Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1320/2023 20.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Əli oğlunun sədrliyi Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı X3 iştirakı ilə İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X5 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT "xxxx" MMC, iddiaçı və Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış zaminlik müqaviləsi üzrə ödənilən 594.38 manat və iddia ərizəsinə görə ödənilən dövlət rüsumu 30 manatın Cavabdeh iddiaçı X3 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı X5 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, LD 15321 00041 saylı Kredit Müqaviləsinə əsasən, Cavabdeh 15 ay müddətinə illik faiz dərəcəsi 25 faiz olmaqla 2000 dollar məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2015-ci il tarixli LD/15321/00041 saylı Kredit Müqaviləsi üzrə öhdəliyinin təminatı olaraq onunla xx.xx.2015-ci il tarixli, LD/15321/00041 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh xx.xx.2015-ci il tarixli, LD/15321/00041 saylı Kredit Müqaviləsi üzrə ödənişlərini icra etməmiş, nəticədə 1176.59 ABŞ dolları məbləğində borcu qalmışdır. BOKT "xxxx" MMC ləğv prosesində olduğundan xx.xx.2015-ci il tarixli, LD/15321/00041 saylı Kredit Müqaviləsi üzrə borcun tələb hüququ BOKT “Azkredit MMC-yə keçmişdir. Bundan sonra BOKT "xxxx" MMC borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044 )-1752/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh və ondan müştərək qaydada xx.xx.2015-ci 11 tarixli, LD/15321/00041 saylı Kredit Müqaviləsi üzrə 1176.59 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumunun BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bundan sonra, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)1752/2020 nömrəli qətnaməsi icraya yönəldilmiş və onun əmək haqqından xx.xx.2021-ci il tarixdə 72.01 manat, xx.xx.2022-ci il tarixdə 65.85 manat, xx.xx.2021-ci il tarixdə 62.71 manat, xx.xx.2021-ci il tarixdə 65.85 manat, xx.xx.2021-ci il tarixdə 32.32 manat, xx.xx.2022-ci il tarixdə 73.91 manat, xx.xx.2022-ci il tarixdə 73.91 manat, xx.xx.2022-ci il tarixdə 73.91 manat və xx.xx.2022-ci il tarixdə 73.91 manat olmaqla ümumilikdə cəmi 594 manat 38 qəpik məbləğində pul tutularaq Cavabdeh xx.xx.2015-ci il tarixli, LD/15321/00041 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərinin icrasına yönəldilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-1752/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(104)-4162 2021 saylı qətnaməsi ilə və apellyasiya şikayətim təmin edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-1752/2020 nömrəli qətnaməsi iddianın cavabdeh ona münasibətdə təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia rədd edilmişdir. Bundan sonra, Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraatu xitam verilməsi haqqında qərar qəbul edilmiş və əmək haqqından tutulmaların dayandırılması üçün FHN-nin X9 məktub göndərilmişdir. Göründüyü kimi, onun əmək haqqından 594 manat 38 qəpik məbləğində pul tutularaq Cavabdeh xx.xx.2015-ci il tarixli, LD/15321/00041 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərinin icrasına yönəldilmişdir. Dəfələrlə tələb etsə də, bu günə kimi Cavabdeh könüllü qaydada həmin pulu ona ödəməmişdir. Cavabdeh oğlunun xx.xx.2015ci il tarixli, LD/15321/00041 saylı Kredit Müqaviləsi üzrə kredit borcunun ödənilməsi üçün onun əmək haqqından tutularaq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilmiş 594 manat 38 qəpik məbləğində pul Cavabdeh tutulub ona ödənilməlidir. Odur ki, Cavabdeh 594 manat 38 qəpik məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh və X2 müştərək qaydada xx.xx.2015-ci 11 tarixli, LD/15321/00041 saylı Kredit Müqaviləsi üzrə 1176.59 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumunun BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsinə dair Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044 )-1752/2020 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş və qətnamə iddianın X4 münasibətdə təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 20 aprel 2023-cü il tarixli 3-18-35/2-295/23 saylı məktubundan görünür ki, X6 xilasetmə hissəsinin xilasetmə növbəsinin xilasedicisi, daxili xidmət baş çavuşu X3 əmək haqqının 10 faizi miqdarında borc ödənilədək hər ay tutularaq BOKT "xxxx" MMC-nin hesabına köçürülməsi ilə bağlı Gəncə Şəhər İcra İdarəsinin xx.xx.2021-ci il tarixli Ü.Ə-11064/2020 nömrəli məktubuna əsasən ümumilikdə 594.38 manat tutularaq BOKT "xxxx" MMC-nin hesabına ödənilmişdir. xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər İcra İdarəsinin 75525/2021 nömrəli məktubuna əsasən tutqu dayandırılmışdır. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, X3 əmək haqqından xx.xx.2021-ci il tarixdə 72.01 manat, xx.xx.2022-ci il tarixdə 65.85 manat, xx.xx.2021-ci il tarixdə 62.71 manat, xx.xx.2021-ci il tarixdə 65.85 manat, xx.xx.2021-ci il tarixdə 32.32 manat, xx.xx.2022-ci il tarixdə 73.91 manat, xx.xx.2022-ci il tarixdə 73.91 manat, xx.xx.2022-ci il tarixdə 73.91 manat və xx.xx.2022-ci il tarixdə 73.91 manat olmaqla, ümumilikdə 594 manat 38 qəpik məbləğində pul tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, LD 15321 00041 saylı Kredit Müqaviləsinə əsasən, Cavabdeh 15 ay müddətinə illik faiz dərəcəsi 25 faiz olmaqla 2000 dollar məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2015-ci il tarixli LD/15321/00041 saylı Kredit Müqaviləsi üzrə öhdəliyinin təminatı olaraq X5 ilə xx.xx.2015ci il tarixli, LD/15321/00041 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh xx.xx.2015ci il tarixli, LD/15321/00041 saylı Kredit Müqaviləsi üzrə ödənişlərini icra etməmiş, nəticədə 1176.59 ABŞ dolları məbləğində borcu qalmışdır. BOKT "xxxx" MMC ləğv prosesində olduğundan xx.xx.2015-ci il tarixli, LD/15321/00041 saylı Kredit Müqaviləsi üzrə borcun tələb hüququ BOKT “Azkredit MMC-yə keçmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044 )-1752/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh və X2 müştərək qaydada xx.xx.2015-ci 11 tarixli, LD/15321/00041 saylı Kredit Müqaviləsi üzrə 1176.59 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumunun BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bundan sonra, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)1752/2020 nömrəli qətnaməsi icraya yönəldilmiş və X3 əmək haqqından xx.xx.2021-ci il tarixdə 72.01 manat, xx.xx.2022-ci il tarixdə 65.85 manat, xx.xx.2021-ci il tarixdə 62.71 manat, xx.xx.2021-ci il tarixdə 65.85 manat, xx.xx.2021-ci il tarixdə 32.32 manat, xx.xx.2022-ci il tarixdə 73.91 manat, xx.xx.2022-ci il tarixdə 73.91 manat, xx.xx.2022-ci il tarixdə 73.91 manat və xx.xx.2022-ci il tarixdə 73.91 manat olmaqla ümumilikdə cəmi 594 manat 38 qəpik məbləğində pul tutularaq Cavabdeh xx.xx.2015-ci il tarixli, LD/15321/00041 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərinin icrasına yönəldilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-4162 2021 saylı qətnaməsi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-1752/2020 nömrəli qətnaməsi iddianın cavabdeh ona münasibətdə təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia rədd edilmişdir. Dəfələrlə tələb etsə də, bu günə kimi Cavabdeh könüllü qaydada həmin pulu ona ödəməmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı BOKT "xxxx" MMC-dən götürülmüş kredit üzrə zamin durduğu Cavabdeh öhdəliyi üzrə bank tərəfindən ondan tutulmuş 594 manat 38 qəpik məbləğində pulun Cavabdeh tərəfindən reqress qaydada ona ödənilməsini tələb etdiyindən tərəflər arasında yaranmış münasibətlərə mülki qanunvericiliyin zaminlik müqaviləsini tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2–ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1–ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1–ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 425.1–ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1–ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2–ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442.1–ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, Cavabdeh BOKT "xxxx" MMC–yə ödəməli olduğu kredit öhdəliyinin 594 manat 38 qəpik hissəsi zamin X5 tərəfindən icra edildiyindən həmin öhdəlik üzrə hüquqları həmin məbləğdə, yəni 594 manat 38 qəpik həcmində X1. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 594 manat 38 qəpik məbləğində pul tutularaq iddiaçı X4 verilməlidir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 594.38 (beş yüz doxsan dörd manat otuz səkkiz qəpik) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı X4 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-1320/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1320/2023
20.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver