Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1398/2022 12.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, İddiaçı və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1na və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı səhhətə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1na və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğlu X1 əməliyyatı üçün Cavabdeh1na ödədiyi 4995 (dörd min doqquz yüz doxsan beş) manat pulun və 70 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 məhkəməyə ərizə təqdim edərək cavabdehlə razılıq əldə etdiklərini və tələb üzrə 4000 (dörd min) manat pul vəsaiti Cavabdeh1 tərəfindən ona ödənildiuini göstərərək, iddiadan imtina etdiyini və iş üzrə üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə iddiaçı ilə öz aralarında razılaşdıqlarını və iddiaçıya 4000 (dörd min) manat ödədiklərini göstərərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi X4 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını, iddiaçının iddiadan imtinasının qəbul olunmasını və iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.4.-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddiaçının ərizəsini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən və bu imtina başqa şəxslərin hüquqlarını pozmadığından, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Tərəflərə izah edilməlidir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənləri nəzərərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1na və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı səhhətə çəkilmiş xərclərə görə ödənilmiş 4995 (dörd min doqquz yüz doxsan beş) manat pulun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №2(125)-1398/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1398/2022
12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver