Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1330/2023 03.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehdən 7.310 manat məbləğində pul vəsaitinin iddiaçıların xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.300 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək bildirdi ki, Gəncə şəhəri, Kəpəz Rayonu, Heydər Əliyev prospekti, 1-ci döngə, 37 nömrəli ünvanda yerləşən mülk cavabdehlə onun birgə nikahı dövründə alınıb yenidən tikilməklə, onların ümumi birgə mülkiyyətində olmuşdur. Onunla cavabdeh arasında olan nikah Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli 2(044)-140/2018 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Birgə nikahdan 11 avqust 1995-ci ildə doğulmuş Elmir adlı övladları nikah pozularkən yetkinlik yaşında olmuş, 04 avqust 2000-ci ildə doğulmuş Turqay adlı övladları isə yetkinlik yaşına çatmamışdır. Məhkəmə qətnaməsinə əsasən Turqay onun himayəsində saxlanılmış, həmin uşağa münasibətdə aliment təyin edilmişdir. Həmin vaxtdan hal-hazıradək uşaqları onunla birlikdə yaşamaqla, onun himayəsindədirlər. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə birgə nikah dövründə əmlaka onu payı ½ hissədə müəyyən edilmişdir. Məhkəmə qətnaməsindən sonra DƏDRX-dan alınmış 30 oktyabr 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun ½ hissədə payına dair mülkiyyət hüququ qeydə alınmışdır. Mülkün digər ½ hissəsi cavabdehə məxsusdur. Cavabdeh 2013-cü ildə, həmin vaxt təkcə onun adına qeydə alınmış, lakin ümumi mülkiyyətdə olan həmin evi «Access Bank» qapalı səhmdar cəmiyyətində girov qoyaraq, kredit müqaviləsi bağlamışdır. İlkin kredit müqaviləsi bağlanarkən, bank ondan razılıq ərizəsi almışdır. Cavabdeh əvvəlcə 30.000 ABŞ dolları kredit götürmüş, həmin pulu sırf öz məqsədləri üçün xərclədiyinə görə, o banka müraciət edib, ona əlavə pul verilməməsini tələb etmişdir. Bundan sonra cavabdeh yenidən bank əməkdaşları ilə razılığa gələrək, onun xəbəri olmadan, onun əvvəlki razılıq ərizəsindən istifadə edərək, kredit götürmüşdür. Bundan məlumat aldıqdan sonra, o, «Access Bank» qapalı səhmdar cəmiyyətinə müraciət edib öyrənmişdir ki, cavabdeh bank işçilərinə onun Bakı şəhərində xəstə olmağı barədə yalan məlumat vermiş, bank əməkdaşları isə onun əvvəlki razılıq ərizəsindən istifadə edərək Cavabdeh yenidən kredit ayırmışdır. Cavabdeh kredit məbləğlərinin bir hissəsini ödəmədiyinə görə «Access Bank» qapalı səhmdar cəmiyyəti məhkəmədə iddia qaldıraraq, borcun onların evinə yönəldilməsini, evin hərracda satılaraq, borcun ödənilməsini xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-51/2021 saylı, 12 fevral 2021 tarixli qətnaməsi ilə cavabdehin ümumi borc məbləği 15.041 ABŞ dolları məbləğində müəyyən edilmiş, həmin borc ipoteka predmetinə yönəldilmiş, onların ümumi mülkiyyətində olan evin hərracda satılaraq, cavabdehin borcunun ödənilməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş, həmin ev satılması üçün hərraca çıxarılmışdır. Evin hərracda satış qiyməti 36.000 manat müəyyən edilmişdir. Hərrac qiyməti evin dəyərindən qat-qat aşağı müəyyən edildiyinə, başqa şəxslər və ya bankın özü tərəfindən evin aşağı qiymətə alınacağı ehtimalı real olduğuna görə, eyni zamanda bank əməkdaşları ona məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 15.041 ABŞ dolları məbləği deyil, yalnız 8.600 ABŞ dollar əsas borcu ödəməklə, evin girovdan çıxarılacağna söz verdiklərinə görə, o evdəki payının real dəyərinin itməməsi üçün məcbur olub, cavabdehə aid kredit borcunu ödəmişdir. Eyni zamanda bankdan ona bildirilmişdir ki, onun kredit məbləğini ödəyəcəyi təqdirdə, bank tərəfindən evin hərracdan çıxarılmasına köməklik göstəriləcəkdir. Cavabdehlə birgə mülkiyyətdə olan evə dair 3-cü hərracın vaxtı 04 fevral 2022-ci ilə təyin olunmuşdur. O, cavabdehin anası ilə, oğlu Turqay isə cavabdehlə əlaqə yaradıb, bank əməkdaşlarının təklifini onlara çatdırmışlar. Cavabdeh İddiaçı2 bildirmişdir ki, onlar həmin pulu tapıb ödəyəcəkləri halda, o ödənilmiş pulun yarı hissəsini onlara ödəyəcəkdir. Sonuncu hərracdan 4 gün əvvəl o, ödəniləcək məbləğin bir hissəsin bankdan kredit götürmüş, bir hissəsini isə oğlu Turqay dostundan borc almışdır. Onlar «Access Bank» qapalı səhmdar cəmiyyətinə 8.600 ABŞ dollarının ekvivalenti olaraq 14.620 manat ödəmişlər. Bundan sonra evin ipoteka müqaviləsinə bank xitam vermişdir və sözügedən ev girovdan çıxarılmışdır. Həmin vaxtı Cavabdeh yıxılaraq, ağır dərəcəli xəsarət aldığına görə maddi vəziyyəti ağır olmuşdur. Onun və oğlu Turqayın ödədikləri həmin pulun yarısını Cavabdeh onlara qaytarmalı olduğu halda qaytarmaqdan imtina etmişdir. Sonda İddiaçı1 birgə nikah müddətində yaranmış ümumi borcun, yəni 8.600 ABŞ dolları pul vəsaitinin ½ hissəsi olan 4.300 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddianı müdafiə edərək, göstərdi ki, İddiaçı1 onun anası, Cavabdeh isə onun atasıdır. Cavabdehin «Access bank» qapalı səhmdar cəmiyyətinə 8.600 ABŞ dolları məbləğində borcu olduğuna görə onların Gəncə şəhəri, Heydər Əliyev prospekti 1-ci döngədə olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi satış üçün hərraca çıxarılmışdır. Evin ilkin satış qiyməti 36.000 manat müəyyən edilmişdir. Bu isə həmin evin real qiymətindən olduqca aşağı olmuşdur. Buna görə də, o anası İddiaçı1 ilə həmin evi itirməmək üçün borcu ödəmək qərarına gəlmişlər. O, atası Cavabdeh zəng edərək, onunla bu barədə danışmışdır. Həmin vaxt cavabdeh ona maddi vəziyyəti düzəldikdən sonra borcun yarısını onlara qaytaracağını bildirmiş və bu şərtlə onlar arasında borcun ödənilməsinə dair razılıq əldə olunmuşdur. O, dostundan borc pul alaraq anası İddiaçı1 vermişdir. İddiaçı1 isə həmin pulla birlikdə bankdan kredit olaraq götürdüyü pulu toplayaraq «Access Bank» qapalı səhmdar cəmiyyətinə 8.600 ABŞ dolları məbləğində ödəniş etmişdir. Sonda İddiaçı2 iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, 04 mart 2010-cu il tarixli 06L000002377 nömrəli kredit xətti müqaviləsi üzrə «Access Bank» qapalı səhmdar cəmiyyətindən 70.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin vaxt İddiaçı1 onun öhdəliklərinin icrasına zamin durmuş və «Access Bank» qapalı səhmdar cəmiyyəti ilə 04 mart 2010-cu il tarixli, 06S000006503 nömrəli zaminlik müqaviləsi bağlamışdır. Beləliklə də, onun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün İddiaçı1 bank qarşısında tam məsuliyyəti öz öhdəsinə götürmüşdür. Belə olan halda onun «Access Bank» qapalı səhmdar cəmiyyətinə olan 8.600 ABŞ dolları məbləğində borcunu ödəmək İddiaçı1 öhdəsinə düşür. Buna görə də, həmin məbləğin yarısının ondan alınması əsassızdır. Sonda Cavabdeh iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi R.T.Məmmədov iddianın təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki mülki işdə olan AZ-İ seriyalı, 441555 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı1 arasında olan nikaha Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli 2(044)-140/2018 nömrəli qətnaməsinə əsasən 08 fevral 2018-ci il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 51/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh, X1 və İddiaçı1 müştərək qaydada iddiaçı «Access Bank» qapalı səhmdar cəmiyyətinin xeyrinə 06R000010566 nömrəli kredit razılaşması üzrə 7.463,46 ABŞ dolları məbləğində kredit borcu, 3.041,96 ABŞ dolları məbləğində faiz borcu və 7 ABŞ dolları məbləğində cərimə borcu, 06R000018645 nömrəli kredit razılaşması üzrə 3320,94 ABŞ dolları məbləğində kredit borcu, 1.205,48 ABŞ dolları məbləğində faiz borcu və 3 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 15.041 ABŞ dolları 84 sent məbləğində borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutulmalıdır. Tələb Cavabdeh və İddiaçı1 birgə mülkiyyətindəki Gəncə şəhəri, Heydər Əliyev prospekti 1-ci döngədə olan 0.0357 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 23.8 kvadrat metr yaşayış sahəsindən ibarət 37 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və hərrac satışından əldə olunan vəsait hesabına «Access Bank» qapalı səhmdar cəmiyyətinə olan borc ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh, X1 və İddiaçı1 «Access Bank» qapalı səhmdar cəmiyyətinin xeyrinə ümumi qaydada tutulmalıdır. İpoteka predmeti olan Gəncə şəhəri, Heydər Əliyev prospekti, 1-ci döngədə mülkiydətində olan 0.0357 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 23.8 kvadrat metr yaşayış sahəsindən ibarət 37 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 36.000 manat müəyyən edilmişdir. İpoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh və İddiaçı1 həmin əmlakdan çıxarılaraq, həmin əmlak boşaldılıb alıcıya təhvil verilməlidir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2150/2021 nömrəli, 11 iyun 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-51/2021 nömrəli, 12 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti təmin edilməmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-51/2021 nömrəli, 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan 04 mart 2010-cu il tarixli, 06L000002377 nömrəli kredit xətti müqaviləsindən görünür ki, «Access Bank» qapalı səhmdar cəmiyyəti bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kredit və bank qarantiyaları üçün Cavabdeh 70.000 ABŞ dolları məbləğində kredit xəttini açır. Kredit tərəflər arasında «kredit razılaşması» və «bank qarantiyası verilməsi haqqında müqavilə» formasında bağlanmış ayrıca razılaşmalar əsasında veriləcəkdir. Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 04 mart 2020-ci il tarixdən gec olmayaraq verilməlidir. İşdə olan 18 aprel 2013-cü il tarixli, 06R000010566 (**********00981363 nömrəli ssuda hesabı) nömrəli kredit razılaşmasının surətindən görünür ki, «Access Bank» qapalı səhmdar cəmiyyəti Cavabdeh kreditdən istifadəyə görə illik 2% borc faizləri ödəməsi şərtilə, 36 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan 20 avqust 2014-cü il tarixli, 06R000018645 (**********01045962 nömrəli ssuda hesabı) nömrəli kredit razılaşmasının surətindən görünür ki, «Access Bank» qapalı səhmdar cəmiyyəti Cavabdeh kreditdən istifadəyə görə illik 2% borc faizləri ödəməsi şərtilə, 36 ay müddətinə 6.700 ABŞ dolları məbləğində kredit vermişdir. İşdə olan 04 mart 2010-cu il tarixli, 06S000006503 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı1 Cavabdeh eyni tarixli kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 16 aorel 2013-cü il tarixli, 06M000000963 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Heydər Əliyev prospekti 1-ci döngədə olan 0.0357 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 23.8 m2 ümumi, 23.8 m2 yaşayış sahəsindən ibarət olan 37 saylı ev ipoteka ilə yüklü edilmişdir. İşdə olan açıq hərracın keçirilməsinə dair 07 yanvar 2022-ci il tarixli, 11/22 nömrəli təkrar hərracın keçirilməsinə dair bildirişdən görünür ki, Cavabdeh və X2 Gəncə şəhəri, Heydər Əliyev prospekti 1-ci döngədə olan 0.0357 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 23.8 m2 ümumi, 23.8 m2 yaşayış sahəsindən ibarət olan 37 saylı fərdi yaşayış evinə dair hərracın keçirilməsinə dair məlumat verilmişdir. İpoteka predmetinin təkrar hərracda satış qiyməti 28.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən İddiaçı1 adına verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı1 ½ və Cavabdeh ½ payı qeydiyyata alınmışdır. İddiaçı1 mülkiyyət hüququ 30 oktyabr 2019-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan 31 yanvar 2022-ci il tarixli medaxil qəbzin surətindən görünür ki, Cavabdeh 8.600 ABŞ dolları məbləğində borcu ödənilmişdir. İş materiallarında olan «Access Bank» qapalı səhmdar cəmiyyətinin 03 fevral 2022ci il tarixli arayışından görünür ki, İddiaçı1 31 yanvar 2022-ci il tarixdə, «Access Bank» qapalı səhmdar cəmiyyətinin Gəncə filialında 8.600 ABŞ dolları məbləğində vəsaiti, Cavabdeh **********01045962 və **********00981363 saylı kreditlərini ödəmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1 və Cavabdeh 1994-cü ildə nikaha girmiş, onlar arasında olan nikah Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-140/2018 nömrəli 08 fevral 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflərin birgə nikahı dövründə «Access Bank» qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 mart 2010-cu il tarixli, 06L000002377 nömrəli kredit xətti müqaviləsinə uyğun olaraq, Cavabdeh 18 aprel 2013cü il tarixli, 06R000010566 nömrəli kredit razılaşması üzrə 30.000 ABŞ dolları və 20 avqust 2014-cü il tarixli, 06R000018645 nömrəli kredit razılaşması üzrə 6.700 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı1 həmin kredit xətti müqaviləsi və kredit razılaşmaları üzrə Cavabdeh öhdəliklərinin təmin üsulu kimi zamin qismində iştirak etmişdir. Sonradan Cavabdeh bank qarşısında öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-51/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh, X1 və İddiaçı1 müştərək qaydada «Access Bank» qapalı səhmdar cəmiyyətinin xeyrinə 06R000010566 nömrəli kredit razılaşması üzrə 7.463 ABŞ dolları 46 sent məbləğində kredit borcu, 3.041 ABŞ dolları 96 sent məbləğində faiz borcu və 7 ABŞ dolları məbləğində cərimə, 06R000018645 nömrəli kredit razılaşması üzrə 3320 ABŞ dolları 94 sent məbləğində kredit borcu, 1.205 ABŞ dolları 48 sent məbləğində faiz borcu və 3 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 15.041 ABŞ dolları 84 sent məbləğində borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutulması qət edilmişdir. Lakin Cavabdeh Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 51/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsinin də icrasını təmin etmədiyinə görə İddiaçı1 tərəfindən «Access Bank» qapalı səhmdar cəmiyyətinə zamin qismində 8.600 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmiş və bununla da həmin icra sənədi icra olunmuşdur. Lakin 18 aprel 2013-cü il tarixli, 06R000010566 (**********00981363 nömrəli ssuda hesabı) və 20 avqust 2014-cü il tarixli, 06R000018645 (**********01045962 nömrəli ssuda hesabı) nömrəli kredit razılaşmaları üzrə öhdəliklər birgə nikah dövründə yarandığından İddiaçı1 həmin razılaşmalar üzrə öhdəliklərin icrası qismində ödədiyi 8.600 ABŞ dolları məbləğində pul vəsaitinin ½ hissəsinin, yəni 4.300 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ərarvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, 18 aprel 2013-cü il tarixli, 06R000010566 (**********00981363 nömrəli ssuda hesabı) və 20 avqust 2014-cü il tarixli, 06R000018645 (**********01045962 nömrəli ssuda hesabı) nömrəli kredit razılaşmaları üzrə İddiaçı1 zamin qismində 8.600 ABŞ dolları məbləğində ödəniş etmiş, bununla da qeyd olunan müqavilələr üzrə öhdəliklər tam icra olunmuşdur. Hazırda isə İddiaçı1 və Cavabdeh Turqay oğlu həmin öhdəlikərin icrası ilə əlaqədar 4.300 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh tutulub, iddiaçılara verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçı1 öz iddia tələbinin əsasını 04 mart 2010-cu il tarixli, 06L000002377 nömrəli kredit xətti müqaviləsini, həmin müqavilədən irəli gələn razılaşmaları və 04 mart 2010-cu il tarixli, 06S000006503 nömrəli zaminlik müqaviləsini, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2150/2021 nömrəli, 11 iyun 2021-ci il tarixli qətnaməsini, «Access Bank» qapalı səhmdar cəmiyyətinin 01 fevral 2022-ci il tarixli 0088 nömrəli arayışını və 31 yanvar 2022-ci il tarixli mədaxil qəbzini təqdim etməklə sübuta yetirmişdir. Lakin İddiaçı2 Cavabdeh hər hansı məbləğdə pul vəsaiti verməsini, eləcə də sonuncunun hər hansı öhdəliyini icra etməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin N.F.Tağıyeva və İddiaçı2 öz izahatlarında Cavabdeh öhdəliklərinin icrası ilə əlaqədar İddiaçı2 məhz N.F.Tağıyevaya ümumi borcun bir hissəsini verdiyini göstərmişlər. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4.300 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində tutularaq İddiaçı1 verilməli, iddia İddiaçı2 Cavabdeh qarşı «pul tələbi»nə dair hissədə təmin olunmamalı, İddiaçı2 N.R.Tağıyevə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmaq hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianin təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 90 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası qismən təmin edilsin. Cavabdeh 4.300 (dörd min üç yüz) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində tutularaq İddiaçı1 verilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(125)-1330/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1330/2023
03.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver