Məhkəmə qərarları › İş №2(125)-1413/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1413/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1413/2025 06.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X378 Şakir oğlunun sədrliyi, X113 iclas katibliyi, İddiaçı və onun nümayəndəsi (Gəncə Regional Vəkil Bürosunun vəkili) Nümayəndə1, Cavabdeh nümayəndəsi (Gəncə Regional Vəkil Bürosunun vəkili) Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh 61.305 manat pulun alınması və həmin məbləğin gecikdirilməsinə görə ondan iki il müddət üçün gecikdirilmiş məbləğə illik beş faiz, yəni hər il üçün 3065 manat, iki il üçün 6130 manat olmaqla, cəmi 67435 (altmış yeddi min dörd yüz otuz beş) manatın tutulub ona ödənilməsi barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: X152 ona və Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək 13120 manat pul və 129.36 manat dövlət rüsumunun ondan və X20 tutularaq X81 ödənilməsi qət edilmişdir. İşin faktiki halı ondan ibarətdir ki, iddiaçı öz şəxsi iradə ifadəsini bildirərək həmin məbləği məhz könüllü olaraq qazanc məqsədilə digər cavabdehlərə vermişdir. X5 adından hərəkət edərək bu məsələdə o, sadəcə vasitəçinin xahişi ilə onun tapşırığı əsasında hərəkət etmişdir. X152 dəfələrlə bu məbləğə münasibətdə yüksək gəlir və qazanc əldə etmişdir. Hansı ki, birmənalı olaraq şirkətə yatırım etdiyi pul qədər də mənfəət götürmüşdür. O, həm öz pullarını, həm də digər şəxslərin pullarını Cavabdeh vermişdir. Çünki həmin şirkətin pul yığanı məhz Cavabdeh olmuşdur. Bunun çoxsaylı mötəbər sübutlar və şahid ifadələri var. O, “OCOS” şirkətinə yatırımı məhz Cavabdeh vasitəsilə etmişdir. Yəni, Cavabdeh onu inandırdığı üçün pulu ona vermiş və qeydiyyatları Kifayət aparmışdır. Eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-120/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh zərərçəkmiş şəxs kimi keçməmişdir. Çünki ondan və ya başqalarından alınan pulları “OCOS” şirkətinə yatırım etsəydi şirkətdən şikayət edib həmin pulları tələb edərdi. Amma görünür ki, onlardan cavabdeh pulları alsa da məbləğlərin müəyyən hissəsini özündə saxlamışdır. O, Cavabdeh sözlərinə aldanaraq ona vermiş olduğu pulu ondan tələb etsə də o verməkdən imtina etmiş, ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd edilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, Günay Vəliyeva ona Kifayət adlı şəxsin “OCOS” şirkətində işlədiyini və hamıya pul qazandırdığını demişdir. Ona görə də 2021-ci ilin yay aylarında Günay Vəliyeva ilə X13 evinə getmişdir. Söhbət zamanı Kifayət özünü “OCOS” şirkətinin Gəncə şəhəri üzrə lideri olduğunu, Amerika şirkəti olduğunu, rəhbərinin isə Xəyal adlı şəxs olduğunu bildirmişdir. Kifayət ona şirkətə qoşulacağı və pul qoyacağı halda gəlir əldə edə biləcəyini bildirmişdir. Aralarında olan söhbətə görə o Kifayətə pul verməli, əvəzində Kifayət şirkətə yatırım etməklə ona “coin” almalı idi. Bu məqsədlə o, Kifayətə Günayın yanında 1000 ABŞ dolları pul vermişdir. Həmçinin 1000 dollar da bacısının adına şirkətə yatırım etmişdir. Belə ki, həmin vaxt Kifayət kompaniya olduğunu bildirərək əlavə 100 “coin” qazanmaq şansı olduğunu bildirmişdir. Sonra o, kompaniya ilə bağlı 3000 dollar şirkətə yatırım etmək istədikdə, Kifayət həmin pulu Xəyaləyə verməsini bildirmişdir. O da “Gəncə Mall”da həmin pulu Kifayətə çatdırması üçün Xəyaləyə vermişdir. Bundan sonra şirkətin sistemində onun adına səhifə açılmış, login və parol verilmişdir. O, hər dəfə öz səhifəsinə daxil olaraq orada nə qədər “coini” olduğunu görmüşdür. Sonralar Kifayət ona pulu kart vasitəsilə göndərməsini bildirmişdir. Ona görə də o, 2021-ci ilin yay aylarında cavabdehə məxsus olan 5243-7544-1051-5421 nömrəli karta 1700, 1700, 1365, 1870, 2040, 200, 1000, 3905, 2550 manat olmaqla cəmi 16330 manat pul göndərmişdir. Daha sonra o yenə pul göndərmək istədikdə cavabdeh ona Çingiz Abdullayevə və digər şəxsə məxsus kartın şəklini “vatsapda” ataraq pulu ora köçürməsini bildirmişdir. O da cavabdehin sözünə əsasən ümumilikdə 25170 manat pulu digər şəxslərin adlarına olan kartlara atmışdır. Onlardan 6800 manat Çingiz Allahverdiyevin, 5750 manat Təranənin kartına, habelə Təranənin bankda olan hesabına 38000 ABŞ dolları pul göndərmişdir. Həmçinin Kifayətin özünün xahişinə əsasən digər şəxslər vasitəsilə 19800 manat Kifayətə pul göndərmişdir. Belə ki, Vəliyeva Günayla 2021-ci ilin avqust ayında 2000 ABŞ dolları, Xəyalə vasitəsilə 5100 manat, Şeyda ilə 1800 manat, Şərafət həkim vasitəsilə 1000 manat, Aynurə Əliyeva ilə 3400 manat və Təranə vasitəsilə 5100 manat göndərmişdir. Cavabdehə ümumilikdə göndərmiş olduğu pulların cəmi 61330 manat təşkil edir. Lakin Cavabdeh verdiyi pulun müqabilində qazanc kimi onda 13443 manat pul qaytarmışdır. Odur ki, o həmin məbləğin verilən puldan çıxılmasını istəmir və cavabdehə göndərmiş olduğu bütün pulları tələb edir. Qeyd edir ki, 2021-ci ilin noyabr ayında cavabdeh ona heç pul verməmişdir. Həmin vaxt o, Xəyalın həbs edildiyini eşitmişdir. Bundan sonra Kifayətə pulunun qaytarılmasını bildirmiş, lakin Kifayət onların heç bir yerə şikayət etməməsini bildirərək hər dəfə yalan vədlər vermişdir. Ona görə də onlar Kifayət barəsində heç bir orqana şikayət verməmişlər. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 iddia tələbində qeyd edilənlərə və cavabdehin göstərdiklərinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Həmçinin əlavə olaraq göstərdi ki, İddiaçı iddia qaldırmaq üçün hüququnun pozulduğunu sonradan bildiyindən və Cavabdeh ona iddia qaldırmamaq üçün yalan vədlər verdiyi üçün iddia müddəti tətbiq edilməməlidir. Məhkəmə iclasında 23 may 2025-ci və 04 iyul 2025-ci il tarixlərində iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onu “OCOS” şirkətinə Təranə adlı şəxs dəvət etmişdir. 2021-ci ilin aprel ayında Günay adlı şəxsə “OCOS” şirkətinin sisteminə daxil olmaq üçün kabinet açmışdır. Sonra İddiaçı də Günayın vasitəsilə şirkətə qoşulmuşdur. Bir müddət sonra Mələklə Günayın arası dəymişdir. Ona görə də Mələk Günayın qolundan çıxmış və onun qoluna daxil olmuşdur. Bundan sonra İddiaçı adına da şəxsi kabinet açılmışdır. Təranənin ona bildirməsinə görə şirkətin balansına 300 ABŞ dolları pul qoyduqdan 60 gün sonra həmin pulun yarısını çıxarmaq mümkün idi. Qalan pul isə artmaqda davam edirmiş. O, vətəndaşlardan aldığı pulları Təranəyə göndərmiş, Təranə də “coinləri” onun şəxsi kabinetinə göndərmişdir. O da öz növbəsində “coinləri” onun tərəfindən şirkətə qoşulan şəxslərin şəxsi elektron kabinetlərinə əlavə etmişdir. Mələk ilə aralarında olan razılaşmaya görə Mələyin ona göndərdiyi pulları o, Bakıdakı ofisə göndərməli, əvəzində Mələyə “coin” almalı imiş. İddiaçı də öz növbəsində digər şəxsləri şirkətə dəvət etmişdir. Mələk öz qolundan şirkətə dəvət edilən şəxslərin hər birinin etdiyi yatırımdan 15 faiz pul gəlir götürmüşdür. Hər bir satılan “coinin” 2021-ci ilin dekabr ayına kimi sertifikatı olub. Mələk ilk əvvəl onun vasitəsilə “OCOS” şirkətinə 2000 ABŞ dolları yatırım etmiş, 60 gündən sonra həmin məbləğ 3000 ABŞ dolları olmuşdur. Həmin pul şirkət tərəfindən ona göndərilmiş, o da öz növbəsində pulu İddiaçı bank hesabına köçürmüşdür. İddiaçı öz bank hesabına 2021-ci ilin sentyabr, oktyabr aylarında daxil olan pullar barədə hesabat təqdim etmir. Əgər təqdim edərsə hər şey üzə çıxar. Qeyd edir ki, Mələyin Xəyaləyə verdiyi pullar ona çatmamışdır. Mələyin özü-özünü investr elan etmiş və qoluna çoxlu adamlar yığmışdır. Mələk “OCOS” şirkətinin tədbirlərində yaxından iştirak etmişdir və həmin tədbirlər zamanı çəkilən fotoşəkillər bunu təsdiq edir. Mələk şəxsən “OCOS” şirkətinin rəhbəri Xəyal müəllimi tanıyırdı. Mələyin digər şəxslərin bank hesablarına göndərmiş olduğu pullar ona çatmamışdır. Belə ki, o Mələyə ayrı-ayrı şəxslərin bank kartlarını atmasının səbəbi həmin şəxslərlə Mələyi əlaqələndirmək olmuşdur. Belə ki, Mələk ona “coin” satan şəxsləri onunla əlaqələndirməyi xahiş etdiyi üçün o da həmin şəxslərin bank kartlarını Mələyin “vatsap” hesabına atmışdır. Yalnız onun kartına atdığı pullar ona çatmış, həmin pullara da “coin” alaraq Mələyin şəxsi kabinetinə yerləşdirmişdir. Bundan başqa Mələyə 2021-ci ilin avqust, sentyabr, oktyabr və noyabr aylarında əlbəəl 7225 manat, 1530 manat, 1798 manat, 850 manat, 2890 manat, 850 manat, 2890 manat, 850 manat pul qaytarılmışdır. Bundan başqa 340 manat və 200 manat olmaqla cəmi 540 manat pulu Mələyə verməsi üçün Sevincə vermişdir. Bundan başqa bank vasitəsilə Mələyin hesabına 12240 manat, 192 manat, 170 manat, 1000 ABŞ dolları, 1500 ABŞ dolları, 10245 manat, 900 manat olmaqla pullar köçürülübdür. Ümumilikdə Mələyə onun tərəfindən 45550 manat pul ödənilibdir. Mələyin ona dəqiq nə qədər pul göndərdiyini bilmir. Mələyin ona göndərdiyi pulları o, geri qaytarmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (Gəncə Regional Vəkil Bürosunun vəkili) Nümayəndə2 iddia tələbini qəbul etməyək izahatında göstərdi ki, Cavabdeh Mələyin tapşırığına əsasən ona “coin” alıb, demək olar ki, onun şəxsi kabinetinə yerləşdiribdir. Demək olar ki, Kifayətin Mələyə borcu yoxdur. Buna baxmayaraq, 2021-ci ilin noyabr ayında Xəyal həbs edilən zaman hər kəs kimi Mələk də Xəyalın tutulduğunu bilib. Həmin vaxtdan etibarən 3 il müddətində Mələyin pozulmuş hüquqlarının müdafiəsi üçün iddia qaldırmaq hüququ var idi. Lakin o, iddia müddətini ötürdükdən sonra məhkəmədə iddia qaldırmışdır. Bu səbəbdən iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Şahidlərin ifadələri: Məhkəmənin 04 iyul 2025-ci il tarixində keçirilən iclasında şahid qismində dindirilmiş X114 ifadəsində göstərdi ki, o, İddiaçı ilə rəfiqədir, həmçinin Cavabdeh da tanıyır. Belə ki, Kifayət “OCOS” şirkətində onların lideri olmuşdur. Lakin Mələyin nə vaxt “OCOS” şirkətinə pul qoyduğunu bilmir. Mələk ona Kifayətə verməsi üçün “Gəncə Mallda” 5100 manat pul vermiş, o da həmin pulu Cavabdeh vermişdir. Çünki Kifayət ona həmin pulu Mələkdən götürüb ona verməsini bildirmişdir. Onun vasitəsilə həmin puldan savayı Mələk Kifayətə pul verməmişdir. Məhkəmənin 04 iyul 2025-ci il tarixində keçirilən iclasında şahid qismində dindirilmiş X191 ifadəsində göstərdi ki, Mələk onun sinif yoldaşı olmuşdur. Mələklə Kifayətin evinə getmiş, orada Mələk onun yanında Kifayətə 1000 ABŞ dolları pul vermişdir. O, özü isə Kifayət vasitəsilə 100 ABŞ dolları “OCOS” şirkətinə pul qoyub, bunun müqabilində 150 ABŞ dolları pul götürmüşdür. Mələk əvvəllər maliyyə piramidası kimi onun qoluna yazılsa da sonradan onun qolundan çıxmışdır. Hər kəsin öz kabineti olmuşdur. Pul daxil olan kimi hər kəs bunu kabinetində görmüşdür. Məhkəmənin 04 iyul 2025-ci il tarixində keçirilən iclasında şahid qismində dindirilmiş X115 ifadəsində göstərdi ki, Mələyin övladı ilə onun övladı sinif yoldaşı olmuşlar. Bu səbəbdən o, Mələklə rəfiqəlik etmişdir. 2021-ci ildə Mələk onunla məktəbdə söhbət edən zaman ona “OCOS” şirkəti barədə danışmışdır. Bundan sonra Mələk onu Kifayətlə tanış etmişdir. Kifayət ona qoyulan pullara görə alınan “coinlərə” 5 il müddətinə qarantiya verildiyini bildirmişdir. Buna görə də o, “OCOS” şirkətinə 5800 ABŞ dolları məbləğində yatırım etmişdir. Lakin Mələk ona Kifayətə verməsi üçün hər hansı pul verməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş yazılı sübutlar: Gəncə Şəhər Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, e-2(125)-4162/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı X54 cavabdehlər İddiaçı, Cavabdeh və X55 qarşı “pulun tutulması” tələbinə dair iddia tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı və X20 13120 (on üç min yüz iyirmi) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 129 (yüz iyirmi doqquz) manat 36 (otuz altı) qəpik pul müştərək qaydada tutularaq iddiaçı X81 ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2(125)-5492/2025 nömrəli qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı və X116 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı X152 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(125)-4162/2024 nömrəli qətnaməsi «iddianın qalan hissədə təmin edilməməsi» hissədə ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə qismən təmin edilmişdir. Cavabdehlər İddiaçı və X20 1500 (bir min beş yüz) manat müştərək qaydada tutularaq iddiaçı X81 ödənilməsi, cavabdehlər İddiaçı və X20 müştərək qaydada ümumilikdə iddiaçı X54 xeyrinə tutulan məbləğ 14620 (on dörd min altı yüz iyirmi) manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 129,36 (bir yüz iyirmi doqquz manat otuz altı qəpik) manat müəyyən edilməsi, iddiaçı X152 tərəfindən verilmiş apellyasiya şikayətinin qalan hissədə təmin edilməməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Mülki işin materiallarında olan şəkillərdən görünür ki, 5243 4544 1044 2931 nömrəli kart Allahverdiyev Çingizə, 5213 6751 6917 1189 nömrəli kart Hüseynli İsrafilə, 5243 7544 1025 5598 nömrəli kart Talıbov Fikrətə, 5243 7544 1051 5421 nömrəli kart Mahmudova Kifayətə məxsusdur. Mülki işin 36-cı vərəqində olan 30 avqust 2021-ci il tarixli, 2002 nömrəli bank qəbzindən görünür ki, İddiaçı tərəfindən **********0082 nömrəli hesaba həmin tarixdə 3800 ABŞ dolları pul köçürülmüşdür. Mülki işin 37-41-ci vərəqlərində olan qəbzlərdən görünür ki, 5243 75XX XXXX 5361 nömrəli kart nömrəsinə avqust-sentyabr aylarında 3200 manat, 650 manat, 1815 manat, 1900 manat və 1700 manat olmaqla ümumilikdə 9265 manat pul köçürülmüşdür. Mülki işin 52-60-cı vərəqlərində olan qəbzlərdən görünür ki, İddiaçı Cavabdeh bank hesabına 2021-ci ilin iyun – sentyabr aylarında 9 dəfə ayrı-ayrı vaxtlarda 1700 manat, 1700 manat, 200 manat, 1000 manat, 1365 manat, 3905 manat, 1870 manat, 2550 manat, 2040 manat olmaqla ümumilikdə 19533 manat pul ödəmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-120/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünün nəticə hissəsindən görünür ki, X192 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193- 1.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X192 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilmiş və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 10 (on) gün müddətə azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəza ilə qismən birləşdirilməklə X192 qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə uyğun olaraq təqsiri sübuta yetirilmədiyi üçün X117 elan edilmiş ittihamdan aşağıdakı zərərçəkmiş şəxslərə: X56 dəymiş 510 manat maddi ziyan; X118 9.000 manat; X57 900 dollar və ya 1530 manat; X237 450 dollar və ya 765 manat; X119 6050 dollar və ya 19.285 manat; X120 11.000 manat; X153 7.000 dollar və ya 11.900 manat X33 2 684 manat; X121 7000 manat; X14 27.000 manat; X122 1000 manat; X193 12.000 dollar və ya 20.400 manat; X34 1285,5 manat; X82 700 dollar və ya 1.190 manat; X58 3972 dollar və ya 6752 manat; X35 31.700 manat; X59 3.375 manat; X154 8.000 dollar və ya 13.600 manat; X60 50.000 manat; X155 21.000 dollar və ya 35.000 manat; X194 12.000 manat; X83 1970 manat; X21 20.400 manat; X9 9.700 dollar və ya 16.940 manat; X84 21.000 manat; X61 20.350 dollar və ya 34595 manat; X10 5.474 dollar 9305 manat; X123 4000 dollar və ya 6800 manat; X226 9.742 dollar və ya 16561 manat; X124 4.780 dollar və ya 8126 manat; X195 1.800 dollar və ya 3.060 manat; X36 15 000 dollar və ya 25500 manat; X62 3.150 dollar və ya 5355 manat; X37 3.850 dollar və ya 6545 manat; X85 5400 dollar və ya 9180 manat; X38 5.100 manat; X22 3.600 dollar və ya 6120 manat; X125 30.000 dollar 51000 manat; X126 22.100 manat; Coşkun Hamdinə 26.200 dollar və ya 44540 manat ; X196 680 manat; X23 17.550 dollar və ya 29835 manat; X63 1800 dollar və ya 3.060 manat; X156 16.000 dollarvə ya 27200 manat; X81 14.620 manat; X157 850 manat; X197 13.350 dollar və ya 22695 manat; X86 600 dollar və ya 1020 manat; X198 8.400 manat; X158 19.380 manat; X87 3.650 dollar və ya 6250 manat; X39 15.000 manat; X40 5060 manat; X88 25.000 dollar və ya 42500 manat; X64 3.500 dollar və ya 5950 manat; X3 15.300 dollar və ya 26010 manat; X199 1.300 dollar və ya 2210 manat; X109 300 dollar və ya 510 manat; X1 2600 dollar və ya 4420 manat; X89 3600 dollar və ya 6120 manat; X127 3000 dollar və ya 5100 manat; X90 16.000 dollar və ya 27200 manat; X6 1000 manat; X65 2.000 dollar və ya 3400 manat; X66 595 manat; X159 10.000 dollar və ya 17.000 manat, həmçinin 5.000 manat; X41 1500 dollar və ya 2550 manat; X91 4.300 dollar və ya 7310 manat; X67 6200 dollar və ya 10540 manat; X92 4200 manat; X160 600 dollar və ya 1020 manat; X365 22.000 dollar və ya 37400 manat; X42 10.400 dollar və ya 17680 manat; X2 3.800 dollar və ya 6460 manat; X68 900 dollar və ya 1530 manat; X161 10.000 manat; X128 20.000 manat; X43 10.000 dollar və ya 17.000 manat; X200 3.000 manat; X35 31.700 manat; X60 50.000 manat; X155 21 000 dollar və ya 35700 manat; X24 6200 manat; X227 1000 dollar və ya 1700 manat; X129 dəymiş 5541 ABŞ dolları və ya 9419 manat pul vəsaitlərinin aldatma, etibardan sui istifadə yolu ilə əldə etmə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma epizodları ittihamdan çıxarılmış; X.X.Yaxyayev cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, X.X.Yaxyayevin cəzaçəkmə müddətinin əvvəli 17 noyabr 2021-ci il tarixdən hesablanması, X.X.Yaxyayev barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş; X93 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X93 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; G.Q.Abdullayevanın 17 noyabr 2021-ci il tarixdən 19 noyabr 2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət nəzərə alınmış və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla X93 qəti olaraq 11 (on bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə uyğun olaraq təqsiri sübuta yetirilmədiyi üçün X44 elan edilmiş ittihamdan aşağıdakı zərərçəkmiş şəxslərə: X56 dəymiş 510 manat maddi ziyan; X118 9.000 manat; X57 900 dollar və ya 1530 manat; X237 450 dollar və ya 765 manat; X119 6050 dollar və ya 19.285 manat; X120 11.000 manat; X153 7.000 dollar və ya 11.900 manat X33 2 684 manat; X121 7000 manat; X14 27.000 manat; X122 1000 manat; X193 12.000 dollar və ya 20.400 manat; X34 1285,5 manat; X82 700 dollar və ya 1.190 manat; X58 3972 dollar və ya 6752 manat; X35 31.700 manat; X59 3.375 manat; X154 8.000 dollar və ya 13.600 manat; X60 50.000 manat; X155 21.000 dollar və ya 35.000 manat; X194 12.000 manat; X83 1970 manat; X21 20.400 manat; X9 9.700 dollar və ya 16.940 manat; X84 21.000 manat; X61 20.350 dollar və ya 34595 manat; X10 5.474 dollar 9305 manat; X123 4000 dollar və ya 6800 manat; X226 9.742 dollar və ya 16561 manat; X124 4.780 dollar və ya 8126 manat; X195 1.800 dollar və ya 3.060 manat; X36 15 000 dollar və ya 25500 manat; X62 3.150 dollar və ya 5355 manat; X37 3.850 dollar və ya 6545 manat; X85 5400 dollar və ya 9180 manat; X38 5.100 manat; X22 3.600 dollar və ya 6120 manat; X125 30.000 dollar 51000 manat; X126 22.100 manat; Coşkun Hamdinə 26.200 dollar və ya 44540 manat ; X196 680 manat; X23 17.550 dollar və ya 29835 manat; X63 1800 dollar və ya 3.060 manat; X156 16.000 dollarvə ya 27200 manat; X81 14.620 manat; X157 850 manat; X197 13.350 dollar və ya 22695 manat; X86 600 dollar və ya 1020 manat; X198 8.400 manat; X158 19.380 manat; X87 3.650 dollar və ya 6250 manat; X39 15.000 manat; X40 5060 manat; X88 25.000 dollar və ya 42500 manat; X64 3.500 dollar və ya 5950 manat; X3 15.300 dollar və ya 26010 manat; X199 1.300 dollar və ya 2210 manat; X109 300 dollar və ya 510 manat; X1 2600 dollar və ya 4420 manat; X89 3600 dollar və ya 6120 manat; X127 3000 dollar və ya 5100 manat; X90 16.000 dollar və ya 27200 manat; X6 1000 manat; X65 2.000 dollar və ya 3400 manat; X66 595 manat; X159 10.000 dollar və ya 17.000 manat, həmçinin 5.000 manat; X41 1500 dollar və ya 2550 manat; X91 4.300 dollar və ya 7310 manat; X67 6200 dollar və ya 10540 manat; X92 4200 manat; X160 600 dollar və ya 1020 manat; X365 22.000 dollar və ya 37400 manat; X42 10.400 dollar və ya 17680 manat; X2 3.800 dollar və ya 6460 manat; X68 900 dollar və ya 1530 manat; X161 10.000 manat; X128 20.000 manat; X43 10.000 dollar və ya 17.000 manat; X200 3.000 manat; X35 31.700 manat; X60 50.000 manat; X155 21 000 dollar və ya 35700 manat; X24 6200 manat; X227 1000 dollar və ya 1700 manat; X129 dəymiş 5541 ABŞ dolları və ya 9419 manat pul vəsaitlərinin aldatma, etibardan sui-istifadə yolu ilə əldə etmə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma epizodları ittihamdan çıxarılmış; G.Q.Abdullayeva cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, G.Q.Abdullayevanın cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2021-ci il tarixdən hesablanması, G.Q.Abdullayeva barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş; X69 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X69 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Y.Ə.Məmmədovanın 16 iyun 2022-ci il tarixdən 18 sentyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay 02 (iki) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla X69 qəti olaraq 11 (on bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə uyğun olaraq təqsiri sübuta yetirilmədiyi üçün X25 elan edilmiş ittihamdan aşağıdakı zərərçəkmiş şəxslərə: X56 dəymiş 510 manat maddi ziyan; X118 9.000 manat; X57 900 dollar və ya 1530 manat; X237 450 dollar və ya 765 manat; X119 6050 dollar və ya 19.285 manat; X120 11.000 manat; X153 7.000 dollar və ya 11.900 manat X33 2 684 manat; X121 7000 manat; X14 27.000 manat; X122 1000 manat; X193 12.000 dollar və ya 20.400 manat; X34 1285,5 manat; X82 700 dollar və ya 1.190 manat; X58 3972 dollar və ya 6752 manat; X35 31.700 manat; X59 3.375 manat; X154 8.000 dollar və ya 13.600 manat; X60 50.000 manat; X155 21.000 dollar və ya 35.000 manat; X194 12.000 manat; X83 1970 manat; X21 20.400 manat; X9 9.700 dollar və ya 16.940 manat; X84 21.000 manat; X61 20.350 dollar və ya 34595 manat; X10 5.474 dollar 9305 manat; X123 4000 dollar və ya 6800 manat; X226 9.742 dollar və ya 16561 manat; X124 4.780 dollar və ya 8126 manat; X195 1.800 dollar və ya 3.060 manat; X36 15 000 dollar və ya 25500 manat; X62 3.150 dollar və ya 5355 manat; X37 3.850 dollar və ya 6545 manat; X85 5400 dollar və ya 9180 manat; X38 5.100 manat; X22 3.600 dollar və ya 6120 manat; X125 30.000 dollar 51000 manat; X126 22.100 manat; Coşkun Hamdinə 26.200 dollar və ya 44540 manat ; X196 680 manat; X23 17.550 dollar və ya 29835 manat; X63 1800 dollar və ya 3.060 manat; X156 16.000 dollarvə ya 27200 manat; X81 14.620 manat; X157 850 manat; X197 13.350 dollar və ya 22695 manat; X86 600 dollar və ya 1020 manat; X198 8.400 manat; X158 19.380 manat; X87 3.650 dollar və ya 6250 manat; X39 15.000 manat; X40 5060 manat; X88 25.000 dollar və ya 42500 manat; X64 3.500 dollar və ya 5950 manat; X3 15.300 dollar və ya 26010 manat; X199 1.300 dollar və ya 2210 manat; X109 300 dollar və ya 510 manat; X1 2600 dollar və ya 4420 manat; X89 3600 dollar və ya 6120 manat; X127 3000 dollar və ya 5100 manat; X90 16.000 dollar və ya 27200 manat; X6 1000 manat; X65 2.000 dollar və ya 3400 manat; X66 595 manat; X159 10.000 dollar və ya 17.000 manat, həmçinin 5.000 manat; X41 1500 dollar və ya 2550 manat; X91 4.300 dollar və ya 7310 manat; X67 6200 dollar və ya 10540 manat; X92 4200 manat; X160 600 dollar və ya 1020 manat; X365 22.000 dollar və ya 37400 manat; X42 10.400 dollar və ya 17680 manat; X2 3.800 dollar və ya 6460 manat; X68 900 dollar və ya 1530 manat; X161 10.000 manat; X128 20.000 manat; X43 10.000 dollar və ya 17.000 manat; X200 3.000 manat; X35 31.700 manat; X60 50.000 manat; X155 21 000 dollar və ya 35700 manat; X24 6200 manat; X227 1000 dollar və ya 1700 manat; X129 dəymiş 5541 ABŞ dolları və ya 9419 manat pul vəsaitlərinin aldatma, etibardan sui istifadə yolu ilə əldə etmə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma epizodları ittihamdan çıxarılmış; Y.Ə.Məmmədova cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, Y.Ə.Məmmədovanın cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2023-cü il tarixdən hesablanması, Y.Ə.Məmmədova barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş; .İş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən şəxslər X192, X93 və X15 bank hesablarına dair "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC-dən əldə edilmiş məlumatlar və təqsirləndirilən şəxslər X192, X93 və X15 «OCOS» şirkətini təbliğ etmələri və kriptovalyutanın satışı ilə bağlı çıxışlar etmələri ilə bağlı video görüntülərin əks olunduğu disklərin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınması hökm edilmiş; Zərərçəkmiş şəxs-mülki iddiaçılar: X45 63.750 manat maddi ziyan və 291 manat dövlət rüsumu hissəsində qismən, X130 47.118 manat maddi ziyan hissəsində qismən, X131 9000 dollar və ya 15.300 manat maddi ziyan tam, X94 30.301 manat maddi ziyan və 181 manat dövlət rüsumu hissəsində, X16 ona dəymiş 70.300 manat maddi ziyan hissəsində, X4 ona dəymiş 86.700 manat təşkil edən 51.000 dollar maddi ziyan, X95 ona dəymiş 37.400 manat təşkil edən 22.000 dollar hissəsində maddi ziyanın ödənilməsi barədə mülki iddiaları təmin edilmiş və həmin məbləğlər müvafiq olaraq təqsirləndirilən şəxslər-mülki cavabdehlər X192, X93 və X11 tutularaq göstərilən zərərçəkmiş şəxs-mülki iddiaçılara ödənilməsi hökm edilmiş; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinin depozit hesabında saxlanılan 43.450 (qırx üç min dörd yüz əlli) manat pul vəsaiti müsadirə olunaraq, iş üzrə mülki iddiaçı qismində tanınmış zərərçəkmiş şəxs-mülki iddiaçılar X70 dəymiş 63.750 manat maddi ziyan və 291 manat dövlət rüsumu, X162 dəymiş 9000 dollar və ya 15.300 manat maddi ziyan, X163 dəymiş 47.118 manat maddi ziyan, X132 dəymiş 30.301 manat maddi ziyan və 181 manat dövlət rüsumu, X26 dəymiş 70.300 manat maddi ziyan, X7 dəymiş 86.700 manat təşkil edən 51.000 dollar maddi ziyan, X133 dəymiş 37.400 manat təşkil edən 22.000 dollar maddi ziyan bərabər şəkildə bölünərək qeyd olunan zərərçəkmiş şəxs-mülki iddiaçılara ödənilməsinə yönəldilməsi hökm edilmiş; zərərçəkmiş şəxs-mülki iddiaçılar X45 3000 manat mənəvi ziyanın ödənilməsi barədə və X130 5000 manat mənəvi ziyanın ödənilməsi barədə mülki iddialları baxılmamış saxlanılmaqla, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin müddəallarına əsasən mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə hüquqları olması izah olunmuş; Zərərçəkmiş şəxs-mülki iddiaçılar X71, X201, X96 barəsində olan epizodlar ittihamdan xaric olduğundan onlar tərəfindən verdiyləri mülki iddialar baxılmamış saxlanılmış və sonunculara Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin müddəallarına görə mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə hüquqları olması izah olunmuş; Zərərçəkmiş şəxslər X202, X134,X72, X73, X228, X164, X165, X46, X166, X167, X168, X97, X169, X27, X290, X8, X170, X229, X230, X74, X203, X98, X204, X291, X75, X231, X47, X135, X171, X292, X205, X136, X172, X232, X28, X173, X137, X138, X174, X139, X149, X48, X29, X175, X206, X233, X49, X140, X141, X176, X177, X99, X100, X142, X108 qızı, X101, X207, X178, X17, X208, X179, X102, X103, X18, X180, X234, X235, X30, X143, X50, X12, X209, X53, X181, X210, X104, X236, X105, X182, X261, X183, X76, X144, X211, X212, X106, X77, X19, X184, X107 dəymiş maddi ziyanla bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin müddəallarına əsasən mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə hüquqları izah edilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəməyə ünvanlandığı ərizəsində bildirmişdir ki, cavabdehə qarşı qaldırılan iddia tələbi iddia müddəti keçdikdən sonra verilmişdir. Bu səbəbdən iddianı qəbul etmirlər. İddia müddəti ötdüyündən iddia tələbinin rədd edilməsini xahiş edirlər. Məhkəmə tərəfindən müəyyən olunan hallar: İddiaçı ilə Cavabdeh 2021-ci ilin yay vaxtı tanış olmuş, cavabdeh ona “OCOS” şirkətinə yatırım edəcəyi halda gəlir götürə biləcəyini bildirmişdir. Bu məqsədlə İddiaçı Cavabdeh bank hesabına 2021-ci ilin iyun – sentyabr aylarında 9 dəfə ayrı-ayrı vaxtlarda 1700 manat, 1700 manat, 200 manat, 1000 manat, 1365 manat, 3905 manat, 1870 manat, 2550 manat, 2040 manat olmaqla ümumilikdə 19533 manat pul ödəmişdir. Bundan başqa İddiaçı tərəfindən **********0082 nömrəli hesaba həmin tarixdə 3800 ABŞ dolları pul köçürülmüşdür. 5243 75XX XXXX 5361 nömrəli kart nömrəsinə avqust-sentyabr aylarında 3200 manat, 650 manat, 1815 manat, 1900 manat və 1700 manat olmaqla ümumilikdə 9265 manat pul köçürülmüşdür. Həmçinin iddiaçı özü şəxsən cavabdehə 1000 ABŞ dolları şəxsən pul vermiş, 5100 manatı isə iddiaçı rəfiqəsi X114 vasitəsilə Cavabdeh göndərmişdir. Beləliklə iddiaçının cavabdehə 33898 manat və 4800 ABŞ dolları göndərməsi təsdiq olunmuşdur. Həmin məbləğin müqabilində cavabdeh iddiaçıya 13443 manat qaytarmışdır. Tərəflərin aralarında olan razılığa görə iddiaçı cavabdehə pul göndərməli, cavabdeh bunun müqabilində həmin pulu “Ocos” şirkətinə yatırım etməklə iddiaçı üçün “coin” almalı idi. İddiaçı qeyd edilən pulları cavabdehə göndərmiş, lakin cavabdehin həmin pulları “Ocos” şirkətinə yatırım etməklə iddiaçı üçün “coin” alması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Cavabdeh tərəf iş üzrə iddia müddətinin keçməsinə görə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan 1(101)-120/2024 nömrəli cinayət işi üzrə nə İddiaçı, nə də Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmamışdır. Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi; Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Maddə 780.1. Vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir: 780.1.1. vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə; 780.1.2. tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə; 780.1.3. icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə. Maddə 780.2. Əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. Maddə 780.3. Əgər o, əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çataraq vermişdirsə, yalnız üçüncü şəxsin seçilməsi və təlimatlandırılması zamanı lazımi vicdanlılıq üçün məsuliyyət daşıyır, bu şərtlə ki, müqavilədə ayrı şərt qoyulmasın və işin hallarından ayrı şərt irəli gəlməsin. Maddə 780.4. Hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Maddə 782.3. Əgər vəkalət alan vəkalət verənin hesabına öz adından üçüncü şəxslərə qarşı tələb hüquqları əldə etmişdirsə, bu hüquqlar vəkalət verənə öz növbəsində onun tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn bütün öhdəlikləri icra etməsindən sonra keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 2.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Sənədin iddianın təmin edilməsində maraqlı olan iddiaçının özü tərəfindən təsdiq edilməsi MPM-in 89.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada təsdiq edilmə hesab edilə bilməz. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, mübahisəyə tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının cavabdehə 33898 manat və 4800 ABŞ dolları göndərməsi təsdiq olunmuşdur. Lakin cavabdeh həmin məbləğdən iddiaçıya 13443 manatı qaytarmışdır. Belə olan halda iddiaçı cavabdehdən 20455 manat və 4800 ABŞ dolları, həmçinin həmin məbləğlərə münasibətdə illik beş faiz ziyan tələb etməkdə haqlıdır. Qalan hissədə isə iddia tələbi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Lakin məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya 2021-ci ilin noyabr ayından sonra pul ödəməmişdir. Başqa sözlə tərəflər arasında olan razılaşmaya görə yatırılan pul 60 gün sonra gəlir verməli idi. Həmçinin iddiaçı “OCOS” şirkətinin rəhbəri olan Xəyal adlı şəxsin 2021-ci ilin noyabr ayında həbs olunduğunu bilmişdir. Belə olan halda iddiaçı 2021-ci ilin noyabr ayından etibarən cavabdehə qarşı 3 il müddətində qeyd olunan tələblə məhkəmədə iddia qaldırmaq hüququ olmuşdur. Başqa sözlə, İddiaçı hüququnun pozulduğunu 2021-ci ilin noyabr ayında bilmişdir. Lakin iddiaçı bundan 3 il müddət keçdikdən sonra, yəni 17 yanvar 2025-ci il tarixdə Cavabdeh qarşı olan qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 iş üzrə iddia müddətinin tətbiq olunması və bu səbəblə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Odur ki, məhkəmə gəldiyi yekun qənaətə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı “67435 manat pul” tələbinə dair iddia tələbinin bir hissəsi əsassız olduğundan, digər hissəsi isə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürülməsi səbəbindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 293,44 (iki yüz doxsan üç manat qırx dörd qəpik) manat dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı “67435 manat pul” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 293,44 (iki yüz doxsan üç manat qırx dörd qəpik) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar