Məhkəmə qərarları › İş №2(125)-1353/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1353/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1353/2023 28.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh, həmçinin cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı «Yelo Bank” ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və "xxxx" ASC-yə qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı «Yelo Bank” ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və "xxxx" ASC-yə qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və “Gəncə -Tekstil“ ASC-dən İddiaçı ASC-nin xeyrinə 16 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 113147.8 AZN məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 113147.8 AZN məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «Yelo Bank” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 16 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 19 faizlə 36 ay müddətinə 600000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq “Gəncə-Tekstil “ ASC və Cavabdeh3 ilə 16 may 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 16 may 2013-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 banka gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 113147.8 AZN məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 113147.8 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 16 may 2013-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Odur ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və “Gəncə -Tekstil “ ASC-dən İddiaçı ASC-nin xeyrinə 16 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 113147.8 AZN məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 113147.8 AZN məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı «Yelo Bank” ASC məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2, "xxxx" ASC və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 16 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə illik 5 (beş) faizlə hesablanmış 119392 manat məbləğində əldən çıxmış fayda borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, cavabdehlər Cavabdeh2, "xxxx" ASC və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 16 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə illik 5 (beş) faizlə hesablanmış 119392 manat məbləğində əldən çıxmış fayda borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh, həmçinin cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Cavabdeh3 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbi müddət ötürülməklə verilmişdir. Odur ki, iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 vəkili X5 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbi müddət ötürülməklə verilmişdir. Odur ki, iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 10-S-1-0-698-13 saylı kredit müqaviləsindən görünür ki, bank müştəriyə 36 ay müddətinə illik 19 faiz ödəmək şərti ilə 600000 manat məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2013-cü il tarixli ödəniş qrafikindən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixədək yalnız 9500 manat faiz məbləğini, həmin tarixdən xx.xx.2016-cı il tarixədək hər ay 55294 manat olmaqla qalan borcu ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC ilə "xxxx" ASC-nin idarə heyətinin sədri Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 10-S-1-0-698-13 saylı zaminlik müqaviləsindən görünür ki, sonuncu bankla Cavabdeh2 arasında eyni tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 10- S-1-0-698-13 saylı zaminlik müqaviləsindən görünür ki, sonuncu bankla Cavabdeh2 arasında eyni tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)- 2319/2017 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" İKB-nin cavabdehlər Cavabdeh2, "xxxx" ASC-yə, Cavabdeh3 və X4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, "xxxx" ASC-yə, Cavabdeh3 müştərək qaydada kredit üzrə 579778.78 manat, faiz üzrə 247408.32 manat faiz, cərimə üzrə 1000 manat, cəmi 828187.1 manat "xxxx" X2 xeyrinə tutulması, iddia tələbinin Cavabdeh2 məxsus nominal dəyəri 2,00 manat olan 231398 ədəd sənədsiz adi adlı səhmlərdən 229798 ədəd səhmlərə yönəldilməsi və həmin səhmlərin açıq hərracdan satılması, iddia predmetinə tutmanın yönəldilməsi barədə 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlər Cavabdeh2, "xxxx" ASC-yə, Cavabdeh3 müştərək qaydada "xxxx" İKB-nin hesabına ödənilməsi, iddianın qalan, 27.422 manat dəbbə pulunun tutulması hissəsində və girov predmetinə tutma yönəldildikdən sonra əldə olunan vəsait borcun ödənişinə yetərli olmadığı halda, qalıq borcun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və "xxxx" ASCnin digər əmlaklarına yönəldilməsi hissəsində rədd edilməsi qət edilmişdir. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-117/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-2319/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilmiş, cavabdehlər Cavabdeh2, Gəncə -Tekstil “ ASC-yə, Cavabdeh3"xxxx" X2 (İddiaçı ASC-nin) xeyrinə müştərək qaydada tutulmalı olan faiz borcunun məbləği 231929.46 manat, cəmi məbləğ 812708.24 manat müəyyən edilmiş, girov predmeti olan Cavabdeh2 məxsus səhmlərin nominal dəyərinin 2 manat olması hissəsində qətnamə ləğv olunmuş, qətnamədə girov predmeti olan səhmlərin ilkin satış qiyməti göstərilməməsi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3793 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 119.392.35 manat təşkil edir. xx.xx.2023-cü il tarixə Cavabdeh2 "xxxx" İKB ASC-nə olan borcu 413.548,44 manat müəyyən edilir, o cümlədən 59.778,78 manat əsas kredit borcu üzrə, 234.377,31 manat faiz borcu, 119.392,35 manat faiz borcu 5% ilə. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin xx/xx-23294-16 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-117/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Cavabdeh2, Cavabdeh1 ASC və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə müştərək qaydada cəmi borcun məbləği 812708,24 müəyyən edilmiş və girov predmeti olan Cavabdeh2 məxsus səhmlərin nominal dəyərinin 2 manat olması hissəsində qətnamə ləğv olunmalı və qətnamədə girov predmeti olan səhmlərin ilkin satış qiyməti göstərilməməsinə dair icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və xx.xx.2022-ci ildə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-214/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Cavabdeh2, Cavabdeh3 Rafiq oğlu və Cavabdeh1 ASC-dən müştərək qaydada 16 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 113147 manat 80 qəpik məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və xx.xx.2022-ci ildə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin icra sənədləri hal-hazırda Binəqədi Rayon İcra Şöbəsinin icraatındadır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinin Ü.Ə.-93627/2022 saylı 21.09.23-cü il tarixli məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-214/2021 saylı xx.xx.2021-ci il tarixli İcra sənədinə əsasən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ASC-dən müştərək qaydada 16 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 113147 manat 80 qəpik məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-117/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Cavabdeh2, Cavabdeh1 ASC və Cavabdeh3 müştərək qaydada cəmi 812708,24 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədləri xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və müvafiq olaraq xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək surəti məhkəməyə və tərəflərə göndərilmişdir. Həmçinin icra sənədinin könüllü icrası barədə borclunun poçt ünvanına bildiriş göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-214/2021 saylı xx.xx.2021-ci il tarixli İcra sənədinin icrası ilə əlaqədar olaraq borclular Cavabdeh2 və Cavabdeh1 ASC-nin ünvanına xx.xx.2022-ci il tarixdə xəbərdarlıq, xx.xx.2022-ci il tarixdə sonuncu xəbərdarlıq məktubu göndərilmişdir. Bakı Apellyyasiya Məhkəməsinin 2(103)-117/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə xx.xx.2022-ci il tarixində sorğu verilmiş və Milli Depozit Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən borclu Cavabdeh2 adına Cavabdeh1 ASC üzrə 116.449 ədəd səhmin mövcud olduğu məlum olmuşdur. İcra sənədi nəzarətdə saxlanılmaqla, icra tədbirləri davam etdirilir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 10-S-1-0-698-13 saylı kredit müqaviləsinə əsasən, bank müştəriyə 36 ay müddətinə illik 19 faiz ödəmək şərti ilə 600000 manat məbləğində kredit vermişdir. Cavabdeh2 xx.xx.2015-ci il tarixədək yalnız hər ay 9500 manat faiz məbləğini, həmin tarixdən xx.xx.2016-cı il tarixədək hər ay 55294 manat olmaqla qalan borcu ödəməyi öhdəsinə götürmüşdür. “Gəncə -Tekstil “ ASC-nin idarə heyətinin sədri Cavabdeh3, bankla Cavabdeh2 arasında eyni tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin Cavabdeh3, bankla Cavabdeh2 arasında eyni tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-2319/2017 saylı qətnaməsi ilə "xxxx" İKB-nin cavabdehlər Cavabdeh2, "xxxx" ASC-yə, Cavabdeh3 və X4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, "xxxx" ASC-yə, Cavabdeh3 müştərək qaydada kredit üzrə 579778.78 manat, faiz üzrə 247408.32 manat faiz, cərimə üzrə 1000 manat, cəmi 828187.1 manat "xxxx" X2 xeyrinə tutulması, iddia tələbinin Cavabdeh2 məxsus nominal dəyəri 2,00 manat olan 231398 ədəd sənədsiz adi adlı səhmlərdən 229798 ədəd səhmlərə yönəldilməsi və həmin səhmlərin açıq hərracdan satılması, iddia predmetinə tutmanın yönəldilməsi barədə 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlər Cavabdeh2, "xxxx" ASC-yə, Cavabdeh3 müştərək qaydada "xxxx" İKB-nin hesabına ödənilməsi, iddianın qalan, 27.422 manat dəbbə pulunun tutulması hissəsində və girov predmetinə tutma yönəldildikdən sonra əldə olunan vəsait borcun ödənişinə yetərli olmadığı halda, qalıq borcun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və "xxxx" ASC-nin digər əmlaklarına yönəldilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-117/2021 saylı qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-2319/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilmiş, cavabdehlər Cavabdeh2, Gəncə -Tekstil “ ASC-yə, Cavabdeh3"xxxx" X2 (İddiaçı ASC-nin) xeyrinə müştərək qaydada tutulmalı olan faiz borcunun məbləği 231929.46 manat, cəmi məbləğ 812708.24 manat müəyyən edilmiş, girov predmeti olan Cavabdeh2 məxsus səhmlərin nominal dəyərinin 2 manat olması hissəsində qətnamə ləğv olunmuş, qətnamədə girov predmeti olan səhmlərin ilkin satış qiyməti göstərilməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3793 saylı xx.xx.2023cü il tarixli rəyi ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 119.392.35 manat təşkil etdiyi müəyyən edilmişdir. Hər iki qətnamə icra ediməsi üçün göndərilmiş və hazırda icradadır. İddiaçı 16 may 2013 -ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış faizlərin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və “Gəncə -Tekstil “ ASC-dən İddiaçı ASC-nin xeyrinə tutlması barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı aşağıdakı normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə ilk növbədə iddiaçının borclunun icranı gecikdirməsi ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013cü il tarixli, 10-S-1-0-698-13 saylı kredit müqaviləsindən görünür ki, bank müştəriyə 36 ay müddətinə illik 19 faiz ödəmək şərti ilə 600000 manat məbləğində kredit vermişdir. Cavabdeh2 xx.xx.2015-ci il tarixədək yalnız 9500 manat faiz məbləğini, həmin tarixdən xx.xx.2016-cı il tarixədək hər ay 55294 manat olmaqla qalan borcu ödəməyi öhdəsinə götürmüşdür. “Gəncə -Tekstil “ ASC-nin idarə heyətinin Sədri Cavabdeh3 bankla Cavabdeh2 arasında eyni tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin Cavabdeh3 bankla Cavabdeh2 arasında eyni tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-2319/2017 saylı qətnaməsi ilə "xxxx" İKB-nin cavabdehlər Cavabdeh2, "xxxx" ASC-yə, Cavabdeh3 və X4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, "xxxx" ASC-yə, Cavabdeh3 müştərək qaydada kredit üzrə 579778.78 manat, faiz üzrə 247408.32 manat faiz, cərimə üzrə 1000 manat, cəmi 828187.1 manat "xxxx" X2 xeyrinə tutulması, iddia tələbinin Cavabdeh2 məxsus nominal dəyəri 2,00 manat olan 231398 ədəd sənədsiz adi adlı səhmlərdən 229798 ədəd səhmlərə yönəldilməsi və həmin səhmlərin açıq hərracdan satılması, iddia predmetinə tutmanın yönəldilməsi barədə 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı cavabdehlər Cavabdeh2, "xxxx" ASC-yə, Cavabdeh3 müştərək qaydada "xxxx" İKB-nin hesabına ödənilməsi, iddianın qalan, 27.422 manat dəbbə pulunun tutulması hissəsində və girov predmetinə tutma yönəldildikdən sonra əldə olunan vəsait borcun ödənişinə yetərli olmadığı halda, qalıq borcun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və "xxxx" ASCnin digər əmlaklarına yönəldilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-117/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)- 2319/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilmiş, cavabdehlər Cavabdeh2, Gəncə -Tekstil “ ASC-yə, Cavabdeh3"xxxx" X2 (İddiaçı ASC-nin) xeyrinə müştərək qaydada tutulmalı olan faiz borcunun məbləği 231929.46 manat, cəmi məbləğ 812708.24 manat müəyyən edilmiş, girov predmeti olan Cavabdeh2 məxsus səhmlərin nominal dəyərinin 2 manat olması hissəsində qətnamə ləğv olunmuş, qətnamədə girov predmeti olan səhmlərin ilkin satış qiyməti göstərilməməsi müəyyən edilmişdir. İddiaçı məhz müqavilə müddətindən sonrakı dövr üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə istinad edərək faizlərin tutulmasının pul öhdəliyinin icrasının gecikdirilməsi üçün sanksiya kimi qeyd etmiş və gecikdirilən dövr üçün faizlərin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərin pul öhdəliyinin icrasının gecikdirilməsi üçün ilk növbədə cavabdehlərin həmin hal üçün təqsirlilik dərəcəsi müəyyən edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-nin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Yenə həmin Qərarda qeyd edilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Hazırkı iş üzrə tərəflər raasında yaranmış münasibət kredit münasibətləridir və kredit münasibətlri ipoteka ilə təmin edilmişdir. Belə ki, tərəflərin arasında bağlanmış müqavilə şərtlərinə əsasən iddiaçı verdiyi kreditin təminatı olaraq ipoteka müqaviləsi bağlamışdır. İpoteka haqqında qanunun 4.2-ci maddəsinə əsasən, bu Qanunun 4.1.4-cü və ya 5-ci maddələrində nəzərdə tutulmuş tələblər istisna olmaqla, ipoteka müqaviləsində əsas öhdəliyin (bu Qanunun 4.1.1‒4.1.3-cü maddələrində nəzərdə tutulmuş tələblərin, yəni əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi, ipoteka müqaviləsinin şərtlərinə və ya bu Qanuna uyğun olaraq ipoteka saxlayan ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etməsi vəzifəsini daşıdığı halda ipoteka saxlayanın həmin predmetin saxlanılmasına və salamatlığına çəkdiyi ağlabatan xərclər) konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılır. Göründüyü kimi, ipoteka ilə təmin edilmiş kredit müqaviləsində, həm kreditor, həm də borclu verilən kreditin həcmi və təmin edilən kreditin həcmi barədə razılığa gəlirlər və hər biri bununla razılaşırlar. İş materiallarından görünür ki, hazırkı iş üzrə məhkəmə qərarı çıxarıldıqdan sonra cavabdehlər tərəfindən tələbin ipoteka predmetinə yönəldilməsinə hər hansı maneə törədilməmiş və yuxarıda qeyd edilən Konstitusiya məhkəməsinin qərarları baxımından qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin ipoteka qoyulmuş əmlaka yönəldilməsindən sonrakı, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsinə hər hansı maneə törətməmişlər. Bu baxımdan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin ipoteka qoyulmuş əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu cavabdehlərdən asılı olmayan haldan irəli gəlmiş hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə Cavabdeh2 iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə ərizəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 hazırkı münasibətlərə 3 illik iddia müddətinin tətbiq edilməli olduğunu, həmin müddətin axımının kreditin icra müddətinin bitdiyi andan başlandığını, kreditin icra müddətinin xx.xx.2016-cı il tarixdən bitdiyini qeyd etmiş, həmin müddətdən 3 il keçdiyi üçün iddianın rədd edilməsini xahiş etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçının tələbi kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üçün qaytarılmayan kredit məbləğinin saxlanmasına görə illik 5 faiz əldən çıxmış faydanın qaytarılması ilə bağlıdır. Bu halda əldən çıxmış faydanın hesablanması kredit müqaviləsinin bitdiyi dövrdən sonrakı dövr üçün hesablanır. Yəni iddiaçının belə tələb hüququ müqavilə bitdiyi vaxtdan sonra ödənilməmiş məbləğə münasibətdə hesablanır. Kreditin icra müddətinin bitdiyi gün, yəni xx.xx.2016-cı il tarix üçün iddiaçının belə bir tələb hüququ mövcud olmur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqi barədə ərizə əsassız olduğundan təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia, əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı «Yelo Bank” ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və "xxxx" ASC-yə qarşı «borcun tutulması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar