Məhkəmə qərarları › İş №2(125)-1326/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1326/2023

20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1326/2023 20.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, iddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 32000 manat pulun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddianı müdafiə edib izahatında göstərdi ki, bacısı X1 məxsus, ünvan 1 ünvanında yerləşən evin tikintisi ilə bağlı xx.xx.2020-ci il tarixdə Cavabdeh ilə aralarında şifahi podrat müqaviləsi bağlamışlar. Müqavilənin şərtlərinə əsasən iddiaçı bacısına evin tikintisində köməklik etmək məqsədilə cavabdehə həmin ünvanda yerləşən evi tikdirməsi üçün hissə-hissə, cəmi 32 000 manat pul vermişdir. 2020ci ilin iyul ayından etibarən cavabdeh evin tikintisinə başlasa da, sonradan evin tikintisindən yayınaraq müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Ekspert rəyi ilə razı deyildir. Evin tikintisi üçün çəkilən xərclərin 2020-ci ildə mövcud olan qiymətlərə görə müəyyənləşdirilməli olduğunu ekspertə bildirsə də, hazırkı qiymətlər əsasında rəy tərtib edilmişdir. 32000 manat pulun cavabdeh tərəfindən ona ödənilməli olduğunu qeyd edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Tərəflər arasında bağlanan podrat müqaviləsinin surtindən görünür ki, Cavabdeh Gəncə şəhəri, Firuz Məlikov küçəsi, ev 14-1-də yaşayan İddiaçı məxsus həyət evində tikiləcək iki mərtəbəli həyət evinin tikintisini və təmirini öz üzərinə götürmüş, evin tikintisi ilə bağlı cəmi 32600 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2569 saylı rəyindən görünür ki, ünvan 2 ünvanında inşa edilmiş yarımtikili üzrə yerinə yetirilmiş tikinti işlərinin ümumi dəyəri təqribən 13213 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-in 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. MM-in 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibətləri podrat müqaviləsindən əmələ gələn öhdəlik olmaqla, tərəflər arasında podrat müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehə evin tikintisini sifariş vermiş və bunun müqabilində cavabdehə 32000 manat pul ödəmişdir. Cavabdeh aralarında olan müqaviləyə uyğun təmir işlərinin bir hissəsini yerinə yetirsə də, evin tikintisini başa çatdırmamış, müqaviləni tam icra etməmişdir. Ona görə iddiaçı ödədiyi məbləğin geri qaytarılmasını tələb etməkdə qismən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı Cavabdeh 18787 manat alınaraq iddiaçı X2 xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 146,36 manat dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 18787 (on səkkiz min yeddi yüz səksən yeddi) manat pul və dövlət rüsumunun əvəzi olaraq 146,36 (bir yüz qırx altı manat 36 qəpik) manat alınaraq iddiaçı X2 xeyrinə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutularaq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar