Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1340/2023 18.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-1342/2021 saylı qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılaraq, İddiaçı ilə Cavabdeh birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il tarixdə anadan olmuş X3, 16 mart 2006-cı il tarixdə anadan olmuş X4 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikahlarından xx.xx.2008ci il tarixdə anadan olmuş X7, 16 mart 2006-cı il tarixdə anadan olmuş X8 və xx.xx.2010cu il tarixdə anadan olmuş X5 adlı uşaqları doğulmuşlar. Cavabdehlə münasibətləri pozulmuş və ayrılmışlar. Birgə nikahlarından olan uşaqları onun himayəsində yaşayır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hər bir uşaq üçün 80 manat, cəmi 240 manat pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Cavabdeh qeyd edilən məbləğdən başqa heç bir maddi və mənəvi dəstək verməmiş, hətta onun ona verəcəyi aliment artıb 6000 manata çatmışdır. O isə uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh fərdi əməkLə məşğuldur. Maddi vəziyyəti yaxşıdır. Odur ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)- 1342/2021 saylı qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılaraq, İddiaçı ilə Cavabdeh birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il tarixdə anadan olmuş X3, 16 mart 2006-cı il tarixdə anadan olmuş X4 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(043)-1658/2013 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2006-cı il tarixdə anadan olmuş X4, xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 20 manat, cəmi 60 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)- 1342/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(043)-1658/2013 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2006-cı il tarixdə anadan olmuş X4, xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət mədaxilinə keçirilməsi, artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2021-ci il tarixli 2(044)-1342/2021 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanması qət edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 16 mart 2006-cı il tarixdə X8, xx.xx.2008-ci il tarixdə X7 və xx.xx.2010cu il tarixdə X5 anadan olmuşlar. İşdə olan xx.xx.2019-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 nikahları 09 dekabr 2011-ci il tarixdə pozulmuşdur (Qadına Layıcova soyadı verilmişdir). İşdə olan Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli № A.Ə- 131914/2021saylı arayışından görünür ki, borclu Cavabdeh axtarışda olduğu üçün iş üzrə tələbkar İddiaçı aliment almır. İşdə olan Gəncə Şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vətəndaş Cavabdeh barəsində xx.xx.2022-ci il tarixdə 520156 saylı axtarış işi açılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-1342/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(043)- 1658/2013 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2006-cı il tarixdə anadan olmuş X4, xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət mədaxilinə keçirilməsi, artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2021-ci il tarixli 2(044)-1342/2021 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanması qət edilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 235 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, hazırda cavabdehdən hər ay bir uşağa görə 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq xx.xx.2006-cı il tarixdə anadan olmuş X4, xx.xx.2008ci il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-1342/2021 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 80 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 120 manat məbləğində müəyyən edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia qismən təmin edildiyindən mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2006-cı il tarixdə anadan olmuş X4, xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-1342/2021 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 80 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat məbləğində müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2006-cı il tarixdə anadan olmuş X4, xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-1340/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1340/2023
18.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver