Məhkəmə qərarları › İş №2(125)-1356/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1356/2023

16.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1356/2023 16.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 20000 manat pulun və 150 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun qardaşıdır. Gəncə Şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən 10 saylı binanın 36 saylı mənzili atası X1 məxsus olmuşdur. O, ailə üzvləri ilə birlikdə həmin mənzildə yşamışlar. Lakin mənzil kiçik, evdə yaşayan ailə üzvlərinin sayı çox olduğuna görə o, ailə üzvləri ilə birlikdə kiryə evində yaşamğa məcbur olmuşdur. Həmin mənzil onun və ailə üzvlərinin rzılığı ilə məhrum atasının adına özəlləşdirilmiş, atasının ölümündən sonra qarşılıqlı razılaşma əsasında mənzil vərəsəlik qaydasında Cavabdeh1 adına sənədləşdirilmişdir. Həmin vaxt cavabdeh ona və ailə üzvlərinə cəmi 20000 min manat pul verəcəyini vəd etmiş, lakin bu günə qədər miras əmlakdan düşəcək payın əvəzi olan pulu ödəməmişdir. Bundn sonra 2021-ci il tarixdə cavabdeh oğlu X2 və ona qarşı Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən 10 saylı evin 36 saylı mənzilində olan istifadə hüququnun itirilməsi ilə bağlı iddia ərizəsi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2(044)-2884/2021 sylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin mənzilə dair istifdə hüququları itirilmiş hesab edilmişdir. Həmin qətnmədən narazı qaldığı üçün apellysiya şikyətı vermişdir. Gəncə apellyasiya məhkəməsi tərəfindən şikayət təmin olunaraq 2(104)-4045/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)- 2884/2021 saylı, qətnaməsi ləğv edilmişdir. Apellyasiya Məhkəməsinin iclasında Cavabdeh1 bildirmişdir ki, həqiqətəndə onların arasında belə bir razılıq olmuşdur ki, mübhisəli ünvandakı mənzildə ailə üzvləri ilə birlikdə onun istifadə hüququ olduğuna görə ona ümumilikdə 20000 manat pul ödəyəcək o, və ailə üzvləri bunun əvəzində mənzildə olan hüquqlarından imtina edəcəklər. Cavbdehin məhkəmədə verdiyi izaht qətnamədə öz əksini tapmışdır. Dəfərlərlə cvabdehdən 20000 manat məbləğində pulun ona verməsini tələb etsə də o, müxtəlif bəhanələr edərək bundan qərəzli olaraq yayınır. Bununla yanaşı, iş üzrə Cavabdeh2 Cavabdeh1 anasıdır. Yaşadıqları mənzili satarkən Firuddun Dadaşova ödənilməli olan pulu qardaşı ilə anası ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək, həmçinin bildirmişdir ki Cavabdeh1 ona ödəməyə dair söz verdiyi 20000 manat puldan cəmi 3000 manat ödəmişdir. İddiaçı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-4045/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən 10 saylı binanın 36 saylı mənzilinə cavabdehlərin istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2884/2021 sylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirmiş və birinci istansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş; həqiqətən də qardaşı Firuddinlə onun arasında belə bir razılıq olmuşdu ki, mübahisəli ünvandakı mənzildə ailə üzvləri ilə birlikdə onun da istifadə hüququ olduğuna görə onlara ümumilikdə 20000 manat pul ödəyəcək, cavabdehlər isə digər ailə üzvləri ilə həmin mənzilə olan hüquqlarından imtina edəcəklər; O, hətta qardaşı cavabdeh Firuddinə 3000 manat pul verərək qalan hissəsini də sonradan hissə-hissə ödəyəcəyinə söz vermiş, lakin həmin məbləği qardaşı Firuddinə təhvil verdikdən bir müddət sonra özünün pula kəskin ehtiyacı yaranmış, ona görə də cavabdeh qardaşından verdiyi pulun geri qaytarılmasını xahiş etmiş olsa da, sonuncu həmin pulu ona qaytarmamış, ona görə də həmin vaxtdan münasibətləri pozulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-4045/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. İş materiallarından olan Cavabdeh1 Nürəddin oğlunun verdiyi ərizədən görünür ki, o, atasından qalan evin onun adına keçməsi üçün Firuddin ilə danışmış, miras paydan imtina etmək üçün 20000 manat pulun ona verilməsi barədə razılaşmışlar. Daha sonra 3000 manat ödəmişdir. Bir müddət sonra mal almaq üçün istəmiş, ona demişdir ki, pulu yoxdur. Bundan sonra yerdə qalan 17000 min manat pulu qaytarmaqdan imtina etmişdir. Firuddin razlaşma olaraq miras paydan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslardır. Həmin Məcəllənin 329.2--ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3--ci maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Hazırkı mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, atalarından miras qalan Gəncə Şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən 10 saylı binanın 36 saylı mənzilinə payından İddiaçı imtina etməsi əvəzində Cavabdeh1 20000 manat ödəməyi öhdəsinə götürmüş, həmin məbləğdən 3000 manat ödəniş etmişdir. Beləliklə, İddiaçı və cavabdehlər Cavabdeh1 məzmununu müəyyənləşdirməklə Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmayan və ona zidd olmayan şifahi müqavilə bağlamışlar. İddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, tələbin əsaslandığı və həmin tərəflər arasında bağlanmış əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmin müqavilə etibarlılığın ümumi şərtlərinə uyğun gəlir və etibarsızlığı üçün əsaslar müəyyən edilmir. Belə ki, mülki qanunvericiliyə (mülki hüquq elmində və sivilistika doktrinasında) əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Eyni zamanda bu şərtlərin pozulması ilə bağlanmış əqdlər və onların mübahisələndirilməsi əsasları Mülki Məcəllənin 329.1, 337, 339-347 və 349-350-ci maddələrində göstərilmişdir. Həmin maddələrdə göstərilən əqdlərin etibarsızlığı əsasları isə aşağıdakılardın ibarətdir: - əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1); - hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı (maddə 339); - uydurma və yalan əqdlərin etibarsızlığı (maddə 340); - qeyri-ciddi əqdin etibarsızlığı (maddə 341); - fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (maddə 342); - fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (maddə 343); - on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (maddə 344); - on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (maddə 345); - öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (maddə 346); - vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı (maddə 347); - hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığı (maddə 349); - əqd bağlamaq səlahiyyətlərinin məhdudlaşdırılmasının nəticələri (maddə 350). Mülki Məcəlləyə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (337.4). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (337.5). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Həmin Qərarda göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmin Qərarda göstərilmişdir ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Beləliklə, etibarlı müqavilə üzrə İddiaçı öhdəliyini yerinə yetirərək miras paydan imtina etsə də, Cavabdeh1 ödənilməsinə üzərinə vəzifə götürdüyü 20000 manat puldan 3000 manat ödəniş etmiş, 17000 manat isə qalıq qalmışdır. Halbuki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, aralarındakı razılaşmaya uyğun olaraq Cavabdeh1 İddiaçı qarşısında üzərinə götürdüyü, icra edilməmiş və mülki məsuliyyət daşıdığı 17000 manat məbləğində pul öhdəliyinin mövcudluğu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və tərəfin verdiyi yazılı ərizə ilə təsdiq olunmuşdur. Bu baxımdan həmin müqavilə üzrə öhdəliyini tam şəkildə icra etmiş İddiaçı hüquqları 17000 manat məbləğində pulun Cavabdeh1 tutulması hissəsində xələl görə bilməz və belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-nin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da qanunidir. Qeyd edilənlərə əsasən, iddia qismən təmin edilməli, 17000 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatı ilə Cavabdeh1 üzərinə götürdüyü 20000 manat məbləğində pul öhdəliyindən 3000 manat ödəniş etdiyini təsdiqləmişdir. Bununla yanaşı, Cavabdeh2 miras paydan imtina qarşılığında iddiaçı qarşısında hər hansı öhdəlik götürməsi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Qeyd edilənlərə əsasən, (20000-17000=3000) 3000 manat pulun tutulması və digər Cavabdeh2 qarşı yönələn tələb hissəsində iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 141 manat pul Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 17000 (on yeddi min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141 (yüz qırx bir) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar