Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1412/2025 07.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu zərərin əvəzi olaraq 529 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2020-ci ilin yanvar ayında cavabdeh Səbinə uşağının xəstə olduğunu və təcili pula ehtiyacının olmasını deyərək ondan kredit götürməsi üçün zamin durmasını xahiş etmişdir. O, həmçinin demişdir ki, özü vaxtında ödəyəcəkdir, heç bir problem olmayacaqdır. Ona inanmış və razılıq vermişdir. Lakin o, bir neçə ay ödədikdən sonra ödənişləri həyata keçirməmişdir. Nəhayət kredit təşkilatı məhkəməyə müraciət etmiş və iddia qismən təmin edilmiş, onlardan müştərək qaydada cəmi 2977 manat pulun tutulması qət edilmişdir. Beləliklə cavabdehə görə onun əmək haqqından 529 manat pul tutulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-1836/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh, İddiaçı və X2 qarşı borcun qaytarılması tələbinə dair iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh, İddiaçı və X1 müştərək qaydada 2580 manat əsas, 387 manat faiz borcu, 10 manat cərimə olmaqla, cəmi 2977 manat pul və məhkəmə xərci qismində 51,37 manat pul tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən zamin İddiaçı xx.xx.2023-cü il tarixdə 163,02 manat, xx.xx.2023-cü il tarixdə 159,20 manat və xx.xx.2023-cü il tarixdə isə 57,26 manat olmaqla, ümumilikdə 379,48 manat məbləğində vəsait Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin qətnaməsi üzrə verilmiş icra sənədi əsasında tutularaq kredit borcuna yönəldilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Gəncə şəhəri, Göygöl, Daşkəsən, Samux rayonları üzrə sektoru tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 119 nömrəli arayışdan görünür ki, Nəsibova X3 rayonundan məcburi köçkün kimi qeydiyyatdadır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı zamin durmuş, cavabdeh müqavilə üzrə öhdəliyi icra etmədiyi üçün məhkəmənin qətnaməsi əsasında tutulmalı olan borcun ödənilməsi üçün iddiaçının əmək haqqına yönəldilmişdir. İddiaçı iddia etmişdir ki, cavabdeh kredit borcundan ödəniş etmədiyi üçün borcun ödənilməsi məhkəmə qətnaməsi üzrə onun əmək haqqına yönəldilmiş və onun əmək haqqından 529 manat pul tutulmuşdur. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən verilmiş arayışdan məlum olmuşdur ki, zamin İddiaçı ümumilikdə 379,48 manat tutularaq kredit borcuna yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. MM-in 509.3-cü maddəsinə əsasən kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Göründüyü kimi, iddiaçı cavabdehin kreditor qarşısında öhdəliyinin bir qismini icra edərək sonuncunun borcundan 379,48 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 379,48 manat pul alınaraq İddiaçı verilməlidir. Dövlət rüsumu haqqında Qanunun 9-cu maddəsinə əsasən qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilməmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən edilsin. Cavabdeh 379,48 (üç yüz yetmiş doqquz manat 48 qəpik) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-1412/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1412/2025
07.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver