Məhkəmə qərarları › İş №2(125)-1435/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1435/2022

17.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1435/2022 17.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Gəncə şəhəri 5 saylı Notariat Ofisinə, "xxxx" ASC-yə və üçüncü şəxs Maraqlı şəxsnə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Gəncə şəhəri 5 saylı Notariat Ofisinə, "xxxx" ASC-yə və üçüncü şəxs Maraqlı şəxsnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Gəncə şəhər 5 saylı notariat ofisinin *2.*4.2*21-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ASC ilə aralarında bağlanan 13.*1.2*15-ci il tarixli kredit müqaviləsinə əsasən ona 183** ABŞ dolları məbləğində illik 25 % olmaqla 36 ay müddətinə kredit verilmişdir. Həmin kreditin təminatı kimi Gəncə şəhəri, Nizami rayonu, Bül-bül küçəsində yerləşən 51 nömrəli fərdi yaşayış evi və *,**99 ha torpaq sahəsi yüklü edilmişdir. Cavabdeh2 ASC kredit müqaviləsinin üzərindən 6 il keçdikdən sonra icra qeydinin alınması ilə bağlı notariat ofisinə müraciət edərək icra qeydi almışdır. *2.*4.2*21-ci il tarixli icra qeydi ona Maraqlı şəxs tərəfindən təqdim edilmişdir. *2.*4.2*21-ci il tarixli icra qeydi ilə müəyyən edilir ki, Gəncə şəhəri 5 saylı Notariat Ofisi mübahisə predmeti olan icra qeydinin verərkən borc məbləğinin müəyyən edilməsi üçün hər hansı tədbir görməmiş, sadəcə tələbkarın borcla bağlı sənədlərindən asılı qalmış və mövcud icra sənədini vermişdir. Cavabdeh2 ASC-nin Gəncə filialı aralarında bağlanmış kredit müqaviləsinə 1 saylı əlavə ilə müəyyən edilir ki, həmin banka ümumilikdə dövrün sonunadək 26193,87 ABŞ dolları ödəniş etməli idi. Lakin cavabdeh Gəncə şəhəri 5 saylı Notariat Ofisi tərəfindən verilmiş icra qeydi ilə onun borcu 36536,*6 ABŞ dolları müəyyən edilmişdir. Halbuki, o, 14.*1.2*15-ci il tarixdən başlayaraq Cavabdeh2 ASC ilə aralarında bağlanan kredit müqaviləsi üzrə ödənişlər etmişdir. Lakin cavabdeh həqiqətən də həmin borcun və məbləğin mövcüdlüğunu müəyyən etmək üçün araşdırıcı hər hansı tədbir görməmişdir. Cavabdeh banka ödənilməmiş borcu təxminən 14***-15*** ABŞ dolları qaldığı halda, bu hesablama düzgün aparılmamış və mübahisəyə səbəb olan icra qeydi verilmişdir. Hesab edirlər ki, cavabdeh Gəncə şəhəri 5 saylı Notariat Ofisi icra qeydi verməzdən əvvəl tələbkarın təqdim etdiyi sənədlərlə kifayətlənməyərək, borcun dəqiq müəyyən edilməsi üçün araşdırma aparmalı idi. Həmçinin, Cavabdeh2 ASC ona icra qeydinin alınması ilə bağlı bildiriş təqdim etməmiş, birbaşa icra qeydinin alınması üçün notariat orqanına müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə "xxxx" İKB ASC (indiki "xxxx" ASC) arasında bağlanmış 13 yanvar 2*15-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik faiz dərəcəsi 25 faiz olmaqla 183** ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bank ilə İddiaçı arasında bağlanmış 13.*1.2*15-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini bank qarşısında ipoteka qoyaraq bu barədə rəsmi reyestrdə qeydiyyat aparılaraq müvafiq çıxarış verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirmədiyi üçün dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq bank qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmişdir.İcra qeydinin aparılması üçün notari at ofisinə müraciət edilməmişdən 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin i cra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərilmişdir. Hesab edir ki, notarius tərəfindən icra qeydi verilərkən heç bir qanun pozuntusuna yol verilməmiş, prosessual qaydalara əməl olunmaqla verildiyi üçün icra qeydinin ləğvi üçün hüquqi əsas yoxdur. İddianın əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Cavabdeh ünvan 2 ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxs Maraqlı şəxsnə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxs Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 13.*1.2*15-ci il tarixli, 1*-183476-4 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC (indiki "xxxx" ASC) tərəfindən İddiaçı 36 ay müddətinə illik faiz dərəcəsi 25 faiz olmaqla 183** ABŞ dolları kredit verilmişdir. Gəncə şəhəri 5 saylı Notariat Ofisi tərəfindən verilmiş *2.*4.2*21-ci il tarixli 8İ- 2217 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, borclu İddiaçı 36536,*6 ABŞ dolları pul tutularaq "xxxx"ASC-yə ödənilməlidir. *5.*2.2*21-ci il tarixli bildirişdən görünür ki, ipoteka pretmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi üçün notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət ediləcəyi barədə borcalan İddiaçı poçt vasitəsi ilə bildiriş göndərilmişdir. 18471* saylı qəbzdən görünür ki, *5.*2.2*21-ci il tarixli bildiriş İddiaçı 12.*2.2*21ci il tarixdə təqdim edilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi üçün borcverən notariat icra qeydi haqqında ərizə ilə notariusa müraciət etmişdir. Gəncə şəhəri 5 saylı Notariat Ofisi tərəfindən *2.*4.2*21-ci il tarixli 8İ-2217 reyestr nömrəli icra qeydi verilmişdir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Rabinetinin 11 sentyabr 2***-ci il tarixli 167 saylı qərarının 161-ci bəndində qeyd olunur ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Göründüyü kimi qanunvericilikdə icra qeydinin aparılması notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* gün əvvəl sifarişli poçt vasitəsilə borcluya bildiriş verilməsi prosedurlarından ibarətdir. İşdə olan bildirişdən və xəbərnamədən görünür ki, borcluya (hazırki iddiaçıya) yaşadığı ünvana poçt vasitəsi ilə bildiriş göndərilmiş və o bildirişi qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Gəncə şəhəri 5 saylı Notariat Ofisinə, "xxxx" ASC-yə və üçüncü şəxs Maraqlı şəxsnə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğiundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Gəncə şəhəri 5 saylı Notariat Ofisinə, "xxxx" ASC-yə və üçüncü şəxs Maraqlı şəxsnə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar