Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1318/2023 05.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, iddiaçı Nümayəndə (eyni zamanda digər iddiaçıların etibarnamə üzrə nümayəndəsi) iştirakı ilə, İddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi və İİİ şəxs Maraqlı şəxs qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi və İİİ şəxs Maraqlı şəxs qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 2016-cı il tarixli, RX ******* saylı, ********** qeydiyyat nömrəli, RX ******* saylı, ********** qeydiyyat nömrəli, RX ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı ilə onlara Samux rayonunda 1,36 ha torpaq sahəsi verilmiş və bu barədə JN 543 KOD 50707028 saylı dövlət aktı verilmişdir. X5 köçdüklərindən torpaq sahəsindən faktiki istifadə etməmişlər. Sonradan öyrənmişlər ki, onlara məxsus torpaq sahəsi qanunsuz sənədlər əsasında Maraqlı şəxs adlı şəxsə satılmışdır. Lakin onlar belə bir şəxsi tanımadıqlarından torpaqlarının geri qaytarılması üçün Samux Rayon Məhkəməsində iddia qaldırmışlar. Samux Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(058)-981/2021 saylı qətnaməsi ilə onların iddiaları təmin edilməmişdir. Samux Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(058)-981/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək sözügedən qətnamənin qanunsuz və əsassız olduğu üçün ləğv olunmasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2(104)-1122/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilərək Samux Rayon Notariat Ofisində bağlanmış xx.xx.2006-cı il tarixli, 4Ə/288 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən həmin alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinə verilmiş çıxarışların ləğv edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı Nümayəndə (eyni zamanda digər iddiaçıların etibarnamə üzrə nümayəndəsi) iddia ərizəsinin məzmununa uyğun ifadə verərək, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi və İİİ şəxs Maraqlı şəxs üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddia ərizəsinə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş yazılı sübutlar; JN-543, KOD 50707028 saylı Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 10 fevral 1999-cu il tarixli, 03 saylı qərarı ilə X6, X7, X9 və İddiaçı2 1,36 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş, ikinci nüsxə Samux rayon Torpaq şöbəsində saxlanılmışdır, dövlət aktı qeydiyyat kitabında xx.xx.1999-cu ildə 543 nömrə ilə qeydə alınmışdır. Samux Rayon Məhkəməsinin 2(058)-981/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 cavabdeh Maraqlı şəxs, maraqlı şəxs Samux rayon Notariat Ofisinə qarşı xx.xx.2006-cı il tarixli, 4Ə/128 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1122/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Nümayəndə apellyasiya şikayətinin təmin edilməsi, Samux Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(058)-981/2021 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılması, iddianın təmin edilməsi, Samux rayon Notariat ofisində bağlanmış xx.xx.2006-cı il tarixli, 4Ə/288 reyestr nömrəli alq-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1122/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, Samux Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsindən tələb edilərək iş materiallarına əlavə edilmiş Samux rayon Dövlət Notariat Kontorunda xx.xx.2006-cı il tarixdə 4Ə-288 reyestr nömrəsi ilə təsdiq olunmuş alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə X6, X7, Nümayəndə və İddiaçı2 JN 543 (KOD ********) saylı Dövlət aktına əsasən mülkiyyətlərində olan 1,36 ha torpaq sahəsini 1224 manata (AYM) alıcı X1. Bakı şəhəri, 29 saylı Notariat Kontorunda xx.xx.2016-cı il tarixdə 2V-96 reyestr nömrəsi ilə təsdiq olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2013-cü ildə ölmüş X2 varisi Maraqlı şəxs miras əmlakünvan 1i ünvanında yerləşən 0,0657 ha, 1,11 ha və 0,1796 ha torpaq sahələrində 1/1 hissədə payları olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 2016-cı il tarixli, RX ******* saylı, ********** qeydiyyat nömrəli, RX ******* saylı, ********** qeydiyyat nömrəli, RX ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışlara əsasən ünvan 1i ünvanında yerləşən 0,0657 ha, 1,11 ha və 0,1796 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri tam mülkiyyət hüququ ilə Maraqlı şəxs İsrafil qızının adına müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 90 nömrəli, 66 nömrəli reyestr kitabının 15 nömrəli, 66 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı əsasında Nümayəndə, İddiaçı2, İddiaçı3 və X4 1,36 ha kənd təsərrüfatı istehsalı məhsulları istehsalı üçün torpaq sahəsi verilmiş, bununla bağlı JN 543, KOD 50707028 saylı dövlət aktı xx.xx.1999-cu il tarixdə Samux rayon Torpaq Şöbəsində qeydiyyat kitabında 543 nömrə ilə qeydə alınmışdır. İddiaçılar Türkiyə Respublikasına köçmüş, sonradan onlara məxsus torpaq sahəsinin iş üzrə İİİ şəxs Maraqlı şəxs satıldığını öyrənmişlər. Bununla bağlı Samux Rayon Məhkəməsində iddia qaldırmışlar. Samux Rayon Məhkəməsinin 2(058)-981/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 cavabdeh Maraqlı şəxs, maraqlı şəxs Samux rayon Notariat Ofisinə qarşı xx.xx.2006-cı il tarixli, 4Ə/128 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1122/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə Samux Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(058)-981/2021 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılması, iddianın təmin edilməsi, Samux rayon Notariat ofisində bağlanmış xx.xx.2006-cı il tarixli, 4Ə/288 reyestr nömrəli alq-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Hal-hazırda iddiaçılar xx.xx.2006-cı il tarixli, 4Ə/288 reyestr nömrəli alq-satqı müqaviləsi etibarsız hesab edildiyi üçün onun əsasında verilmiş çıxarışların ləğv edilməsinə dair iddia qaldırmışlar. İddiaçı Nümayəndə (eyni zamanda digər iddiaçıların etibarnamə üzrə nümayəndəsi) iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi və İİİ şəxs Maraqlı şəxs isə məhkəmə iclasında iştirak etmədiklərindən iddiaya münasibətlərini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 325.3-cü maddəsinə əsasən əqdi bağlamış şəxsin ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi iradə ifadəsindən sonra baş verərsə, iradə ifadəsinin etibarlığına təsir göstərməyə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 2016-cı il tarixli, RX ******* saylı, ********** qeydiyyat nömrəli, RX ******* saylı, ********** qeydiyyat nömrəli, RX ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışlar törəmə hüquq münasibəti olub, həmin torpaq sahəsinə dair bağlanmış xx.xx.2006-cı il tarixli, 4Ə/288 reyestr nömrəli alqısatqı müqaviləsindən törənmişdir. Məhkəmə hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1122/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə Samux rayon Notariat ofisində bağlanmış xx.xx.2006-cı il tarixli, 4Ə/288 reyestr nömrəli alq-satqı müqaviləsi etibarsız hesab edildiyindən törəmə hüquq münasibəti olan həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 2016-cı il tarixli, RX ******* saylı, ********** qeydiyyat nömrəli, RX ******* saylı, ********** qeydiyyat nömrəli, RX ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışlar da ləğv edilməlidir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 2016-cı il tarixli, RX ******* saylı, ********** qeydiyyat nömrəli, RX ******* saylı, ********** qeydiyyat nömrəli, RX ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçılar məhkəmə də iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat məbləği tələb etmədiklərindən həmin məbləğ iddiaçılara aid edilməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 2016-cı il tarixli, RX ******* saylı, ********** qeydiyyat nömrəli, RX ******* saylı, ********** qeydiyyat nömrəli, RX ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1318/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1318/2023
05.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver