Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1365/2025 18.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Hazırkı mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra - cavabdeh) xx.xx.1989-cu il tarixdə Azərbaycan SSR Qasım İsmayılov rayonu Sarov kənd sovetində 6 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X4 doğulmuşdur. Tərəflər arasında bağlanılmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı və xx.xx.1966-ci il təvəllüdlü Cavabdeh mediator X3 iştiraki ilə keçirilən X5 bağlanan barışıq sazişinə əsasən, tərəflər nikahlarının məhkəmə qaydasında pozulması barədə ümumi razılığa gəldilər. Məhkəmədə nikaha xitam verilməsinə dair 3 aylıq vaxtın verilməsini istəmirlər; ata – Cavabdeh birgə nikahdan olan övladı: xx.xx.2013-cü il təvəllüdlü X2, ana - İddiaçı himayəsinə verilməsinə razıdır; ata - Cavabdeh birgə nikahdan olan övladı: xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay 50 manat məbləğində alimentin alınaraq ana – İddiaçı verilməsinə razıdır; Birinci tərəf İddiaçı və ikinci tərəf Cavabdeh yuxarıda qeyd olunan mübahisələr üzrə heç bir tələbləri yoxdur. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.1989-cu il tarixdə Azərbaycan SSR Qasım İsmayılov rayonu Sarov kənd sovetində 30 nömrəli nikah akt qeydinin pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ailə münasibətləri kəsilmişdir, artıq cavabdehlə birgə yaşamaqları və ailənin bərpası mümkün deyil. Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etdiyini bildirdi. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan tərəflər nikahlarının pozulmasına qarşılıqlı şəkildə razı olduqlarından, tərəflərin nikahları pozulma səbəbi məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Bununla yanaşı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2.2-ci maddəsinə əsasən, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. İş materiallarından görünür ki, mediasiya prosesində bağlanmış barışıq sazişinə əsasən tərəflər birgə nikahından doğulmuş uşağın anasının yanında saxlanılması və aliment ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Məhkəmə hesab edir ki, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşağın valideynlərindən hansının yanında qalması və onun saxlanılması üçün aliment məsələsi ilə bağlı tərəflər arasında mediasiya mərhələsində barışıq sazişi imzalamaqla razılıq əldə edildiyindən, tərəflər arasında nikah pozularkən uşağın valideynlərindən hansının yanında saxlanılması və alimentin tutulması məsələsi həll edilməməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 -ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 30-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.1989-cu il tarixdə Azərbaycan SSR Qasım İsmayılov rayonu Sarov kənd sovetində 06 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1365/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1365/2025
18.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver