Məhkəmə qərarları › İş №2(125)-1349/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1349/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1349/2022 05.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əsgərova Dürdanə Müseyib qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borca görə «Kapital Bank» açıq səhmdar cəmiyyətinə ödənilmiş vəsaitin əvəzi 8.700 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borca görə «Kapital Bank» açıq səhmdar cəmiyyətinə ödənilmiş vəsaitin əvəzi 10.000 manat, bank sənədlərinin əldə edilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120 manat, cəmi 10.150 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, borca görə «Kapital Bank» açıq səhmdar cəmiyyətinə ödənilmiş vəsaitin əvəzi 8.700 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, Cavabdeh «Kapital Bank» açıq səhmdar cəmiyyəti ilə 29 iyun 2018-ci il tarixdə kredit müqaviləsi bağlamış və o, zamin olaraq həmin kredit müqaviləsində iştirak etmişdir. Sonradan həmin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun ödənilməsi məqsədi ilə 13 fevral 2019-cu il tarixdə bağlanmış yeni kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərini icra etməyəcəyi təqdirdə, həmin öhdəlikləri icra edəcəyinə dair onunla da həmin tarixdə yeni zaminlik müqaviləsi bağlanmışdır. Borclu Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən o, zamin olaraq, Cavabdeh əvəzinə kredit üzrə öhdəliyi yerinə yetirmiş və onun əmək haqqı üçün ayrılmış hesabından ayrı-ayrı vaxtlarda cəmi 10.000 manat məbləğində pul vəsaiti Cavabdeh öhdəliklərinin icrası məqsədi ilə tutulmuşdur. Hazırda da onun əmək haqqından tutmalar davam etdirilir. Bu hal «Kapital Bank» açıq səhmdar cəmiyyətinin «Göygöl» filialı tərəfindən verilmiş ödəniş kartı üzrə 29 iyun 2022-ci il tarixli çıxarışla da təsdiq olunmuşdur. O, dəfələrlə Cavabdeh sonuncunun əvəzinə borca görə ödədiyi 10.000 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb etsə də, Cavabdeh ona olan borcunu tam qaytarmamış, onun iddia ərizəsi ilə məhkəməyə müraciət etməsindən sonra ona olan borcundan cəmi 1.300 manat ödəniş etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə yazılı ərizə təqdim etməklə, iddianı etiraf etdiyini, iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu və 8.700 manat məbləğində pul vəsaitinin ondan alınaraq iddiaçıya verilməsinə razı olduğunu bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh tərəfindən iddianın etiraf edilməsi təsdiq olunmalı və iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 fevral 2019-cu il tarixli, 183RGTK1505644AC saylı kredit müqaviləsinin surətindən görünür ki, «Kapital Bank» açıq səhmdar cəmiyyəti Cavabdeh, kreditdən istifadəyə görə illik 26% borc faizləri ödəməsi şərtilə, 60 ay müddətinə 9.692 manat 80 qəpik məbləğində kredit vermişdir. İşdə olan 13 fevral 2019-cu tarixli, 183RGTK1505644AC saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan «Kapital Bank» açıq səhmdar cəmiyyətinin 29 iyun 2022-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, 13 fevral 2019-cu il tarixli, 183RGTK1505644AC saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası məqsədi ilə İddiaçı məxsus bank hesabından ümümilikdə 10.000 manat məbləğində tutma aparılmışdır. Beləliklə, işdə olan sübutlarla müəyyən edildi ki, Kapital Bank» açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2019-cu il tarixli, 183RGTK1505644AC saylı kredit müqaviləsi üzrə «Kapital Bank» açıq səhmdar cəmiyyəti Cavabdeh kreditdən istifadəyə görə illik 26% borc faizləri ödəməsi şərtilə, 60 ay müddətinə 9.692 manat 80 qəpik məbləğində kredit vermişdir. Eyni tarixdə «Kapital Bank» açıq səhmdar cəmiyyəti ilə İddiaçı arasında bağlanmış zaminlik müqaviləsinə uyğun olaraq, İddiaçı Cavabdeh həmin kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. Lakin Cavabdeh «Kapital Bank» Açıq səhmdar cəmiyyəti ilə bağladığı və İddiaçı zamin qismində iştirak etdiyi kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Buna görə İddiaçı əmək haqqı hesabına Cavabdeh «Kapital Bank» açıq səhmdar cəmiyyətinə olan borcunun bir hissəsi ödənilmiş, bunun üçün İddiaçıya məxsus əmək haqqı hesabından ümumilikdə 10.000 manat məbləğində tutma aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə Cavabdeh iddianı etirafı qəbul olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh borca görə «Kapital Bank» açıq səhmdar cəmiyyətinə ödənilmiş vəsaitin əvəzi qismində 8.700 məbləğində pul vəsaiti alınıb, İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 107 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən iddianın etiraf olunması təsdiq edilsin. İddiaçı iddiası təmin edilsin. Cavabdeh borca görə «Kapital Bank» açıq səhmdar cəmiyyətinə ödənilmiş vəsaitin əvəzi qismində 8.700 (səkkiz min yeddi yüz) və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 107 (bir yüz yeddi) manat, cəmi 8.807 (səkkiz min səkkiz yüz yeddi) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar