Məhkəmə qərarları › İş №2(125)-1370/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1370/2024

01.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1370/2024 01.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2010-cu il təvəllüdlü X4 və X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tutulan aliment məbləğinin 2024-cü il üçün yaşayış minimumu və dolanışıq xərcləri nəzərə alınmaqla qaldırılaraq hər uşağa ayda 235 manat olmaqla, cəmi 470 manat məbləğində müəyyən edilməsi və mediasiya xidməti üçün ödədiyi 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə nikahlarını xx.xx.2008-ci il tarixdə rəsmiləşdirərək ailə qurmuşlardır. Birgə nikahlarından xx.xx.2010-cu ildə Ayxan və Aysu adlı uşaqları anadan olmuşdur. Sonradan cavabdehlə münasibətləri pozulmuş, ən əsası cavabdeh onunla rəsmi nikahda ola-ola başqa qadından uşaqları dünyaya gəlmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsində qalmaqla, hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 160 manat aliment tutulması qət edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən aliment məbləği artırılaraq hər ay hər uşaq üçün 85 manat olmaqla, cəmi 170 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ uşaqların saxlanılması üçün kifayət etmir. Cavabdeh ticarətlə məşğul olmaqla, Goranda məişət avadanlıqları satır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, himayəsində 2 azyaşlı uşağı vardır. Rəsmi nikaha daxil olmamış, ancaq uşaqlara atalıq vermişdir. Kənd təsərrüfatı ilə məşğul olmaqla, taxıl, pambıq əkir, ancaq su olmadığına görə işləyə bilmir. Hər uşağa 15-20 manat əlavə aliment verməyə maddi imkanı çatır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)-1203/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-4212/2014 nömrəli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X4 və X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 85 manat olmaqla, cəmi 170 manat sabit pul məbləğində müəyyən edilmişdir. AZ-İV 782231 nömrəli və AZ-İV 782232 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu ildə Aysu və Ayxan adlı uşaqları anadan olmuşdur. xx.xx.2023-cü il tarixli, MŞG-04089 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2023-cü il tarixdə, saat 15:30-da keçirilən ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci tam ödəmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş AZ-İİİ 713974 nömrəli və AZ-İİİ 441093 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2016-cı ildə anadan olmuş X6 və xx.xx.2014-cü ildə anadan olmuş X8 ata qrafasında Cavabdeh, ana qrafasında isə X2 qeyd olunmuşdur. AZ-İ 996794 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında olan nikah xx.xx.2014-cü il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsində 325 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X1 Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-2/2-Ə-9625/2024 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişləri” altsistemində Cavabdeh ilə bağlanılmış aktiv əmək müqaviləsi qeydə alınmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)-1203/2015 nömrəli qətnaməsinə əsasən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-4212/2014 nömrəli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X4 və X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 85 manat olmaqla, cəmi 170 manat sabit pul məbləğində müəyyən edilmişdir. Təyin olunmuş 170 manat məbləğində aliment uşaqların saxlanılması üçün yetərli olmadığından iddiaçı məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını tələb etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)- 1203/2015 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat məbləğində müəyyən edilməklə Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göründüyü kimi iddiaçı aliment təyin olunandan sonra uşaqların böyüyərək tələbatının artmasını əsas gətirərək cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etmişdir. «X11» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehin gəlirləri barədə sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsini, cavabdehin himayəsində 2 azyaşlı uşağının olmasını və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşaqlara qayğı göstərmək borcu olduğunu, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşaqlara qulluq, onların sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq, cavabdehdən tutulan alimentin miqdarının qismən artırılaraq hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Mediasiya haqqında qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə ödənilməmiş 31,40 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməli, iş üzrə ödənilmiş mediasiya xərcinin yarısı 27,50 manat Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2010-cu ildə anadan olmuş X4 və X7 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)-1203/2015 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş mediasiya xərcinin yarısı 27,5 manat Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 31,40 manat alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar