Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1427/2022 23.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və cavabdehlər Cavabdeh1, Cavabdeh3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 Oktay oğlu, Cavabdeh3 və Cavabdeh4 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 Oktay oğlu, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 Oktay oğlu, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 18 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə 7847,96 AZN əsas borc, 875,24 AZN faiz borcu və 98,95 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 8822,15 AZN və 108,22 AZN ödənilmiş dövlət rüsumunun tutulması və Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 18 yanvar 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 18 yanvar 2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 29 faizlə 24 ay müddətinə 15000 AZN kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 Oktay oğlu, Cavabdeh3 və Cavabdeh4 ilə 18 yanvar 2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci ilin iyulun 08-dək Cavabdeh1 banka 18 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə 7847,96 AZN əsas borc, 875,24 AZN faiz borcu və 197,89 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 8822,15 AZN bocu vardır. Cavabdeh1 18 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 197,89 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 faiz miqdarında olmaqla, yəni 98,95 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək izahatında göstərdi ki, 18 yanvar 2021-ci il tarixli kredit müqaviləsinə əsasən o, İddiaçı ASC-dən illik 29 faizlə 24 ay müddətinə 15000 AZN kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 Oktay oğlu, Cavabdeh3 və Cavabdeh4 ilə 18 yanvar 2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin yaxın qohumu xərçəng xəstəliyinə yoluxduğuna görə məcbur qalıb həmin pulu onun sağalması üçün xərcləmişdir. Sonradan maddi imkanı aşağı olduğu üçün kredit üzrə borcunu ödəyə bilməmişdir. Bank tərəfindən qətnamə icra olunan dövrdə ona şərait yaradılarsa və müddət verilərsə borcunu hissə-hissə tamamilə ödəyib qurtaracaqdır. Odur ki, iddia tələbinin təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul edərək izahatında göstərdi ki, Cavabdeh1 18 yanvar 2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 29 faizlə 24 ay müddətinə 15000 AZN kredit götürmüşdür. Borcun təminatı olaraq o, Cavabdeh2 Oktay oğlu və Cavabdeh4 ilə 18 yanvar 2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Odur ki, iddia tələbinin təmin olunmasına etiraz etmir. Cavabdeh2 Oktay oğlu və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdır. Məhkəmə işin faktiki hallarını araşdıraraq, iş üzrə tərəfləri dinləyərək və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 18 yanvar 2021-ci il tarixli 10-MZ3-1-0-26- 21 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC borclu Cavabdeh1 24 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 10-MZ3-1-0-26-21 (Z1) nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 18 yanvar 2021-ci il tarixli 10-MZ3-1-0- 26-21 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə Cavabdeh3 birgə məsuliyyəti müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 10-MZ3-1-0-26-21 (Z2) nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 18 yanvar 2021-ci il tarixli 10-MZ3-1-0- 26-21 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə Cavabdeh4 birgə məsuliyyəti müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 10-MZ3-1-0-26-21 (Z3) nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 18 yanvar 2021-ci il tarixli 10-MZ3-1-0- 26-21 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə Cavabdeh2 Oktay oğlunun birgə məsuliyyəti müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-nin xəzinadarlığından 14701,5 AZN pulu götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 7847,96 manat əsas, 875,24 manat faiz, 197,89 manat cərimə borcu olmaqla cəmi 8921,09 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlər borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 421.2-ci maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini ona hesablanmış faizləri ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalı, ödənişlər gecikdirildiyi halda həmin məbləğə cərimə hesablanmalıdır. Kreditin təminat olaraq zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmədən kənar mübahisənin həll edilməsi mümkün olmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kreditor tərəfindən müqavilənin şərtlərinə uyğun əsas borca faiz məbləği hesablamışdır. Bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq cərimə (dəbbə pulu) tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddia tələbinin müqavilənin vaxtından əvvəl ləğv edilməsi hissəsini araşdıraraq hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən öhdəliyin lazımi qaydada yerinə yetirilmədiyi tədqirdə, müqavilə ilə tənzimləyən münasibətlər və tərəflər arasında yaranan bütün mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qarşılıqlı razılıq yolu ilə və ya Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilir. Bununla da iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsində nəzərdə tutulmuş müdafiə üçün məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 10-MZ3-1-0-26-21(K) nömrəli kredit müqaviləsi ləğv edilməli, 7847,96 manat məbləğində əsas borc, 875,24 manat faiz borcu və 98,95 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 8822,15 manat borc cavabdehlər Cavabdeh1, Cavabdeh2 Oktay oğlu, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 108,22 manat dövlət rüsumundan ibarətdir. İddia tələbi təmin edildiyindən məhkəmə ödənilmiş 108,22 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18 yanvar 2021-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Oktay oğlu, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 7847,96 (yeddi min səkkiz yüz qırx yeddi manat doxsan altı qəpik) manat məbləğində əsas borc, 875,24 (səkkiz yüz yetmiş beş manat iyirmi dörd qəpik) manat faiz borcu və 98,95 (doxsan səkkiz manat doxsan beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 8822,15 (səkkiz min səkkiz yüz iyirmi iki manat on beş qəpik) manat borc və 108,22 (yüz səkkiz manat iyirmi iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1427/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1427/2022
23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver