Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1445/2022 05.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əlicabbar qızının sədrliyi ilə, İddiaçı cavabdeh AR Baş X1rşı (Maraqlı şəxs) “protokolun və cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh AR Baş X1rşı (Maraqlı şəxs) “protokolun və cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İddia ərizəsi və ona əlavə olunan sənədlərdən görünür ki, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticəni mübahisələndirən İddiaçı Göygöl rayon Yol Patrul Xidmətinin tərtib etdiyi protokol və cərimənin ləğv edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında iş üzrə münasibətlər isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və digər müvafiq aktlarla tənzimləndiyindən, mülki və mülki prosessual hüquq normalarıyla tənzimlənmədiyindən hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda İddiaçı iddia ərizəsinə mülki icraat qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Bununla yanaşı, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq uyğun olaraq aidiyyəti üzrə (ümumi) rayon məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153.2.1, 263 və 264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh AR Baş X1rşı (Maraqlı şəxs) “protokolun və cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1445/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1445/2022
05.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver