Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1441/2023 13.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı Zülfüqar oğlunun iştirakları ilə, İddiaçı Zülfüqar oğlunun cavabdeh Azərbaycan Republikası Maliyyə Nazirliyinə qarşı daşınmaz əmlakın üzərinə qoyulmuş qanunsuz məhdudiyyətin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Zülfüqar oğlu Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı daşınmaz əmlakın üzərinə qoyulmuş qanunsuz məhdudiyyətin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Gəncə şəhəri, Taqi Arani küçəsində yerləşən 0.084 ha torpaq sahəsində yerləşən 59 saylı 2 girişli, 552.8 kv.m. ümumi, 123.2 kv.m. əsas, 334.7 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (iaşə obyektinin) üzərinə qoyulmuş həbsin götürülməsini, həmin əmlaklar müsadirə siyahısından çıxarılaraq, əmlaklar üzərində İddiaçı Zülfüqar oğlunun sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı Zülfüqar oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə İnqilab oğlu iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ünvanı ünvan 1ülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı Zülfüqar oğlunun cavabdeh Azərbaycan Republikası Maliyyə Nazirliyinə qarşı daşınmaz əmlakın üzərinə qoyulmuş qanunsuz məhdudiyyətin aradan qaldırılması tələbinə dair mülki iş baxılması üçün Bakı şəhər Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Zülfüqar oğlunun cavabdeh Azərbaycan Republikası Maliyyə Nazirliyinə qarşı daşınmaz əmlakın üzərinə qoyulmuş qanunsuz məhdudiyyətin aradan qaldırılması tələbinə dair mülki iş baxılması üçün Bakı şəhər Nəsimi rayon Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-1441/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1441/2023
13.03.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver