Məhkəmə qərarları › İş №2(125)-1446/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1446/2022

05.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1446/2022 05.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iş üzrə iddia ərizəsinin mümkünlüyünə, məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdim ki, iddiaçı mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına dair müvafiq qaydaya riayət etməmiş, mübahisənin mediasiya vasitəsilə nizama salınmasına dair qanunvericilklə müəyyən olunmuş müvafiq qaydaya riayət etməmişdir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində mülki və kommersiya mübahisələrinin mediasiya vasitəsilə həll edilmə imkanı nəzərdə tutulmuşdur. Həmin Qanunun 26-cı maddəsinə əsasən nikahın davam etdirilməsi şərtləri; valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; uşağın yaşayış yerinin müəyyən edilməsi; uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; ailə münasibətlərindən irəli gələn digər mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, mübahisənin məhkəməyəqədər mediasiya vasitəsilə nizama salınmasına dair müvafiq qaydaya riayət etdikdən sonra məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya mübahisənin məhkəməyəqədər mediasiya vasitəsilə nizama salınmasına dair müvafiq qaydaya riayət etdikdən sonra məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsinə yazılı şikayət verilə bilər. Sədrlik edən: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar