Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1418/2022 20.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı ASC "xxxx" Bankının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı “12.*3.2*15-ci il tarixli **72**851712315 nömrəli Kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC "xxxx" Bankı Cavabdeh qarşı “12.*3.2*15-ci il tarixli **72**851712315 nömrəli Kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh 12.*3.2*15-ci il tarixli **72**851712315 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 2*.*2.2*19-cu il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə hesablanmış və ödənilməmiş 5815,37 (beş min səkkiz yüz on beş ABŞ dolları 37 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 119 (bir yüz on doqquz) manat məbləğində çəkilmiş xərclər Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış 12.*3.2*15-ci il tarixli, **72**851712315 nömrəli Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdeh 48 (qırx səkkiz) ay müddətinə, illik 22 (iyirmi iki) faiz ödənilməsi şərti ilə 2**** (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərini lazimi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə cavabdeh arasında sonuncuya mülkiyyət hüququ əsasında məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən *,*3 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 121 kv.m ümumi, 77,3 kv.m yaşayış, 43,7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı fərdi yaşayış evinin ipoteka qoyulması barədə 12.*3.2*15-ci il tarixli **72**851712315/*1/İP nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi məqsədi üçün İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 19 iyun 2*17-ci il tarixli 2(*43)-2476/2*17 nömrəli qətnaməsi ilə 12.*3.2*15-ci il tarixli **72**851712315/*1/İP nömrəli İpoteka müqaviləsi üzrə ipoteka pedmeti olan və Cavabdeh mülkiyyət hüququ üzrə məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən *,*3 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 121 kv.m ümumi, 77,3 kv.m yaşayış, 43,7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı fərdi yaşayış evinin hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına 12.*3.2*15-ci il tarixli **72**851712315 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 16482,97 ABŞ dolları məbləğində əsas borcun, 4585,*9 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, cəmi 21*68,*6 ABŞ dolları məbləğində borcun ASC "xxxx" Bankının xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 13.11.2*17-ci il tarixli, 2(1*4)3568/2*17 nömrəli qətnaməsi ilə ipoteka qoyan Cavabdeh apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “Daşınar və Daşınmaz Əmlakların Satışı X5” MMC tərəfindən keçirilmiş hərraclarda həmin mənzilin satılmadığından onun alınması iddiaçı ASC "xxxx" Bankı təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. Yaşayış sahəsinin alqı-satqısı Hərrac təşkilatçısı və iddiaçı ASC "xxxx" Bankı tərəfindən imzalanmış X2 17/*1 nömrəli protokol və iddiaçı ASC "xxxx" Bankı ilə Hərrac Təşkilatçısı arasında 2* fevral 2*19-cu il tarixdə bağlanmış Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 3825* (otuz səkkiz min iki yüz əlli) manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, cavabdehin Kredit müqaviləsi üzrə iddiaçı qarşısında 5815,37 (beş min səkkiz yüz on beş ABŞ dolları otuz yeddi sent) ABŞ dolları məbləğində əsas borcun ödənildiyi 2*.*2.2*19-cu il tarixədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcu qalmışdır. Məhkəmə iclasında iddiaçı ASC "xxxx" Bankının nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 12.*3.2*15-ci il tarixli, **72**851712315 nömrəli Kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə ASC "xxxx" Bankı arasında bağlanmış müqaviləyə əsasən 48 (qırx səkkiz) ay müddətinə, illik 22% (iyirmi iki faiz) ödənilməsi şərti ilə 2**** (iyirmi min) ABŞ dolları məbləğində bank borcluya kredit verilmişdir. X2 17/*1 nömrəli protokoldan və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 2* fevral 2*19-cu il tarixli müqavilədən görünür ki, iddiaçı ASC "xxxx" Bankı Cavabdeh məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən fərdi yaşayış evi *,*3 ha torpaq sahəsi ilə birlikdə 3825* (otuz səkkiz min iki yüz əlli) manata almışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 iyun 2*17-ci il tarixli 2(*43)- 2476/2*17 nömrəli qətnaməsinin surətindən görünür ki, 12.*3.2*15-ci il tarixli **72**851712315/*1/İP nömrəli İpoteka müqaviləsi üzrə ipoteka pedmeti olan və Cavabdeh mülkiyyət hüququ üzrə məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən *,*3 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 121 kv.m ümumi, 77,3 kv.m yaşayış, 43,7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı fərdi yaşayış evinin hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına 12.*3.2*15-ci il tarixli, **72**851712315 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 16482,97 ABŞ dolları məbləğində əsas borcun, 4585,*9 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, cəmi 21*68,*6 ABŞ dolları məbləğində borcun ASC "xxxx" Bankının xeyrinə tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 13 noyabr 2*17-ci il tarixli, 2(1*4)-3568/2*17 nömrəli qətnaməsinin surətindən görünür ki, ipoteka qoyan Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 iyun 2*17-ci il tarixli 2(*43)-2476/2*17 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış 12.*3.2*15-ci il tarixli, **72**851712315 nömrəli Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdeh 48 (qırx səkkiz) ay müddətinə, illik 22% (iyirmi iki) ödənilməsi şərti ilə 2**** (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərini lazimi qaydada yerinə yetirilməsini təmin etmək məqsədi ilə iddiaçı ilə cavabdeh arasında sonuncuya mülkiyyət hüququ əsasında məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində yerləşən *,*3 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 121 kv.m ümumi, 77,3 kv.m yaşayış, 43,7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı fərdi yaşayış evinin ipoteka qoyulması barədə 12.*3.2*15-ci il tarixli **72**851712315/*1/İP nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi məqsədi üçün İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 19 iyun 2*17-ci il tarixli, 2(*43)- 2476/2*17 nömrəli qətnaməsi ilə 12.*3.2*15-ci il tarixli **72**851712315/*1/İP nömrəli İpoteka müqaviləsi üzrə ipoteka pedmeti olan və Cavabdeh mülkiyyət hüququ üzrə məxsus Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən *,*3 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 121 kv.m ümumi, 77,3 kv.m yaşayış, 43,7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı fərdi yaşayış evinin hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına 12.*3.2*15-ci il tarixli **72**851712315 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 16482,97 ABŞ dolları məbləğində əsas borcun, 4585,*9 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, cəmi 21*68,*6 ABŞ dolları məbləğində borcun ASC "xxxx" Bankının xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 13.11.2*17-ci il tarixli, 2(1*4)3568/2*17 nömrəli qətnaməsi ilə ipoteka qoyan Cavabdeh apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “Daşınar və Daşınmaz Əmlakların Satışı X5” MMC tərəfindən keçirilmiş hərraclarda həmin mənzil satılmadığından onun alınması iddiaçı ASC "xxxx" Bankı təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. Yaşayış sahəsinin alqı-satqısı Hərrac təşkilatçısı və iddiaçı ASC "xxxx" Bankı tərəfindən imzalanmış X2 17/*1 nömrəli protokol və iddiaçı ASC "xxxx" Bankı ilə Hərrac Təşkilatçısı arasında 2* fevral 2*19-cu il tarixdə bağlanmış Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 3825* (otuz səkkiz min iki yüz əlli) manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, cavabdehin Kredit müqaviləsi üzrə iddiaçı qarşısında 5815,37 (beş min səkkiz yüz on beş ABŞ dolları otuz yeddi sent) ABŞ dolları məbləğində əsas borcun ödənildiyi 2*.*2.2*19-cu il tarixədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3-ci maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4-cü maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6-cı maddəsinə əsasən Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 445.8-ci maddəsinə əsasən kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9-cu maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2*14-cü il tarixli qərarında qeyd edilir ki, həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” hüquqi prinsipdən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Həmin qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu həmçinin qeyd etmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi). MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Öhdəlik hüququnda isə müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (MM-in 419.1, 419.2 və 42*.1.2-ci maddələri). Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 12.*3.2*15-ci il tarixli, **72**851712315 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bank qarşısında 2*.*2.2*19-cu il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə hesablanmış və ödənilməmiş 5815,37 (beş min səkkiz yüz on beş ABŞ dolları 37 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi üzrə və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu olaraq ödənilmiş 119 (bir yüz on doqquz) manat məbləğində çəkilmiş xərclər Cavabdeh tutularaq iddiaçı ASC "xxxx" Bankına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1*7-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 119 (bir yüz on doqquz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 357, 36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 12.*3.2*15-ci il tarixli, **72**851712315 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bank qarşısında 2*.*2.2*19-cu il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə hesablanmış və ödənilməmiş 5815,37 (beş min səkkiz yüz on beş ABŞ dolları 37 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi üzrə və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu olaraq ödənilmiş 119 (bir yüz on doqquz) manat məbləğində çəkilmiş xərclər Cavabdeh tutularaq iddiaçı ASC "xxxx" Bankına ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1418/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1418/2022
20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver