Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-137/2023 20.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı qapalı səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «müqavilələrin ləğv edilməsi, pul tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qapalı səhmdar cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit razılaşmasının və xx.xx.2021-ci il tarixli, 006R**********S saylı sazişin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 006R********** saylı kredit razılaşması üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 17.752 manat 48 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 4.305 manat 98 qəpik, cərimə qismndə 8.147 manat 62 qəpik, 006R********** saylı kredit razılaşması üzrə 3.222 manat 70 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 733 manat 04 qəpik, cərimə qismində 1.473 manat 71 qəpik, cəmi 35.635 manat 53 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 manat və xidmət haqqının əvəzi qismində 120 manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospektində istifaddə olan 0.0194 ha torpaq sahəsində yerləşən, torpaq sahəsindin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqları olan 189.6 kvadrat metr ümumi sahədən ibarət 438C nömrəli qeyri-yaşayış binasının açıq hərracdan satılması, 35.635 manat 53 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 120 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsiə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi qaydada tutulması, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospektində istifaddə olan 0.0194 ha torpaq sahəsində yerləşən, torpaq sahəsinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqları olan 189.6 kvadrat metr ümumi sahədən ibarət 438C nömrəli qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan bir ay sonra həmin qeyri-yaşayış sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi R.T.Məmmədov məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, İddiaçı qapalı səhmdar cəmiyyəti ilə 23 yanvar 2019-cu il tarixdə bağladığı 006L**********27 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 500.000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı 23 yanvar 2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 faiz olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 25.000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 01 may 2020-ci il tarixli 006R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bədinin tələbini pozaraq, kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 27 may 2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 7.247 manat 52 qəpik ödəmiş, onun 17.752 manat 48 qəpik məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kredit verildiyi tarixdən onun tam qaytarımasınadək hesablanır. Bir gün üçün faiz kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcunu İddiaçı qapalı səhmdar cəmiyyətinə qaytarmadığı üçün 13 avqust 2021-ci il tarixə 443 gün üçün hesablanmış faiz borcu 4.305 manat 98 qəpik təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kreditin qalığının 0,1 faiz məbləğində cərimə ödəməlidir. 13 avqust 2021-ci il tarixə 443 gün üçün hesablanmış cərimə isə 8.147 manat 62 qəpik təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı 14 may 2019-cu il tarixli 006R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 01 may 2020-ci il tarixli 006R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət ödəməli olduğu vəsaitləri 14 may 2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1.777 manat 30 qəpik ödəmiş, onun 3.222 manat 70 qəpik məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 13 avqust 2021-ci il tarixə 456 gün üçün hesablanmış faiz borcu 733.04 manat təşkil edir. 13 avqust 2021-ci il tarixə 456 gün üçün hesablanmış cərimə 1.473 manat 71 qəpik təşkil edir. Cavabdeh1 ilə İddiaçı qapalı səhmdar cəmiyyəti arasında bağlanmış kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı qapalı səhmdar cəmiyyəti arasında bağlanmış zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 İddiaçı qapalı səhmdar cəmiyyəti qarşısında öhdəliklərin icrası üzrə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka verənlər Cavabdeh3 Cavabdeh2 ilə Bank arasında bağlanılmış 23 yanvar 2019-cu il tarixli 006M**********01 saylı ipoteka müqaviləsi (Gəncə şəhəri 2 saylı notariat ofisinin xüsusi notariusu N.H.İmanov tərəfindən təsdiq edilib) əsasında Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospektində istifadədə olan 0.0194 ha torpaq sahəsində yerləşən torpaq sahəsinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqları olan 189.6 kv.metr ümumi sahədən ibarət 438C nömrəli qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən 28 yanvar 2019-cu tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospektində istifadədə olan 0.0194 ha torpaq sahəsində yerləşən, torpaq sahəsinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqları olan 189.6 kv.metr ümumi sahədən ibarət 438C nömrəli qeyri-yaşayış bina Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı qapalı səhmdar cəmiyyəti cavabdeh ipoteka verənlər Cavabdeh3 və Cavabdeh2 09 iyul 2021-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 15 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 öhdəliklərinin icrası barədə dəfələrlə xəbərdarlıq edilsə də həmin şəxslər öhdəliklərin icasını təmin etməmişdir. Buna görə də İddiaçı qapalı səhmdar cəmiyyəti hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi R.T.Məmmədov iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddianı qismən qəbul edərək, bildirdi ki, o İddiaçı qapalı səhmdar cəmiyyətindən iddia ərizəsində göstərilmiş məbləğdə vəsaiti kredit götürmüşdür. Əvvəllər o, kredit müqavilələri üzrə öhdəliklərini vaxtında icra etsə də, sonradan maddi imkanı pisləşmiş və həmin öhdəliklərini yerinə yetirə bilməmişdir. Buna görə də o, iddia tələbini əsas və faiz borcuna dair hissədə qəbul etsə də, dəbbə pulu tələbinə dair hissədə qəbul etmir. Belə ki, hazırda ona yüksək məbləğdə dəbbə pulu hesablanmışdır. Bundan başqa, o, borcunu Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospektində istifadədə olan 0.0194 ha torpaq sahəsində yerləşən, 189.6 kv.metr ümumi sahədən ibarət 438C nömrəli qeyri-yaşayış binasının satılması hesabına ödəyəcəkdir. Həmin qeyri-yaşayış binasının ilkin satış qiyməti ipoteka müqaviləsində 60.000 manat məbləğində nəzərdə tutulsa da, hazırda onun likvid dəyəri 115.000 manat təşkil edir. Qeyd olunan səbəbdən də ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 115.000 manat məbləğində müəyyən olunmalıdır. Sonda Cavabdeh1 iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və Cavabdeh1 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23 yanvar 2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçıqapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh1 120 ay müddətinə 500.000 manat məbləğində kredit xətti açılmışdır. İşdə olan 23 yanvar 2019-cu il tarixli, 006R********** saylı kredit razılaşmasının və kreditin verilməsi barədə eyni tarixli bank qəbzinin surətindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 1.75% olmaqla, 36 ay müddətinə, 1 saylı əlavədə müəyyən olunmuş qrafik üzrə qaytarmaq şərti ilə, 25.000 manat məbləğində kredit verilmişdir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1%-i məbləğində cərimə ödəməlidir. İş materiallarında olan 23 yanvar 2019-cu il tarixli zaminlik müqavilələrinin surətlərindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 23 yanvar 2019-cu il tarixli, 006L**********27 saylı uzunmüddətli kredit müqaviləsi və həmin müqavilə əsasında bağlanacaq kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İşdə olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 01 may 2020-ci il tarixli 006R**********S saylı sazişin surətindən görünür ki, 23 yanvar 2019-cu il tarixli, 006R********** saylı kredit razılaşmasının müddəti 25 aprel 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 14 may 2019-cu il tarixli, 006R********** saylı kredit razılaşmasının və kreditin verilməsi barədə eyni tarixli bank qəbzinin surətindən görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 2.0833% olmaqla, 24 ay müddətinə, 1 saylı əlavədə müəyyən olunmuş qrafik üzrə qaytarmaq şərti ilə, 5.000 manat məbləğində kredit verilmişdir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1%-i məbləğində cərimə ödəməlidir. İşdə olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 01 may 2020-ci il tarixli 006R**********S saylı sazişin surətindən görünür ki, 23 yanvar 2019-cu il tarixli, 006L**********27 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 14 may 2019cu il tarixli, 006R********** saylı kredit razılaşmasının müddəti 14 iyul 2021-ci il tarixədək uzadılmışdır. Mülki işə əlavə edilmiş İddiaçı qapalı səhmdar cəmiyyətinin 18 avqust 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 23 yanvar 2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə ödənilməmiş əsas borc qismində 17.752 manat 48 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 4.305 manat 98 qəpik, cərimə qismində 8.147 manat 62 qəpik, cəmi 30.206 manat 08 qəpik borcu yaranmışdır. İşdə olan İddiaçı qapalı səhmdar cəmiyyətinin 18 avqust 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 14 may 2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə ödənilməmiş əsas borc qismində 3.222 manat 70 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 733 manat 04 qəpik, cərimə qismində 1.473 manat 71 qəpik, cəmi 5.429 manat 45 qəpik borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş 23 yanvar 2019-cu il tarixli 006M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 ümumi mülkiyyətində olan, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospektində 0.0194 ha torpaq sahəsində yerləşən, 189.6 kv.metr ümumi sahədən ibarət 438C nömrəli qeyri-yaşayış binası kredit müqaviləsi üzrə öhdəliyin təminatı qismində ipotekaya qoyulmuşdur. İşdə olan RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospektində 0.0194 ha torpaq sahəsində yerləşən, 189.6 kv.metr ümumi sahədən ibarət 438C nömrəli qeyri-yaşayış binası Cavabdeh3 və Cavabdeh2 ümumi mülkiyyətindədir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospektində 0.0194 ha torpaq sahəsində yerləşən, 189.6 kv.metr ümumi sahədən ibarət 438C nömrəli qeyri-yaşayış binası İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin surətlərindən görünür ki, ipoteka qoyan Cavabdeh3 və Cavabdeh2 tələbin ipoteka predmetlərlərinə yönəldilməsinə başlanması barədə xəbərdar edilmişlər. İş materiallarında olan müstəqil qiymətləndirici "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 25 yanvar 2022-ci il tarixli 02-123/21 nömrəli rəydən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospektində istifadədə olan 0.0194 ha torpaq sahəsində yerləşən, torpaq sahəsinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyina torpaqları olan 189.6 kv.metr ümumi sahədən ibarət 438C nömrəli qeyri-yaşayış binasının bazar qiyməti 133.000 manat təşkil edir. İşdə olan müstəqil qiymətləndirici "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş 02 avqust 2022-ci il tarixli rəydən görünür ki, ipoteka predmetləri olan, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospektində istifadədə olan 0.0194 ha torpaq sahəsində yerləşən, torpaq sahəsinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyina torpaqları olan 189.6 kv.metr ümumi sahədən ibarət 438C nömrəli qeyriyaşayış binasının likvid satış qiyməti 115.000 manat təşkil edir. İş materiallarında olan 29 dekabr 2022-ci il tarixli, 9/8245 nömrəli ekspert rəyindən görünür ki, 23 yanvar 2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə əsas borc 17.752 manat 48 qəpik, faiz borcu 4.285 manat 90 qəpik, 14 may 2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə isə əsas borc 3.222 manat 70 qəpik, faiz borcu 697 manat 30 qəpik təşkil edir. Beləliklə, işdə olan sənədlərlə Cavabdeh1 İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə iddiaçıya 23 yanvar 2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə ödənilməmiş əsas borc qismində 17.752 manat 48 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 4.285 manat 90 qəpik, 14 may 2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə isə ödənilməmiş əsas borc qismində 3.222 manat 70 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 697 manat 30 qəpik məbləğində borcunun olduğu təsdiq olunur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 23 yanvar 2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə 8.147 manat 62 qəpik təşkil edən cərimə məbləğinin 200 manat məbləğinə qədər, 14 may 2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə 1.437 manat 71 qəpik təşkil edən cərimə məbləğinin 100 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh1 kredit öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə İddiaçı qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 23 yanvar 2019-cu il tarixli 006R********** saylı kredit razılaşması, həmin razılaşmanın əlavəsi olan 01 may 2020-ci il tarixli 006R**********S saylı saziş ləğv edilməli, 23 yanvar 2019-cu il tarixli 006R********** saylı kredit razılaşması üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 17.752 manat 48 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 4.285 manat 90 qəpik məbləğində pul vəsaiti, cərimə qismində 200 manat, 14 may 2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.222 manat 70 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 697 manat 30 qəpik məbləğində pul vəsaiti, cərimə qismində 100 manat cəmi 26.258 manat 38 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa, tərəflər arasında kredit müqaviləsinin təminatı olaraq, 23 yanvar 2019-cu il tarixdə ipoteka müqaviləsi bağlanmış, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ümumi mülkiyyətində olan, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospektində 0.0194 ha torpaq sahəsində yerləşən, 189.6 kv.metr ümumi sahədən ibarət 438C nömrəli qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.1-ci maddəsinin tələbinə görə, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinin tələbinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. ««İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 nömrəli Qərarının 21-ci bəndində məhkəmələrə izah edilmişdir ki, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən «İpoteka haqqında» Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edibetməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma «İpoteka haqqında» Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Mülki işə məhkəmədə baxıldığı dövrdə cavabdehlər ipoteka predmeti olan əmlakın ipoteka müqaviləsində göstərilmiş qiymətini mübahisələndirmiş və bununla əlaqədar iş üzrə müstəqil qiymətləndiricilər təyin olunmuş, ipoteka predmeti olan əmlakın bazar dəyərinin 133.000 manat, likvid dəyərinin isə 115.000 manat məbləğində olduğu müəyyən edilmişdir. Buna görə də məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə öhdəliklər borclu tərəfindən pozulduğundan həmin öhdəliklərin icrasının təmini kimi ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospektində 0.0194 ha torpaq sahəsində yerləşən, 189.6 kv.metr ümumi sahədən ibarət 438C nömrəli qeyri-yaşayış binasına tutma yönəldilməli, onun satışından əldə edilən vəsait hesabına borc ödənilməli, müstəqil qiymətləndiricinin rəyinə uyğun olaraq ipoteka predmeti olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 115.000 manat məbləğində müəyyən edilməli, ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış binası açıq hərracda satıldıqdan ən geci 1 ay sonra həmin bina boşaldılaraq alıcıya təhvil verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, cəmi 26.258 manat 38 qəpik məbləğində pul vəsaiti Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə tutulması hissəsində iddia tələbi ilə əhatə olunduğuna və həmin tələb üzrə qərar çıxarıldığına görə, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait tələbin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutulması hissəsində iddia tələbi üzrə əlavə qərar çıxarılmasına zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 manat və 120 manat xidmət haqqı məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının, müstəqil qiymətləndiricinin keçirilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 200 manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və 200 manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 145 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı qapalı səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. İddiaçı qapalı səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 23 yanvar 2019-cu il tarixli 006R********** saylı kredit razılaşması, həmin razılaşmanın əlavəsi olan 01 may 2020-ci il tarixli 006R**********S saylı saziş ləğv edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə 23 yanvar 2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 17.752 (on yeddi min yeddi yüz əlli iki) manat 48 (qırx səkkiz) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 4.285 (dörd min iki yüz səksən beş) manat 90 (doxsan) qəpik, cərimə qismində 200 (iki yüz) manat, 14 may 2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.222 (üç min iki yüz iyirmi iki) manat 70 (yetmiş) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 697 (altı yüz doxsan yeddi) manat 30 (otuz) qəpik, cərimə qismində 100 (bir yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 (on) manat və xidmət haqqının əvəzi qismində 120 (bir yüz iyirmi) manat, cəmi 26.418 (iyirmi altı min dörd yüz on səkkiz) manat 38 (otuz səkkiz) qəpik məbləğində pul vəsaiti tutulsun. Tələb üzrə tutma Cavabdeh2 və Cavabdeh3 ümumi mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospektində 0.0194 ha torpaq sahəsində yerləşən, 189.6 kv.metr ümumi sahədən ibarət 438C nömrəli qeyri-yaşayış binasına yönəldilsin. Cavabdeh2 və Cavabdeh3 ümumi mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospektində 0.0194 ha torpaq sahəsində yerləşən, 189.6 kv.metr ümumi sahədən ibarət 438C nömrəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 115.000 (bir yüz on beş min) manat müəyyən edilsin. Cavabdeh2 və Cavabdeh3 ümumi mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospektində 0.0194 ha torpaq sahəsində yerləşən, 189.6 kv.metr ümumi sahədən ibarət 438C nömrəli qeyri-yaşayış binasının açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına Cavabdeh1 İddiaçı qapalı səhmdar cəmiyyətinə 23 yanvar 2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 17.752 (on yeddi min yeddi yüz əlli iki) manat 48 (qırx səkkiz) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 4.285 (dörd min iki yüz səksən beş) manat 90 (doxsan) qəpik, cərimə qismində 200 (iki yüz) manat, 14 may 2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.222 (üç min iki yüz iyirmi iki) manat 70 (yetmiş) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 697 (altı yüz doxsan yeddi) manat 30 (otuz) qəpik, cərimə qismində 100 (bir yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 (on) manat və xidmət haqqının əvəzi qismində 120 (bir yüz iyirmi) manat, cəmi 26.418 (iyirmi altı min dörd yüz on səkkiz) manat 38 (otuz səkkiz) qəpik məbləğində borcu ödənilsin. Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospektində 0.0194 ha torpaq sahəsində yerləşən, 189.6 kv.metr ümumi sahədən ibarət 438C nömrəli qeyri-yaşayış binası açıq hərracda satıldıqdan 1 (bir) ay sonra həmin əmlak boşaldılsın və alıcıya təhvil verilsin. İddiaçı qapalı səhmdar cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müstəqil qiymətləndiricinin keçirilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 200 (iki yüz) manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulsun. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müstəqil qiymətləndiricinin keçirilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 200 (iki yüz) manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulsun. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 145 (bir yüz qırx beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə müştərək qaydada tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-137/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-137/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver