Məhkəmə qərarları › İş №2(3-8)-17/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-17/2026

11.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(3-8)-17/2026 11.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X4 ibarət tərkibdə, X25 qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikah pozulması, uşaqların atanın yanında saxlanması və aliment tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşağın atadan alınıb anaya verilməsi və aliment tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-626/2025 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AZ-İ № 318549 nikah haqqında şəhadətnamənin əslindən görünür ki, İddiaçı və X10 arasında nikah 22 iyun 2007-ci il tarixdə Şamaxı Rayon Vətəndaşlıq Vəziyyəti X9 Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 95 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Nəbiyev”, arvada “Nəbiyeva” soyadı verilmişdir.

2. AZ-İİ № 403048 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 12 aprel 2010-cu il tarixdə Şamaxı rayonu, Şamaxı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır.

3. AZ-İİ № 749279 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 07 oktyabr 2011-ci il tarixdə Şamaxı rayonu, Şamaxı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır.

4. AZ-İİİ № 672702 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 09 fevral 2016-cı il tarixdə Şamaxı rayonu, Şamaxı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır.

5. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(074)-27/2025 nömrəli qərardadından görünür ki, ərizənin qismən təmin edilməsi, İddiaçı Cavabdeh qarşı “nikah pozulması, uşaqların atanın yanında saxlanması və aliment” tələbinə dair, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın atadan alınıb anaya verilməsi və aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işlə bağlı qəbul ediləcək məhkəmə aktı qanuni qüvvəsini alanadək 12 aprel 2010-cu il təvəllüdlü X7, 07 oktyabr 2011-ci il təvəllüdlü X13 və 09 fevral 2016-cı il təvəllüdlü X1 üçün, Cavabdeh 18 iyun 2025-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,30 misli həddində sabit pul məbləğində müvəqqəti alimentin tutularaq İddiaçı ödənilməsi, ərizənin qalan hissəsinin təmin edilməməsi və qərardadın dərhal icra edilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə nikahdan olan övladları xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X14 hazırki vəziyyətdə saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, üç uşaq üçün cəmi 600 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2007-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olub və nikahları qeydiyyat kitabında 95 nömrə ilə qeydiyyata alınmış və ona AZ-İ № 318549 nömrəli nikah şəhadətnaməsi verilmişdir. Cavabdeh ilə birgə nikahlarından uyğun olaraq xx.xx.2010-cu il təvəllüdlü X16, xx.xx.2011-cı il təvəllüdlü X19 və xx.xx.2016cı il təvəllüdlü X20 adında üç övladı doğulmuşdur. Bildirir ki, onlar normal ailələr kimi yaşayıb, son vaxt evdə söz-söhbətlər yaradıb. 2024-cü ilin dekabrın 19-da səhər altı radələrində evdən getmiş, eşidib ki, Kürdəmir rayonuna atası evinə gedib. Bir neçə dəfə arxasınca gediblər, amma evlərinə geri qayıtmayıb. Hal-hazırda uşaqlar onun himayəsindədir, ona görə də cavabdehdən aliment tələb etmək qərarına gəlib. O, cavabdehlə birgə nikahlarından doğulmuş uşaqların hal-hazırda saxlanmaları üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla üç uşaq üçün cəmi 600 (alt yüz) manat sabit pul məbləğində alimentin uşaqların anası Cavabdeh alınıb ona verilməsi tam ədalətlidir. 2025-cü ildə yaşayış minimumu Azərbaycan Dövləti tərəfindən hər ay hər uşaq üçün 246 manat müəyyən edilmişdir. Bu məqsədlə əvvəlcə Mediasiya Təşkilatına müraciət edib. Əslini bu ərizəyə daxil etdiyi xx.xx.2025-cü il tarixli Mediasiya arayışından görünür ki, cavabdeh X2 prosesində iştirak etməmişdir.

8. Cavabdeh xx.xx.2025-ci il tarixdə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli 95 saylı nikahın pozulması və xx.xx.2010-cu il təvəllüdlü X16, xx.xx.2011-cı il təvəllüdlü X19 və xx.xx.2016-cı il təvəllüdlü X14 atadan alınaraq ananın himayəsinə verilməsi və hər uşağa görə 200 manat məbləğində, ümumilikdə 600 manat alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh İddiaçı ilə xx.xx.2007-ci ildə nikaha daxil olmuşlar. Bu nikahdan tərəflərin xx.xx.2010-cu il təvəllüdlü X16, xx.xx.2011-cı il təvəllüdlü X19 və xx.xx.2016-cı il təvəllüdlü X20 doğulmuşdur. Cavabdeh İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iddiaçıdan üç uşağın saxlanılması üçün aliment tələbi barədə iddia qaldırmışdır. Nikaha girdikdən sonra iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı münasibətləri normal olsa da, sonradan tərəflərin münasibəti dözülməz həddə çatmışdır. Belə ki, dəfələrlə cavabdeh İddiaçı Cavabdeh qarşı şiddət göstərmiş, onu azyaşlı uşaqlarının qarşısında alçaltmışdır. Bu səbəbdəndir ki, ailənin böyük övladı anaya qarşı aqressiv davranır, hətta iddiaçı uşaqlarına zəng edib danışmaq istəyərkən onlar atalarının təsiri ilə onu söyüb təhqir edir. İddiaçının 2024-cü ilin 19 dekabrında səhər saat 06.00 radələrində evdən qaçmasının səbəbi onun döyülməsi, sonra da mal-qaranın zir zibilini yeməyə məcbur edilməsi və bir sözlə alçaldılması olmuşdur. İddiaçı əvvəllər döyüldüyü vaxtlarda atası evinə qayıtmaq istəsə də atasının sağlığında bunu edə bilməmişdir, belə ki, atası onu evinə qayıtmasına və hər şeyə dözməsini, bir sözlə ailədə belə şeylər olur deməklə onu belə ağır həyat şəraitində yaşamağa məhkum etmişdir. İddiaçı qorxusundan, uşaqlarından ayrı düşməmək üçün hər şeyə dözmüşdür. Cavabdehin ailə dəyərlərinə zidd hərəkətləri, mənəviyyatsızlığı, davranışları, şiddət göstərməsi, öz həyat yoldaşını dəfələrlə alçaltması sonda ailənin dağılmasına gətirib çıxarmışdır. Artıq onların bir ailə kimi bir yerdə yaşaması qeyrimümkündür. Ortaq fikirləri, bölüşə biləcəkləri heç bir şey qalmamışdır. İddiaçı azyaşlı övladlarının cavabdehin yanında qalmasını istəmir, çünki cavabdeh azyaşlı uşaqlara təzyiq göstərək onların psixoloji durumunu məhv edir.

10. İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında xx.xx.2007-ci il tarixində bağlanmış nikahın ləğv edilməsi, nikah ləğv edildikdən sonra birgə nikahdan olan övladları xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X14 onun himayəsində saxlanması, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək maddi cəhətdən saxlanmaları üçün hər ay hər uşağa görə 246 manat olmaqla, cəmi 738 manat alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2007-ci il tarixində nikah qeydiyyatından keçib ailə qurub. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X16, xx.xx.2011-ci il təvəllüdlü X19 və xx.xx.2016-cı il təvəllüdlü X20 anadan olmuşlar. Onlar əvvəllər yaxşı münasibətdə olmuş, sonradan cavabdeh onu saymamış, həyat yoldaşı kimi onunla hesablaşmamış, dəfələrlə evdən qaçıb getmişdir. xx.xx.2024-cü il tarixində yenidən heç bir səbəb olmadan cavabdeh evdə dava-dalaş salmış və evdən qaçıb getmişdir. O və valideynləri dəfələrlə arxasınca gedib evə gəlməyini xahiş etsələr də, onunla yaşamaq istəmədiyini bildirmişdir. Artıq ailələri dağılmış, bərpası mümkün deyildir. Hesab edir ki, xx.xx.2007-ci il tarixində aralarında bağlanmış nikah ləğv edilməlidir. Nikah ləğv edildikdən sonra birgə nikahdan olan övladları xx.xx.2010-cu il təvəllüdlü X16, xx.xx.2011-ci il təvəllüdlü X19 və xx.xx.2016-cı il təvəllüdlü X20 onun himayəsində saxlanmalıdırlar.

12. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-822/2025 nömrəli qərardadı ilə (hakim Natiq İsmayılov) İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların atasının yanında saxlanılması və aliment” tələbinə dair iddia üzrə 2(074)- 822/2025 nömrəli mülki işlə Şamaxı Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın atadan alınıb anaya verilməsi və aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə 2(074)-626/2025 nömrəli mülki işin bir icraatda birləşdirilməsi və həmin işlərə eyni vaxtda 2(074)-626/2025 qeydiyyat nömrəsi ilə baxılması qərara alınmışdır.

13. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia İddiaçı ilkin iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Vüsalə əvvəllər də dəfələrlə evi tərk edib. Cavabdehin öz bacısı qızı ona bildirib ki, cavabdeh əxlaqsızlıqla məşğul olur. O, Vüsaləyə şiddət göstərməyib. Uşaqlara zəng edib, boşanma üçün müraciət etmələrini deyirdi. Cavabdeh onun adına Bakıda və ya Kürdəmirdə ev alınsa geri qayıdacağını bildirirdi, lakin onun elə imkanı yoxdur.

14. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia İddiaçı nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, tərəflər 2007-ci ildə ailə qurublar. 3 uşaqları olub. Xanım dəfələrlə evi tərk edib. 2024-cü ildə gecə saatlarında evi tərk edib, cavabdehin bacısı qızı onun əxlaqsızlıqla məşğul olduğunu deyib. Uşaqların atasının himayəsində saxlanılmasını və aliment təyin olunmasını xahiş edir. Uşaqlar atalarının yanında qalmaq istəyirlər. Psixoloji ekspertizanın və Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi də bunu təsdiq edir.

15. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə Cavabdeh bildirmişdir ki, o, evi 2024-cü ildə iddiaçı tərəfindən şiddət gördüyünə görə 1 dəfə tərk edib. Evdən gedəndə balaca oğluna onunla getməyi təklif edib, lakin o, razı olmayıb. Böyük övladlarına isə təklif etməyib. Digər övladlarına isə deməyib. Çünki onların onunla gəlməyəcəklərini bilirdi. Şiddət göstərdiyi üçün Kürdəmirdə polis şöbəsinə müraciət edib, oradan Şamaxıya müraciət etməyini bildiriblər. Lakin Şamaxı polis şöbəsinə müraciət etməyib. İddiaçı ilə barışmaq ehtimalına görə uşaq tələbi ilə bağlı məhkəmə müraciət etməyib. Evdən gedənə qədər uşaqlarla münasibəti yaxşı olub, daha sonra isə pisləşib.

16. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, Vüsalə hazırda anası ilə birlikdə Kürdəmir rayonunda yaşayır. Günəmuzd olaraq çalışır. Balaca uşaq anaya bağlıdır. Böyükləri isə ona qarşı öyrədiblər. Vüsalənin valideynləri uşaq tələbi ilə bağlı nə məhkəməyə nə də polisə müraciət etməyə icazə verməyiblər.

17. Məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X17 izahatında bildirmişdir ki, məhkəmənin qərarı ilə əlaqədar hər iki tərəfin mənzil-məişət və həyat şəraiti müayinə edilmişdir. Uşaların 15, 14 və 9 yaşaları olduğundan onlarla müvafiq söhbətlər aparılmış və birgə nikahdan doğulmuş uşaqlar atalarının himayəsində yaşamaq istədiklərini bildirmişlər. Bu səbəbdən rəydə uşaqların atalarının himayəsində saxlanılmasını məqsədəmüvafiq hesab ediblər.

18. Məhkəmə iclasında iclasında fikri dinlənilmiş azyaşlı xx.xx.2010-cu il təvəllüdlü X16 atasının yanında qalmaq istədiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, anası evdə əsassız mübahisələr yaradıb. Onlara sevgi və qayğı göstərməyib. Anası evi dəfələrlə tərk edib. Onu gətirmək üçün Kürdəmir rayonuna getmiş və anasına onunla qalmaq istədiyini bildirmiş, lakin xalasının əri anasına uşaqları göndərməsini bildirmiş, anası isə, onları polislə hədələyib qovmuşdur. Hazırda Kürdəmir rayonunda anası xalasının evində, nənəsi, xalası, xalasının həyat yoldaşı və uşaqları ilə birlikdə yaşayırlar.

19. Məhkəmə iclasında fikri dinlənilmiş azyaşlı xx.xx.2011-ci il təvəllüdlü X19 atasının yanında qalmaq istədiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, anası evi dəfələrlə tərk edib. Onu gətirmək üçün Kürdəmir rayonuna getsələr də, onları polislə hədələyib qovalayıblar. Anası onlara zəng edib, başqa şəxslə evlənəcəyini, buna görə də atasının onu boşamasını üçün müraciət etməsini bildirib.

20. Məhkəmə iclasında fikri dinlənilmiş azyaşlı xx.xx.2016-cı il təvəllüdlü X20 atasının yanında qalmaq istədiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, anası evi tərk edəndə onunla getməsini təklif etməyib. Anası onları atıb gedib.

21. xx.xx.2025-ci il tarixli, 5-75/2-456/2025 saylı Şamaxı Rayonu İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının rəyindən görünür ki, Komissiya 12 aprel 2010-cu il təvəllüdlü X7, 07 oktyabr 2011-ci il təvəllüdlü X13 və 09 fevral 2016-cı il təvəllüdlü X14 ataları İddiaçı himayəsində saxlanılmalarını məqsədəmüvafiq hesab edir.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 11/423 nömrəli rəyindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X13 hal-hazırda ataları İddiaçı bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anaları Cavabdeh bağlılıqları müəyyən olunmur. xx.xx.2016-cı il təvəllüdlü X14 hal-hazırda atası İddiaçı və anası Cavabdeh bağlılığı üzə çıxmaqla, atası İddiaçı bağlılığı daha çoxdur. X7, X13 və X14 hal-hazırda bir-birlərinə bağlılıqları, hissi-emosional tələbatları yüksək olmaqla, uzun müddət ərzində ünsiyyətdə olmamaları onların emosional-iradi sferasına neqativ təsir göstərə bilər. X16, X19 və X20 psixi cəhətdən normal inkişaf etməklə, onların əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri və idrak (psixi) proseslərinin inkişafında normadan kənaraçıxma halları müəyyən olunmur. X7, X13 və X14 psixikası və davranışlarında valideynlərinə qarşı olan münasibətləri ilə bağlı və hansı valideynin himayəsində yaşamaqlarını seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. Boşanmadan sonra uşaqla ünsiyyət qaydasının (ünsiyyət vaxtlarının və müddətinin) müəyyən olunması, eləcə də uşağın hansı valideyninin himayəsində yaşamasının məqsədəuyğun olması, həmin halın gələcəkdə uşağın psixoloji vəziyyətinə və psixi inkişafına necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aid deyildir. X7, X13 və X14 hal-hazırda psixoloji vəziyyətləri qənaətbəxş olmaqla, onların emosional-iradi sferalarında və idrak proseslərinin inkişafında normadan kənaraçıxma halları üzə çıxmır.

23. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-626/2025 nömrəli qərardadı ilə (hakim Natiq İsmayılov) İddiaçı Cavabdeh qarşı “nikah pozulması, uşaqların atanın yanında saxlanması və aliment” tələbinə dair iddia ərizəsi “aliment” tələbinə dair hissədə baxılmamış saxlanılmışdır.

24. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-626/2025 nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) İddiaçı Cavabdeh qarşı “nikah pozulması, uşaqların atanın yanında saxlanması və aliment” tələbinə dair iddiası qismən, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın atadan alınıb anaya verilməsi və aliment” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 22 iyun 2007-ci il tarixdə Azərbaycan Respublikası Şamaxı Rayon Vətəndaşlıq Vəziyyəti X9 Şöbəsində 95 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 12 aprel 2010-cu il təvəllüdlü X16, 07 oktyabr 2011-ci il təvəllüdlü X19 və 09 fevral 2016-cı il təvəllüdlü X14 ilkin iddia üzrə iddiaçı (atası) İddiaçı himayəsində saxlanılması, 24 fevral 2025-ci il tarixdən başlayaraq 12 aprel 2010-cu il təvəllüdlü X16, 07 oktyabr 2011-ci il təvəllüdlü X19 və 09 fevral 2016-cı il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqının 0,27 misli həddində sabit pul məbləğində aliment tutulması, İddiaçı Cavabdeh qarşı “nikah pozulması, uşaqların atanın yanında saxlanması və aliment” tələbinə dair iddiası, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın atadan alınıb anaya verilməsi və aliment” tələbinə dair qarşılıqlı iddiasının qalan hissədə təmin edilməməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi, alimentin hesablanması zamanı Şamaxı Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, e-16(074)-27/2025 saylı qərardadına əsasən tutulan müvəqqəti alimentin məbləğinin nəzərə alınması və iş üzrə keçirilmiş ekspertiza xərcini təşkil edən 120 manat pulun 60 manatının İddiaçı, 60 manatının Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

25. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan tərəflər nikahlarının pozulmasına qarşılıqlı şəkildə razı olduqlarından, onların nikahı pozulma səbəbi məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqların hazırda atasının himayəsində yaşaması, həmçinin məhkəmə-psixoloji ekspertizası və Şamaxı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın rəyi və digər mənafeləri nəzərə alınaraq, tərəflərin nikahları pozulduqdan sonra 12 aprel 2010-cu il təvəllüdlü X16, 07 oktyabr 2011-ci il təvəllüdlü X19 və 09 fevral 2016-cı il təvəllüdlü X20 iddiaçının (atasının) yanında saxlanılmalıdır. Tərəflərin yetkinlik yaşına çatmayan uşaqları iddiaçının (atasının) yanında saxlandığından, uşaqların saxlanılması üçün aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Məhkəmə, tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları, eləcə də ilkin iddia üzrə iddiaçının da bir valideyn kimi uşağını saxlamaq vəzifəsinin olmasını nəzərə alaraq hesab edir ki, 12 aprel 2010-cu il təvəllüdlü X16, 07 oktyabr 2011-ci il təvəllüdlü X19 və 09 fevral 2016-cı il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılması üçün 24 fevral 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqının 0,27 misli həddində sabit pul məbləğində aliment ilkin iddia üzrə cavabdehdən ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır.

26. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17, 34-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1, 22.2, 36.9, 49.2, 49.3, 52, 60.1, 60.2, 60.3, 60.4, 75.1, 75.4, 78.1, 78.2, 100.2, 234.2.1-ci, “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3, 5, 19-cu, “Uşaq Hüquqları haqqında” BMT-nin Konvensiyasının 18-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

27. Qətnamədən ilkin iddia üzrə cavabeh Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə formal mülahizələrə əsasən qəbul olunmuş qətnamədir. O, qətnamənin uşağın atasına verilməsi və aliment hissəsində narazıdır. Belə ki, qətnamədən aydın olur ki, hakim qəyyumluq və himayəçilik komissiyasının, məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli 5-75/456/20025 saylı rəyinə əsaslanmış və həmin rəylərə əsasən uşaqları atasına vermişdir. Halbuki o, rəylərin heç biri ilə tanış olmamış, həmin rəylər məhkəmədən öncə ona təqdim olunmamışdır və ona görə də o, rəylərə heç bir münasibətini bildirə bilməmişdir. Halbuki məhkəmə tərəfindən rəy onlara təqdim olunan kimi dərhal tərəflərə göndərilməli, tərəflər rəyə öz münasibətini bildirməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İlkin iddia üzrə İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazında qeyd etmişdir ki, məhkəmə uşaqların mənafeyini üstün tutaraq onları dinləmiş, əldə olan sübutları, anasının uşaqlarını atıb evi tərk etməsini nəzərə alaraq atasının himayəsinə vermişdir. Prosesual maddələrin pozulmasına gəldikdə isə Cavabdeh Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinin pozulduğunu, yəni tərəflərin təqdim etdikləri sübutların araşdırlmadığını və onlardan istifadə olunmamasını, məhkəmə tərəfindən guya səs yazılarma qulaq asılmamasını, həmçinin ekspert rəylərinin ona təqdim edilməməsini və nəticə etibarı ilə vəsatətlər verməyə mane olunduğunu və araşdırılmalı olan halların araşdırılmadığını qeyd etmişdir. Bu tamamilə yalandır. Məhkəmə işə obyektiv yanaşmış, hərtərəfli araşdırma aparmış, Cavabdeh vəkili olmuş və ekspert rəyləri elektron kabinetə yerləşdirilmişdir. Vəkil ekspert rəyləri ilə müdafiə etdiyi şəxsi tanış etməmişdir. Buna baxmayaraq hakim ekspert rəyləri ilə onu yenidən tanış etmiş, səs yazılarına qulaq asmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

32. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şamaxı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının nümayəndəsi X3 tərəfindən verilmiş rəyi müdafiə edərək bildirmişdir ki, uşaqlar bir-birlərinə və atalarına sıx bağlıdırlar. Uşaqlar ilə tərəflərindən təklikdə söhbət aparılmış və hər biri ataları ilə qalmaq istədiklərini bildirmişdirlər. Komissiya uşaqların atalarının yanında qalmalarını uyğun hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

33. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur.

34. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

“Uşaq hüquqları haqqında” Konvensiyası

35. Maddə 27. Hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

36. Maddə 49. Uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququ (...) 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.

37. Maddə 52. Uşağın öz fikrini bildirmək hüququ Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

38. Maddə 60. Valideynlik hüquqlarının həyata keçirilməsi (...) 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

39. Maddə 73. Məhkəmədə uşaqların tərbiyəsi ilə bağlı mübahisəyə baxıldıqda müvafiq icra hakimiyyəti orqanının iştirakı 73.1. Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. (...)

40. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

41. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

42. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

43. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

44. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

45. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

48. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

49. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi nikah pozulduqdan sonra uşaqların ilkin iddia üzrə iddiaçı (atası) İddiaçı himayəsində saxlanılması və onların saxlanılması üçün ilkin iddia üzrə cavabdehdən ilkin iddia üzrə iddiaçının xeyrinə aliment tutulması hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissələrdə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Uşaqların hansı valideynin himayəsində saxlanılması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 7.1-ci bəndinə əsasən valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir.

52. Həmin Qərarın 7.6-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur.

53. İş materiallarında olan 18 avqust 2025-ci il tarixli, 5-75/2-456/2025 saylı Şamaxı Rayonu İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının rəyindən görünür ki, Komissiya 12 aprel 2010-cu il təvəllüdlü X7, 07 oktyabr 2011-ci il təvəllüdlü X13 və 09 fevral 2016-cı il təvəllüdlü X14 ataları İddiaçı himayəsində saxlanılmaları məqsədəmüvafiq hesab edilmişdir.

54. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2025-ci il tarixli, 11/423 nömrəli rəyindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X13 hal-hazırda ataları İddiaçı bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, anaları Cavabdeh bağlılıqları müəyyən olunmur. xx.xx.2016-cı il təvəllüdlü X14 hal-hazırda atası İddiaçı və anası Cavabdeh bağlılığı üzə çıxmaqla, atası İddiaçı bağlılığı daha çoxdur. X7, X13 və X14 hal-hazırda bir-birlərinə bağlılıqları, hissiemosional tələbatları yüksək olmaqla, uzun müddət ərzində ünsiyyətdə olmamaları onların emosional-iradi sferasına neqativ təsir göstərə bilər. X16, X19 və X20 psixi cəhətdən normal inkişaf etməklə, onların əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri və idrak (psixi) proseslərinin inkişafında normadan kənaraçıxma halları müəyyən olunmur. X7, X13 və X14 psixikası və davranışlarında valideynlərinə qarşı olan münasibətləri ilə bağlı və hansı valideynin himayəsində yaşamaqlarını seçmələri ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. X7, X13 və X14 hal-hazırda psixoloji vəziyyətləri qənaətbəxş olmaqla, onların emosional-iradi sferalarında və idrak proseslərinin inkişafında normadan kənaraçıxma halları üzə çıxmır.

55. Məhkəmə kollegiyası hesab edir ki, hər iki valideyn uşaqlara münasibətdə bərabər hüquq və vəzifələr daşısalar da, bu xarakterli mübahisələrin həllində uşaqların üstün mənafeyi daha çox nəzərə alınmalıdır.

56. Ailə Məcəllənin 73-cü maddəsinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.

57. İşin mübahisə olunmayan hallarına görə tərəflərin birgə nikahından doğulmuş övladları 12 aprel 2010-cu il təvəllüdlü X7, 07 oktyabr 2011-ci il təvəllüdlü X13 və 09 fevral 2016-cı il təvəllüdlü X14 ataları İddiaçı yanında yaşayırlar.

58. Məhkəmə kollegiyasının iclasında fikirləri dinlənilərkən 12 aprel 2010-cu il təvəllüdlü X16, 07 oktyabr 2011-ci il təvəllüdlü X19 və 09 fevral 2016-cı il təvəllüdlü X20 anaları ilə qalmaq istəmədiklərini, atalarının yanında qalmaq istədiklərini israrla bildirmişlər.

59. Məhkəmə kollegiyası uşaqların öz fikirlərini bildirmək hüququnu nəzərə alır və qeyd edir ki, bu hüququn həyata keçirməsi uşaqların mənafeyinə uyğun olmalıdır. Valideynlər arasında olan münasibətlər uşaqların mənafeyinə zidd olmamalı və yaranmış vəziyyət onların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.

60. Habelə uşaqların biri-birinə bağlılıqları və onların ayrı yaşamaqlarının onların psixiki inkişafına mənfi təsir göstərəcək hallar kimi nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı vəziyyətdə tərəflər arasında bağlanmış nikah qeydi pozulduqdan sonra 12 aprel 2010-cu il təvəllüdlü X7, 07 oktyabr 2011-ci il təvəllüdlü X13 və 09 fevral 2016-cı il təvəllüdlü X14 ataları İddiaçı yanında qalmaları barədə birinci instansiya məhkəməsinin gəldiyi nəcitə əsaslıdır.

61. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin aliment tutulması ilə bağlı gəldiyi nəticəni də işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. 62 Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

63. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

64. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

65. Birinci instaniya məhkəməsi 24 fevral 2025-ci il tarixdən başlayaraq 12 aprel 2010-cu il təvəllüdlü X16, 07 oktyabr 2011-ci il təvəllüdlü X19 və 09 fevral 2016-cı il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqının 0,27 misli həddində sabit pul məbləğində aliment tutulmasını müəyyən etmişdir.

66. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(074)-626/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-626/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar