Məhkəmə qərarları › İş №2(125)-1405/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1405/2025

21.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1405/2025 21.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsini açıq məhkəmə iclasında nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay əmək haqqının və ya qazancının1/4 hissəsi (dörddə bir) məbləğində alimentin tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 1283/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı tərəfindən 19 fevral 2022-ci il tarixdə doğulmuş X2 atası olmasının müəyyən edilməsi, 19 fevral 2022-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 19 yanvar 2023-cü il tarixdən başlayaraq, hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Göründüyü kimi, məhkəmənin qanuni qüvvədə olan qətnaməsi ilə 19 fevral 2022ci il tarixdə doğulmuş Məryəm adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 19 yanvar 2023-cü il tarixdən başlayaraq, hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı yenə də iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay əmək haqqının və ya qazancının1/4 hissəsi (dörddə bir) məbləğində alimentin tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan həmin ərizənin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar