdirilməsindən yayınan digər valideynin rəsmi qeydə alındığı yer üzrə, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan valideynə münasibətdə isə onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə müəyyənləşdirməlidirlər. Cavabdeh olan valideyn məhkəmə qərarı (hökmü) əsasında psixiatriya stasionarına, narokoloji-tibb müəssisələrinə məcburi yerləşdirilmiş, eləcə də azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə aid olduqda, onların müvəqqəti yaşadıqları yer həmin müəssisələr hesab edildiyindən, onlara qarşı tələblər həmin müəssisələrin yerləşdiyi yer üzrə məhkəmələrə verilməlidir.” Məhkəmə hesab edir ki, cavabdehin qeydiyyat ünvanı Samux rayonunda yerləşdiyindən, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Samux Rayon Məhkəməsində baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “uşağın Respublikadan xarici dövlətə sərbəst surətdə gedib-gəlmə hüququnun tanınması və ümumvətəndaş pasportunun verilməsi» tələbinə dair iddia ərizəsinə ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “uşağın Respublikadan xarici dövlətə sərbəst surətdə gedibgəlmə hüququnun tanınması və ümumvətəndaş pasportunun verilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1316/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1316/2023
31.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver